İsrail İrana cavab hücumunu bu səbəbə görə təxirə salıb
Dünya 24 Okt 2024 14:58:49 129 0
İsrail İrana cavab hücumunu bu səbəbə görə təxirə salıb.
Bu xəbəri də oxu: ABŞdən ardıcıl hücum xəbərləri gəlir: Qurban sayı durmadan artır
Milli. Az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, İsrail Amerikanın məxfi sənədlərinin sızması səbəbindən İrana hücumunu təxirə salıb və strategiyasını dəyişib.
İsrailin hərəkətləri barədə məlumatı olan adı açıqlanmayan bir ölkədən olan kəşfiyyat mənbəsi nəşrə bildirib ki, "Amerika sənədlərinin sızması müəyyən strategiyaların və komponentlərin dəyişdirilməsi zərurəti səbəbindən hücumu gecikdirdi. İntiqam olacaq, lakin bu, gözləniləndən daha uzun çəkəcək".
Qeyd edək ki, "CNN" daha əvvəl bildirmişdi ki, Birləşmiş Ştatlar İsrailin İrana zərbə endirməyə hazırlığına dair çox məxfi kəşfiyyat məlumatlarının sızmasını araşdırır. Oktyabrın 15-i və 16-na aid sənədlər oktyabrın 18-dən onlayn yayılmağa başlayıb. CNN-ə görə, onlar "tam məxfi" olaraq qeyd olunur və yalnız ABŞ-dan əlavə, Kanada, Yeni Zelandiya və digərlərinin daxil olduğu "Beş Göz" kəşfiyyat ittifaqının üzvlərinin bu məlumatlara baxa biləcəyini göstərən işarələrdən ibarətdir.
Pentaqonun rəhbəri Lloyd Austin deyib ki, onun katibliyindən heç kim İsrailin İrana hücuma hazırlığı ilə bağlı Amerika kəşfiyyatının sızması ilə bağlı araşdırmada iştirak etmir.
İnqilab Məmmədov Son.az
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kazan şəhərində XVI BRICS Sammit
Arb-də yayımlanan "Günə bax" verilişində kövrək anlar yaşanı
Türkiyə dünya miqyasında bir ilkə imza ataraq, kosmosa çərəz göndərib.
Baş nazir Əli Əsədov oktyabrın 24-də Türkiyənin vitse-prezidenti Cevdet
Aparıcı Azər Qərib sosial media hesabındakı paylaşımı ilə diqqət çə
DİN Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi növbəti tədbirlə Xəz�
Məşhur reper Cardi B xəstəxanaya yerləşdirilib.
Daha ədalətli dünya düzəninə keçid asan getmir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRİCS sammiti
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası El