Türkiyə və terrorlar...
Digərləri 23 Okt 2024 21:23:00 123 0
Türkiyədə son 10 ildə silahlı və bombalı hücumlar yüzlərlə insanın ölümünə səbəb olub.
Bu xəbəri də oxu: Təyyarənin havaya qalxmasına saniyələr qalmış 13 yaşlı Məhəmmədəlinin SON GÖRÜNTÜSÜ
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hücumların bir çoxunda PKK və İŞİD kimi təşkilatlar məsuliyyəti öz üzərinə götürüb.
Bu gün günorta saatlarında Ankarada TUSAŞ aerokosmik mərkəzinə edilən terror aktı ilə Türkiyə bir daha sarsıldı.
Bu məqamda ölkədə böyük səs-səda yaradan terror hücumlarından bəzilərini təqdim edirik:
Reyhanlı hücumu
11 may 2013-cü ildə Hatay şəhərinin Reyhanlı rayonunda törədilən bombalı hücumda 53 nəfər həyatını itirib. 146 nəfərin yaralandığı hücumun icraçıları və təşviqçiləri ömürlük həbsə məhkum ediliblər.
Suruç hücumu
20 iyul 2015-ci ildə Şanlıurfa şəhərinin Suruç rayonunda terror hücumu nəticəsində 34 nəfər həlak olub, 150-dən çox şəxs yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Ankara vağzalına hücum
10 oktyabr 2015-ci ildə Ankara Vağzalının qarşısında keçirilən Əmək, Sülh, Demokratiya mitinqi zamanı iki kamikadze hücumu həyata keçirilib. Türkiyə tarixinin ən qanlı hücumu olaraq tarixə düşən hücumlarda 103 nəfər həyatını itirib, 500-dən çox yaralı qeydə alınıb. Bu hücuma görə də məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Diyarbəkir hücumu
2015-ci il iyunun 5-də HDP-nin Diyarbəkirdə keçirdiyi mitinq zamanı bombalı hücum həyata keçirilib. Hücum nəticəsində 5 nəfər ölüb, 400-dən çox adam yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
"Reina" hücumu
2016-cı ilin son günündə İstanbulda "Reina" gecə klubuna silahlı basqın nəticəsində 39 nəfər həlak olub. Hücumun İŞİD üzvü Abdulkadir Maşaripov tərəfindən həyata keçirildiyi açıqlanıb.
Sultanəhməd hücumu
12 yanvar 2016-cı ildə İstanbulun Sultanəhməd meydanında İŞİD-in üzərinə götürdüyü kamikadze hücumunda 12 nəfər həyatını itirib, 16 nəfər yaralanıb.
Ankara Baş Qərargah qərargahına hücum
17 fevral 2016-cı ildə Ankarada Baş Qərargah binasının qarşısından hərbi xidmət maşınları keçərkən bomba yüklü avtomobillə hücum təşkil edilib. TAK-ın üzərinə götürdüyü hücumda 29 nəfər ölüb, 61 nəfər yaralanıb.
Atatürk hava limanına hücum
Həmin ilin iyunun 28-də Atatürk Hava Limanının Beynəlxalq Terminalına edilən hücumda 45 nəfər həlak olub. İŞİD-in üzərinə götürdüyü hücumda 250-yə yaxın adam yaralanıb.
"Vodafone Arena" hücumu
2016-cı il dekabrın 10-da İstanbulun Beşiktaş şəhərindəki "Vodafone Arena" stadionunda keçirilən oyundan sonra bomba yüklü avtomobillə hücum təşkil edilmiş və çevik polis avtobusu hədəf alınmışdı. İlk hücumdan saniyələr sonra Maçka parkında bomba daşıyan şəxs polisin fərqinə vardıqdan sonra partlayıcını işə salmışdı. Ümumilikdə hücumlar zamanı 40-ı polis olmaqla 47 nəfər həlak olub. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Rusiya Prezidenti Vladimir Putin BRICS sammiti çərçivəsində Türkiyə lider
"Atam diplomat idi, Suriyada yaşayırdıq. 8-ci sinifdə oxuyanda Bakıya
Türkiyədə sosial şəbəkə platformalarına girişdə problem yaşanır.
Türkiyənin Antalya şəhərində məşhur vəkil Əli İhsan Öztürk evində
Kişi anasını toydan qovmağa məcbur olub, buna səbəb keçmiş sevgilisini
"Bavariya"nın ən titullu alman futbolçusu Tomas Müller və həyat
"Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitut
Bakıda 49 nömrəli marşrut xətti üzrə işləyən avtobuslar arasındakı i
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib �
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı terror aktı ilə bağ
Ötən günlər ərzində ölkə ərazisində qeydə alınan intensiv yağışla
Baş rolunu türkiyəli müğənni Hadisənin canlandıracağı "Esas oğla
Ankarada terror hadisəsi baş verən əraziyə Xüsusi təyinatlı qüvvələr