Baxçalının mesajından bir gün sonra terakt –
Digərləri 24 Okt 2024 09:21:00 136 0
Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını PKK-nın törətdiyi Türkiyə müdafiə naziri təsdiqlədi. Maraqlıdır ki, bundan bir gün əvvəl MHP lideri Dövlət Baxçalı qrup toplantısındakı çıxışında PKK lideri Abullah Öcalanın əfvinə işarə edən nitq söyləmişdi. Türkiyə hakimiyyəti PKK-çıların tərk-silah olunması qarşılığında 25 il həbsdə yatan 75 yaşlı Öcalanın sərbəst buraxılmasını istisna etmir. Ancaq terror aksiyasi məsələnin bu qədər sadə həll olunmayacağını göstərir.
Bu xəbəri də oxu: Yaralı Nurulla Siracov: Gəlib mənlə görüşüb, getdilər
Son.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu türkiyədə ötən gün baş verən terakt haqda qeyd edib.
"PKK-nın içində fərqli qüvvələr heç də tərk-silah olunmaq marağında deyillər. PKK-nın Qəndil dağındakı lideri Cəmil Bayık müsahibələrinin birində Abdullah Öcalanın "silahı yerə qoyun" əmrini avtomatik yerinə yetirməyəcəklərini belə izah etmişdi: "Abdullah Öcalan Türkiyə hökumətinin girovluğu altındadır". Cəmil Bayık bununla demək istəmişdi ki, Öcalan həbsdən azad olunmaq üçün Türkiyə hökuməti ilə razılığa gələrsə, bu, PKK-nın həmin razılığa uyğun olaraq tərk-silaha əməl edəcəyi anlamına gəlməyəcək", - politoloq bildirib.
O vurğulayıb ki, Türkiyədə son terror hadisəsini xarici qüvvələrlə əlaqələndirənlər də var və bu zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın BRİKS toplantısında iştirak etmək məqsəsilə Kazan şəhərinə səfərinə işarə edirlər:
"Ankarada terror hadisəsi baş verərkən Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşırdı. Yəni Türkiyədəki bəzi siyasi və ekspert dairələrinin fikrincə, Qərbdə (oxu: ABŞ-da) Türkiyənin BRİKS-ə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkiatına üzvlük istəyindən narahatlıq keçən qüvvələr var və bu qüvvələr PKK-çılar son terror aksiyasi vasitəsilə Ərdoğana xəbərdarlıq mesajı göndəriblər".
Sosial verilişlərdə qalmaqalı çıxışları ilə seçilən Fatimə Hacıbə
"Sən yüksələndə dostların bilir kimsən. Sən düşəndə bilirsən k
Paytaxt ərazisində yağışın fəsadalarının aradan qaldırılması istiqam
"Səhər yeməyi - ən vacib qida qəbuludur və onu buraxmamaq vacibdir. �
Təranənin müğənni qızı Qumral STV-nin efirində gözəlliyinin onun da ba
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə barışığa töhfə verə bil�
Naxçıvanda Danimarkanın "Kapella Wind Energy" şirkəti yeni külə
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) bahal�
2024-cü il yanvarın 1-dən oktyabrın 21-dək Azərbaycan aviaşirkətləri Er
"Terror hücumunun Prezident Rəcəb Tayyib Ərdoğanın səfərdə olduğu
"Müttəfiqimiz Türkiyənin yanındayıq və bugünkü terror aktını qə
ABŞ-nin Florida ştatında "Helen" və "Milton" dağıdıc�
"Noyabrda Bakıda keçiriləcək COP29 sammiti Ermənistanla Azərbaycan ar
Daşkəsən rayonunda yaşayış binasinda mənzillərdən birində partlayış