Qubadlının azad edilməsindən 4 il ötür
Digərləri 25 Okt 2024 00:02:00 125 0
Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.
Bu xəbəri də oxu: Qəzada həlak olan pilotun dostu: İki aya təqaüdə çıxmalı idi, amma...
Son.az-ın məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.
İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.
Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Azərbaycan Respublikasında "Qubadlının azad olunmasına görə" medalı da təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi təsis edilib.
Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Aktyor Taleh Yüzbəyov bloger xanımı Xatirə Yüzbəyova ilə istirahətə yo
Yunanıstanda 28 yaşlı kişi qonşularının evinə dəfələrlə soxularaq on
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 26 oktyabrda keçiriləcək p
Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yeni asfaltlanan yol
Türkiyənin sabiq müdafiə naziri, Milliyyətçi Hərəkat Partiyasından Kays
Aktyor Hikmət Rəhimov sosial media hesabındakı paylaşımı ilə diqqət ç�
Əməkdar artist Dilarə Əliyeva media nümayəndələri ilə görüşüb.
Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qə
Rusiyanı təhdid etməyin mənası yoxdur, çünki bu, bizi yalnız ruhlandır�
"Bizim bəzi aparıcılarımız var ki, boyu var, model kimidirlər. Amma �
Apteklərdə bəzi antibiotiklərin reseptsiz satılması hallarına rast gəlin
Norveçin şimal sahili boyunca Arktik Dairə Ekspresi kimi tanınan "Atren
"İranın İsrailə qarşı aqressiv hərəkətləri Tehran üçün çox ci
Türkiyəli tərəfdaşlarımız vasitəsilə Ukrayna ilə danışıqlar üçün