İlon Maskın şok planı üzə çıxdı: Bəşəriyyətin sonu ola bilər


Dünya 21 Okt 2024 14:55:00 69 0

İlon Maskın şok planı üzə çıxdı: Bəşəriyyətin sonu ola bilər

Texnologiya milyarderi İlon Maskın yeni insanabənzər robotları elm aləmində çaşqınlıq yaradıb. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə robotların işğalına məruz qalan ölkələri görmək qaçılmaz olacaq. Qanuni sanksiyalar və ehtiyat tədbirləri görülməzsə, bəşəriyyəti böyük böhran gözləyir.

Publika.az xəbər verir ki, bu yaxınlarda Teslanın insanabənzər robotu "Optimus Cybercab"ın təqdimat tədbiri baş tutub.

Maskın bu robotlar haqqında "yaxın gələcəkdə aramızda olacaq, hər şeyi edə biləcəklər" açıqlaması suallara səbəb olub. Sözügedən robotların silah və müdafiə sənayesində yer alıb-almayacağı narahatlıq doğurur.

Türkiyəli tədqiqatçı-yazar Ramazan Kurtoğlu süni intellekt və neyrolink araşdırmaları ilə Maskın layihələrinin qaranlıq tərəflərinə aydınlıq gətirib:

"Mask robot texnologiyasının parlaq tərəflərini göstərir. Ancaq bu cür texnologiyaların da internet, pilotsuz uçuş aparatları, elektromaqnit və lazer texnologiyaları kimi qaranlıq tərəfləri var. Bu elementlərdən biri də daha az xərc və posthumanizm layihəsidir. Elitlər bir dünya dövləti vasitəsilə bəşəriyyəti kölələşdirmək istəyir".

Məqsəd zehni nəzarətdir

Kurtoğlu son illərdə aparılan bəzi araşdırmalara əsasən, süni intellekt nəticəsində robotların öz aralarında alqoritmləri olan yeni dil meydana gətirdiklərini bildirib: "Bu dili öz aralarında istifadə etməyə başlayıblar. İnsanlar artıq sosial media vasitəsilə fiziki və əqli cəhətdən dəyişdiriliblər. Yaxın gələcəkdə ağıl nəzarəti çipləmə vasitəsilə aktivləşdiriləcək".

Robot işğalı

"Robotların fiziki bədəni var və "ağılları" çox işləməsə belə, fiziki gücləri ilə zərər verə bilirlər. Bu səbəblə robot dünyasındakı hər yeni inkişaf bəşəriyyəti narahat edir. Belə getsə, bir müddət sonra robot orduları öz sahibləri adına dünyanı işğal edə bilər. Qarşısnı almaq üçün isə, məhdudiyyət və nəzarət lazımdır.

Başqa ölkəyə ixrac edilən Tesla əsgər robotu Amerika sərhədləri vasitəsilə təqdim edildikdə avtomatik olaraq özünü sıradan çıxaracaq şəkildə proqramlaşdırıla bilər. Lakin cəbhə xəttində robotların döyüşməsi ideyası hələ də maliyyə baxımından aşağıdır", - deyə tədqiqatçı bildirib.

Hüququ nizamlama şərtdir

Türkiyədə İnformasiya Texnologiyaları Hüquq Dərnəyinin prezidenti, hüquqşünas Kürşat Ergün bildirib ki, hazırda hüquq aləmində bu obyektlərin hansı hüquqi statusa tabe olacağı müzakirə olunur:

"Bunlar süni intellektin modelləşdirilməsi ilə yaradılan bir sıra ağıllı obyektlərdir. Hazırda onlarla bağlı konkret tənzimləmə yoxdur. Ancaq məsələnin əsaslarına nəzər salsaq, burada bir kodlaşdırma var. Odur ki, bu proqram təminatını istehsal edən, yaradan, kodlaşdıran şəxslərə qarşı müəyyən cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Gələcəkdə yeni qaydaların həyatımıza daxil olacağı şübhəsizdir".

Ramiz Mehdiyevin dövründə qanun pozuntuları olub like
  • 21 Okt 14:52  
Digərləri Ramiz Mehdiyevin dövründə qanun pozuntuları olub

Milli Elmlər Akademiyasında baş vermiş qanun pozuntusu faktları ilə bağl�

arrow Ətraflı
Tverdə məktəbdə diz çökməyən şagirdi şikəst etdilər like
  • 21 Okt 14:51  
Dünya Tverdə məktəbdə diz çökməyən şagirdi şikəst etdilər

"Ləzginkanı rəqs et, diz çök, sonra rədd ol"...

arrow Ətraflı
Dizellə işləyən avtomobil sahiblərinin nəzərinə! like
  • 21 Okt 14:25  
Digərləri Dizellə işləyən avtomobil sahiblərinin nəzərinə!

2025-ci ilin yanvar ayından etibarən Azərbaycanda dizel yanacağı ilə işl�

arrow Ətraflı
COP29 konfransı əməkdaşlarının formaları like
  • 21 Okt 14:15  
Digərləri COP29 konfransı əməkdaşlarının formaları

Bu ilin 11-22 noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşk

arrow Ətraflı
Bakıda paltarsız gəzən şəxslə bağlı qərar verildi like
  • 21 Okt 14:13  
Digərləri Bakıda paltarsız gəzən şəxslə bağlı qərar verildi

Bakının mərkəzi küçələrində - Dəniz vağzalının qarşısında və di

arrow Ətraflı
Bakıda evdən ər və arvadın like
  • 21 Okt 14:10  
Digərləri Bakıda evdən ər və arvadın

Bakıda faciəli hadisə baş verib.

arrow Ətraflı
Bakıda poçta gələn qəsəbə sakini öldü like
  • 21 Okt 14:05  
Digərləri Bakıda poçta gələn qəsəbə sakini öldü

Bakıda poçtda ölüm hadisəsi baş verib. 

arrow Ətraflı
"Mənə aid olmayan videoları yayan, səsimi montajlayan..."  FOTO like
  • 21 Okt 13:59  
Şou-biznes "Mənə aid olmayan videoları yayan, səsimi montajlayan..." FOTO

Xalq artisti Mənsum İbrahimov sosial mediada ona qarşı aparılan qarayaxma k

arrow Ətraflı
Aşiq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatib  FOTO like
  • 21 Okt 13:57  
Kriminal Aşiq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatib FOTO

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Aşıq Mol

arrow Ətraflı
Emmanuel Makron "geosiyasi" rəqs etmək istədi, alınmadı like
  • 21 Okt 13:28  
Siyasət Emmanuel Makron "geosiyasi" rəqs etmək istədi, alınmadı

Fransa xarici siyasətində növbəti dəfə təxribat xarakterli addımlar atma

arrow Ətraflı
Xəbərdarlıq edildi: Bu ölkədə noyabrın 1dən benzinin like
  • 21 Okt 13:25  
Digərləri Xəbərdarlıq edildi: Bu ölkədə noyabrın 1dən benzinin

Rusiyada benzinin pərakəndə satış qiyməti oktyabr ayından qalxmağa başl

arrow Ətraflı
Bayden: Azərbaycanla Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam like
  • 21 Okt 13:24  
Dünya Bayden: Azərbaycanla Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam

İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcə

arrow Ətraflı
Günay İbrahimlinin sevgilisi ilə rəqsi diqqət çəkdi  VİDEO like
  • 21 Okt 13:19  
Şou-biznes Günay İbrahimlinin sevgilisi ilə rəqsi diqqət çəkdi VİDEO

Müğənni Günay İbrahimli sevgilisi ilə görüntülənib.

arrow Ətraflı
Evlər vətəndaşlar içəridə olaola sökülür? like
  • 21 Okt 13:16  
Digərləri Evlər vətəndaşlar içəridə olaola sökülür?

Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola sök

arrow Ətraflı
Türkiyənin neçə PUAsı var? like
  • 21 Okt 13:13  
Digərləri Türkiyənin neçə PUAsı var?

Türkiyədə pilotsuz uçuş aparatlarının (PUA) sayı 68 min 647, PUA pilotla

arrow Ətraflı