Lavrov yola salınır?


Digərləri 12 Yan 2025 16:33:00 75 0

Lavrov yola salınır?

Bu il 75 yaşı tamam olacaq nazirin yerinə iddialar kimlərdir?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il vəzifəsindən azad edilə bilər.

Son.az bildirir ki, bu barədə  Rusiya nəşri yazıb. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Lavrovu istefaya göndərmək istəyir.

2004-cü ildən Xarici İşlər Nazirliyinə rəhbərlik edən Sergey Lavrovun mümkün istefası ilə bağlı son illər çox yazılıb. Kreml isə ənənəvi olaraq bu cür iddialara  "şayiə kimi baxmağı" tövsiyə edib. Bundan əvvəl  Telegram kanallarının birində  iddia olunurdu ki,  Lavrovun yerini müavini Mixail Qaluzin və nazir müavini Andrey Rudenkonun namizədlikləri müzakirə olunur. İstefasından sonra Lavrovun təqaüdə deyil məsələn, Rusiya Təhlükəsizlik Şurasında fəxri vəzifə tutaca biləcəyi də deyilirdi. Xarici İşlər Nazirliyinə "prezident administrasiyasından bir şəxs"in rəhbərlik edə biləcəyi də istisna olunmurdu. Prezident Vladimir Putin 2021-ci ildə adı Vahid Rusiya Partiyasını siyahısında ilk beşlikdə olan və deputat seçilən  Lavrovun Dumaya getməsinə imkan vermədi, onu  XİN rəhbəri saxladı.

Lavrov  son olaraq Doha Forumunda  bu məsələ barədə danışıb.  O deyib ki, 2024-cü ildə nazir kimi işləməsinin 20 ili tamam olub.  "Ölkəmin mənə ehtiyacı olduğu müddətcə mən ona xidmət edəcəm"  Lavrov deyib. 

"Əgər Lavrov dəyişdirilərsə, bu, siyasi yox, belə demək mümkünsə,  texniki qərar  olacaq. Yəni Rusiya Xarici İşlər Nazirliyinin siyasəti heç bir şəkildə dəyişməyəcək, sadəcə olaraq, başqa texnokratlar tərəfindən həyata keçiriləcək. Ona görə də əvəzləyicinin kim olduğunu təxmin etməyin mənası yoxdur - o, kim olursa olsun, mahiyyət etibarilə eyni Sergey Lavrov olacaq. Düzdür, təcrübəni müqayisə etsək,  Lavrovla müqayisə oluna bilən rəqib görmürəm, amma təcrübə əldə edilə bilən bir şeydir".

Bu ilin Novruz bayramında 75 yaşı tamam olacaq  Sergey Lavrov 1950-ci il martın 21-də Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.

Lavrovun erməni babası uzun illər Tiflis Dumasının deputatı olub. İ Ailə daxilində rus dilindən geniş istifadə olunduğu üçün Lavrov erməni dilini öyrənə bilməyib. Qeyd etmək lazımdır ki, Lavrovun rus milliyyətindən olan anası o dövrlərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 

Sergey Kələntərovun Sergey Lavrova çevrilməsi isə belə olub.   Sergey Lavrov adı gizli saxlanılan erməni atasını erkən yaşda itirib. Tezliklə, onun anası Viktor Lavrovla tanış olur və ailə həyatı qurub. Vikor Lavrov 5 yaşlı öğey övladına öz soyadını verir və beləliklə Rusiyanın gələcək 1 nömrəli diplomatı Kələntərov soyadını Lavrovla əvəz edib.

Onlar tezliklə Moskvaya vilayətinə köçürlər. Vilayətin Noginsk şəhərində ingilis dili təmayüllü orta məktəbi bitirən Sergey Lavrov 1967-ci ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub.  İnstitutu bitirən Lavrov  1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışıb. 80-ci illərdə isə SSRİ-nin Nyu-Yorkda yerləşən daimi nümayəndəliyində işləyir. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub  və bu postda 10 il çalışıb.  2004-cü il fevralın 24-də Vladimir Putin Nazirlər Kabinetini istefaya göndərir. Martın 9-da isə prezident yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Sergey Lavrov Rusiya xarici işlər naziri təyin olunub.    /Musavat.com

ABŞdəki yanğınların mümkün səbəbi açıqlandı like
  • 12 Yan 16:26  
Dünya ABŞdəki yanğınların mümkün səbəbi açıqlandı

ABŞ-nin Kaliforniya ştatında yanğına qırılan naqil səbəb ola bilər.

arrow Ətraflı
İlkin bu kanalda işə başlayır like
  • 12 Yan 16:18  
Şou-biznes İlkin bu kanalda işə başlayır

Aparıcı İlkin Həsənli uzun fasilədən sonra efirə qayıdır.

arrow Ətraflı
Livan həbsxanalarındakı suriyalı məhbusların aqibəti necə olacaq? like
  • 12 Yan 16:16  
Dünya Livan həbsxanalarındakı suriyalı məhbusların aqibəti necə olacaq?

Suriya Livanla həbsxanalarındakı məhbuslarının qaytarılması ilə bağlı

arrow Ətraflı
Evli kişinin ofisdəki yasaq eşqi sosial mediada canlı yayımlandı  GÖRÜNTÜ like
  • 12 Yan 16:06  
Dünya Evli kişinin ofisdəki yasaq eşqi sosial mediada canlı yayımlandı GÖRÜNTÜ

Görünmədiyini düşündülər, amma yüzlərlə insan sosial mediada İZLƏD�

arrow Ətraflı
Duşda bunu etmək üzə zərər verir like
  • 12 Yan 16:00  
Digərləri Duşda bunu etmək üzə zərər verir

Duş qəbul edərkən bir çox insan dərilərinə zərər verə biləcək səhv

arrow Ətraflı
Azərbaycanda BYD avtomobilləri satan şirkət cərimələndi like
  • 12 Yan 15:59  
Digərləri Azərbaycanda BYD avtomobilləri satan şirkət cərimələndi

Məhkəmə Dövlət Gömrük Komitəsinin (DGK) "BYD Motors Baku" Məh

arrow Ətraflı
Hakan Fidan Suriya toplantısında like
  • 12 Yan 15:51  
Dünya Hakan Fidan Suriya toplantısında

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ər-Riyadda Ərəb Birliyinə üz

arrow Ətraflı
Bu maşınlar sığortalanmır – Sürücülərə məsləhət like
  • 12 Yan 15:44  
Digərləri Bu maşınlar sığortalanmır – Sürücülərə məsləhət

Son zamanlar bir çox taksi sürücüləri avtomobillərinin sığortası zaman�

arrow Ətraflı
Azərbaycanlı iş adamının evi və maşınları yanıb kül oldu like
  • 12 Yan 15:35  
Digərləri Azərbaycanlı iş adamının evi və maşınları yanıb kül oldu

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən fəlakətl

arrow Ətraflı
Dünyada ən böyük dodaqları olan qadın makiyajsız belə görünür  FOTO like
  • 12 Yan 15:33  
Digərləri Dünyada ən böyük dodaqları olan qadın makiyajsız belə görünür FOTO

Dünyanın ən böyük dodaqlı qadını Andrea İvanova makiyajsız necə gör�

arrow Ətraflı
Ermənilər sərhədimizdə dayaq mövqeləri yaratdılar  VİDEO like
  • 12 Yan 15:28  
Digərləri Ermənilər sərhədimizdə dayaq mövqeləri yaratdılar VİDEO

Ermənistan silahlı qüvvələri Azərbaycanla şərti sərhədin Laçın istiq

arrow Ətraflı
Bu ölkə Suriyaya 50 milyon avro ayıracaq like
  • 12 Yan 15:23  
Dünya Bu ölkə Suriyaya 50 milyon avro ayıracaq

Almaniyanın Suriyaya qida, təcili sığınacaqlar və tibbi xidmət üçün ə

arrow Ətraflı
“Madonna dodağımdan öpmək istədi, qoymadım, 1 dollar verdi”  FOTO like
  • 12 Yan 15:13  
Şou-biznes “Madonna dodağımdan öpmək istədi, qoymadım, 1 dollar verdi” FOTO

Türkiyəli məşhur rəqqasə Didem Madonna barədə açıqlamaları ilə günd

arrow Ətraflı
İsveç şokoladlı tort: əfsanəvi RESEPT like
  • 12 Yan 15:05  
Digərləri İsveç şokoladlı tort: əfsanəvi RESEPT

Şokoladlı tortda sehrli bir hiss və duyğular var.

arrow Ətraflı