Universitetlər distant təhsilə keçməyə hazırdırmı?


Digərləri 22 Okt 2024 08:04:00 65 0

Universitetlər distant təhsilə keçməyə hazırdırmı?

Noyabrn 11-22 tarixlərində Bakıda keçiriləcək COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində distant formada təhsilə keçid ediləcək. Nazirlər Kabinetinin "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" qərarına əsasən, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.

COP29 konfransının başlanmasına az bir müddət qaldığını nəzərə alsaq, universitetlərdə distant təhsilə keçidlə bağlı hansı işlər görülüb?

Son.az xəbər verir ki, Trend məsələ ilə bağlı universitetlərə sorğu ünvanlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nicat Abdullayev bildirib ki, universitetin bundan öncə onlayn təhsillə bağlı mütəşəkkil bir təcrübəsi var.

"COP29 konfransı zamanı təhsilin onlayn rejimə keçməsi ilə bağlı AZMİU-da müəyyən işlər görülüb. Bununla bağlı tələbələr məlumatlandırıb, kafedralara tapşırıqlar verilib. Noyabr ayının 12-dən 22-dək universitetdə onlayn tədris təşkil olunacaq. Tədrisin təşkili ilə bağlı heç bir problem yoxdur, çatışmazlıqlar aradan qaldırılıb. Kompüteri olmayan müəllimlər kompüterlə təmin edilib. Tələbələrlə fərdi və ümumi söhbət aparılıb, internet imkanı olmayan tələbələr internetlə təmin olunacaq", - deyə o bildirib.

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva qeyd edib ki, BDU onlayn tədris prosesinə yüksək səviyyədə hazırdır.

"2021-ci ildən BDU-da "Blackboard" rəqəmsal tədris platformasının tətbiqinə başlanılıb. COP29 günlərində onlayn tədris də bu sistem vasitəsilə həyata keçiriləcək", - deyə o əlavə edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova vurğulayıb ki, AzTU artıq pandemiya dönəmindən onlayn tədris təcrübəsini uğurla həyata keçirib.

"Ona görə də düşünürəm ki, universitet olaraq onlayn tədris prosesinə tam hazırıq. Bunun üçün bütün imkanlar mövcuddur", - deyə o bildirib.

Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova qeyd edib ki, universitetdə təhsilin distant şəkildə təşkili üçün bütün imkanlar mövcuddur.

"2018-ci ildə UNEC-də "Extern" Mərkəzi yaradıldı. Pandemiya dövründə dərslər onlayn formata keçdiyi zaman UNEC fasiləsiz olaraq dərslərin onlayn təşkil edilməsini "Extern" Mərkəzi tərəfindən təmin etdi. İndi də dərslərin distant şəkildə təşkil edilməsi üçün heç bir maneə yoxdur. Dərslərin distant şəkildə tədrisi üçün bütün lazımi tədbirlər görülüb, şərait yaradılıb", - deyə o bildirib.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki,COP29-la bağlı ADU distant təhsilə keçəcək və bununla bağlı heç bir çətinlik yoxdur.

"Yaxın keçmişdə onlayn təhsillə bağlı təcrübəmiz oldu. Universitet bütün maddi-texniki avadanlıqlarla təmin olunub. COP29 konfransı zamanı isə universitet tərəfindən distant təhsil yüksək səviyyədə təşkil olunacaq", - deyə o bildirib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Zelenski bunun üçün yalvarır  Rusiya like
  • 22 Okt 07:59  
Digərləri Zelenski bunun üçün yalvarır Rusiya

Vladimir Zelenskinin Qələbə planı kimi təqdim etməyə çalışdığı şey

arrow Ətraflı
DYP sürücülərə müraciət etdi like
  • 22 Okt 07:43  
Digərləri DYP sürücülərə müraciət etdi

Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərima

arrow Ətraflı
Hər gün kofe içmək üçün 5 səbəb like
  • 22 Okt 07:31  
Digərləri Hər gün kofe içmək üçün 5 səbəb

Amerika Birləşmiş Ştatlarında 18 yaşdan yuxarı əhalinin 54%-i hər gün

arrow Ətraflı
Təklif etdilər ki, Rusiya ilə 34 günlük savaşa gir  İvanişvili like
  • 22 Okt 07:20  
Digərləri Təklif etdilər ki, Rusiya ilə 34 günlük savaşa gir İvanişvili

Qərbin yüksək rütbəli rəsmisi Gürcüstanın keçmiş baş naziri İrakli

arrow Ətraflı
Müğənni: İzzəti onların əlindən ala bilmirdik like
  • 22 Okt 07:07  
Şou-biznes Müğənni: İzzəti onların əlindən ala bilmirdik

Əməkdar artist Lalə Məmmədova həmkarı İzzət Bağırov haqqında etiraf�

arrow Ətraflı
Daha bir erkən nikahın qarşısı alındı like
  • 22 Okt 06:54  
Digərləri Daha bir erkən nikahın qarşısı alındı

Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda daha bir erkən nikah

arrow Ətraflı
Bağırov körpüsünü də su basdı  Eldar Əzizov hadisə yerində like
  • 22 Okt 06:49  
Digərləri Bağırov körpüsünü də su basdı Eldar Əzizov hadisə yerində

Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması n�

arrow Ətraflı
Bəzi alkoqollu içkilərin satışı məhdudlaşdırılacaq like
  • 22 Okt 06:42  
Digərləri Bəzi alkoqollu içkilərin satışı məhdudlaşdırılacaq

Azərbaycanda bəzi alkoqollu içkilərin satışı məhdudlaşdırıla bilər.

arrow Ətraflı
Evliliyin kabusa çevrilməyini istəmirsinizsə, bunları ETMƏYİN! like
  • 22 Okt 06:27  
Digərləri Evliliyin kabusa çevrilməyini istəmirsinizsə, bunları ETMƏYİN!

Sağlam ailə münasibətlərinin sayı günü-gündən azalmağa doğru gedir.

arrow Ətraflı
"Təktük müğənnilərdənəm ki, bunu etdirməmişəm" like
  • 22 Okt 06:15  
Şou-biznes "Təktük müğənnilərdənəm ki, bunu etdirməmişəm"

Əməkdar artist Sevda Ələkbərzadə estetik əməliyyatlarla bağlı danış�

arrow Ətraflı
Şkaf və soyuducuya tualet kağızı qoyun – like
  • 22 Okt 06:06  
Digərləri Şkaf və soyuducuya tualet kağızı qoyun –

Bir çoxları əsasən də təcrübəli evdar qadınlar şkaf cə soyuducuya bir

arrow Ətraflı
Bu beş payız məhsulu yaddaşı gücləndirir like
  • 22 Okt 05:05  
Digərləri Bu beş payız məhsulu yaddaşı gücləndirir

Yaddaşı qorumağa və koqnitiv geriləməni ləngitməyə kömək edən mövs�

arrow Ətraflı
Tort kremini hazırlamaq üçün 3 məhsul – like
  • 22 Okt 04:04  
Digərləri Tort kremini hazırlamaq üçün 3 məhsul –

Bəzi evdar qadınlar ailə üzvləri üçün desertlər hazırlamağı sevirlə

arrow Ətraflı
Bu tərəvəz bir çox xəstəliklərdən xilas edir – like
  • 22 Okt 03:03  
Digərləri Bu tərəvəz bir çox xəstəliklərdən xilas edir –

Soğan tez-tez müxtəlif yeməklərə əlavə olunan ümumi bir tərəvəzdir.

arrow Ətraflı
Yuxuda rəqəm görmək nə vəd edir? like
  • 22 Okt 02:02  
Digərləri Yuxuda rəqəm görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yar

arrow Ətraflı