Bakı və Sumqayıtda satmaq öhdəliyi ilə yüzlərlə yeni mənzil kirayəyə veriləcək 390 milyon manatlıq LAYİHƏ
Digərləri 23 Okt 2024 07:06:00 112 0
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması üçün hazırlıqlara başlayıb.
Bu xəbəri də oxu: Canan Karatayın su içməklə bağlı 2 SİRRİ
Son.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Fondun yaşayış sahəsinə dair tələbləri müəyyənləşib.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 9-cu və 10-cu zonalar üzrə) həyata keçiriləcək.
Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.
Satın alınması nəzərdə tutulan yaşayış sahələri 1, 2, 3 və ya 4 otaqlı olmalıdır. Yaşayış sahələri binada (və ya bina kompleksində) yerləşən mənzillər olmalıdır. Bina satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın alınacaq yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli yaşayış binası olmalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir.
Binada (və ya bina kompleksində) sakinlər üçün avtodayanacaq mövcud olmalıdır. Binaya təhlükəsiz və rahat giriş-çıxış təmin edilməlidir. Binada təsərrüfat-içməli və isti su təchizatı, kanalizasiya, isitmə, elektrik təchizatı, qaz təchizatı, telefonlaşdırma, televiziya antenləri nəzərdə tutulmalıdır. Binada sakinlər üçün həyətyanı sahə, uşaqlar üçün oyun yeri nəzərdə tutulmalı, o cümlədən yaşıllaşdırma və abadlıq işləri görülməlidir.
Fond satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınmasının 144 200 000 manata başa gələcəyini proqnozlaşdırıb.
Xatırladaq ki, İKZF bundan əvvəl isə vətəndaşların tələbatını nəzərə alaraq paytaxın 7-ci və 8-ci zonalar üzrə (157 000 000 manat), eləcə də Sumqayıt şəhəri üzrə (89 266 666,67 manat) də yaşayış sahələrinin satınalınması ilə bağlı hazırlıqlara başlayıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Balın sağlamlıq üçün faydalarından tam şəkildə yararlanmaq və dadın�
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin yanvar-avqust
Türkiyənin məşhur modeli Çağla Şikəl oğlanları ilə olan münasibətin
Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan art
Populyar melodiyalar, yüksək ritmlər insanlara cərrahi əməliyyatdan sonra
Dadlı dolma hazırlamaq üçün aşağıdakı ənənəvi Azərbaycan reseptind�
Kolumbiya polisi, Avropol və İtaliya karabinerlərinin altı aydan çox davam
Müasir dünyada çoxları artıq həyatlarını telefonsuz təsəvvür edə bil
Türkiyəli aktyor İsmail Hacıoğlunun baş rolunu canlandıracağı "Şe
Sizə əsl xoşbəxtliyin nəyin bəxş edəcəyini öyrənin
Dünyaca məşhur aktrisa və müğənni Selena Qomez sevgilisi Benni Blanko il�
Avropada aktiv şəkildə yayılan XEC adlı yeni COVID ştammı yüksək yoluxu
Köməyə gedən polis 7 dəfə bıçaqlandıTürkiyənin Konya vilayətində v�