Bu özəl bağçalarda təhsil haqqının yarısı ödəniləcək
Digərləri 23 Okt 2024 17:48:00 131 0
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi"nin birinci mərhələsi yekunlaşıb. Müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib.
Bu xəbəri də oxu: Bu bürclərə şad xəbər İlan ili sizi sevindirəcək
Bu barədə Son.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və proses 1 noyabr saat 17:00-dək davam edəcək.
Özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsil haqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır.
Qeyd edilib ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.
COP29-a qədər Azərbaycanda "yaşıl" binaların tikintisi üzrə yo
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbb�
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasınd
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SH
"Dərs oxuyarkən fikirləri cəmləyə bilməməyin bir neçə səbəbi va
Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı
"Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətind
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Res
Sosial şəbəkələrdə yayılan video maraq doğurub.
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tən
Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital" arasındakı insi
Bakıda yağışın yaratdığı fəsadların çoxu aradan qaldırılıb.
Azərbaycanda yaxın günlərdə daha təkmil "Bakıkart" proqramı is
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Res
Əməkdar artist Ehtiram Hüseynov Qarabağda yaşamasının səbəbini açıqla