Səfərbərlik Xidmətinin sabiq əməkdaşına hökm oxunub
Digərləri 23 Okt 2024 17:28:00 187 0
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bu xəbəri də oxu: Elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib
Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində rüşvət tələb edib.
Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib. Son.az
"Dərs oxuyarkən fikirləri cəmləyə bilməməyin bir neçə səbəbi va
Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı
"Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətind
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Res
Sosial şəbəkələrdə yayılan video maraq doğurub.
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tən
Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital" arasındakı insi
Bakıda yağışın yaratdığı fəsadların çoxu aradan qaldırılıb.
Azərbaycanda yaxın günlərdə daha təkmil "Bakıkart" proqramı is
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Res
Əməkdar artist Ehtiram Hüseynov Qarabağda yaşamasının səbəbini açıqla
"Dollar silah kimi istifadə olunur, bu, bunu edənlərin böyük səhvidir
Bu ilin ötən dövrü ərzində (yanvarın 1-dən indiyədək) Azərbaycanda ye
Hazırda Tavuş istiqamətində sərhəddə bizim olan bəzi ərazilər Azərbay
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev XVI BRICS Sammiti