Günün qoroskopu: Yaxınlarınıza hədiyyə verin, onları sevindirin


Digərləri 21 Okt 2024 00:01:00 71 0

Günün qoroskopu: Yaxınlarınıza hədiyyə verin, onları sevindirin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - sakit və təmkinli davranın. Təxribatlara uymasanız, gün yaxşı keçəcək. Yaxın ətrafınızdakı insanlar səbrinizi tarıma çəkəcəklər. Belə tələlərə düşməyin. İş yerini dəyişmək, yeni tanışlıqlara can atmaq məsləhət deyil.

Günün ikinci yarısı şəxsi münasibətlər baxımından pis deyil. Axşam saatlarına yaxın tək qalın, düşünüb-daşının. Ailə üzvlərindən biri ilə fikir ayrılıqları yarana bilər.

Buğa - əlverişli zamandır. Yaranmış şəraitdən faydalanmağa çalışın. İstənilən situasiyada yaxşı nə isə var. İşgüzar danışıqlar pis keçməyəcək. Nüfuzlu insanların dəstəyini ala bilərsiniz. Onlar genişmiqyaslı planı və ya layihəni həyata keçirmək üçün müttəfiq tapın.

Günün ikinci yarısında gəlirlər olacaq. Alış-verişdə istədiyiniz əşyanı ala bilərsiniz. Axşam saatlarına yaxın romantik təmaslar ola bilər. Münasibətlər bir qədər sonra ciddi əlaqələrə çevriləcək.

Əkizlər - yaşananlara rəğmən təmkini itirməyin. Soyuqqanlı davranın, atacağınız addımların tələsik olmamasına çalışın. Yaranan istənilən problemin və ya çətinliyin öhdəsindən gələ biləcəksiniz. İşdə fikir ayrılıqları ola bilər. Mövqeyinizi müdafiə edin, geri çəkilməyin.

Günün ikinci yarısında hadisələrin inkişafı düzgün mövqe tutduğunuzu göstərəcək.

Axşam saatları peşəkar fəaliyyətlə bağlı önəmli məsələlərin müzakirəsi və həlli üçün yaxşıdır. Şəxsi münasibətlərdə diqqətli olun. Yeni tanışlara planlarınızdan danışmayın. Onlar ilk baxışdan göründüyü kimi deyillər.

Xərçəng - günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Çətinliklər yaranarsa, narahat olmayın. Problemlər müvəqqətidir və onları çözmək olar. Əvvəlcədən hazırladığınız plana qayıdın. Çoxdan bəri düşündüyünüz məsələni həyata keçirin. İşdə önəmli məsələlərin müzakirəsi üçün yaxşı gündür.

Günün ikinci yarısında yeni işə çıxmaq olar.

Ailə üzvləri ilə münasibətlər rəvan və harmonik olacaq. Qayğıkeş olun. Münaqişə və qarşıdurmalara yol verməməyə can atın. Ünsiyyətdə çətin olan insanla dil tapmağa can atın.  

Şir - günün ilk yarısı o qədər də uğurlu deyil. Əhvalınız korlana bilər. İşdə problemlər, maliyyə çətinlikləri istisna deyil. Narahat olmayın. Saatlar keçdikcə vəziyyət yaxşılaşmağa başlayacaq. Nikbin olun, qüvvə və potensialınıza güvənin.

Xoş görüşlər olacaq. Dəyər verdiyiniz insanla qarşılaşacaqsınız. Ailə münasibətləri ilə bağlı mühüm məsələləri müzakirə etmək olar.

Günün ikinci yarısında yeni layihəni həyata keçirməyə hazır olun. Aktiv və enerjili olun, qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.

Axşam saatlarında gəzintiyə çıxın.

Qız - günün ilk yarısı mürəkkəb keçəcək. Gərəkli nəticəyə nail olmaq üçün çox çalışmalı olacaqsınız. Yardımlarına bel bağlamağa adət etdiyiniz insanlar sizi yarıyolda qoya bilərlər.

Adi günlərdən fərqli olaraq işdə həmkarlarla münasibətlər gəriləcək, fikir ayrılıqları və ixtilaflar yaranacaq. İndiyədək bir kəlmədən anladığınız insanlarla dil tapmaq çətinləşəcək.

Şəxsi münasibətlərdə situasiya yaxşı deyil. Qarşılıqlı iradlar, qısqanclıq və umu-küsü anlaşmaya mane olacaq. Yaranan problemlərin səbəblərini anlamağa çalışın. Çətinlikləri aradan qaldırmağın alternativ, amma effektiv yollarını arayın.

Tərəzi - köhnə problemləri unutsanız da, onlar sizi unutmayıblar. Çətinlikləri sürətlə, qısa müddətdə həll etmək asan deyil. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Diqqətinizi cari işlərə yönəldin. Bir müddət sonra yeni işlərin həllinə başlaya bilərsiniz.

Günün ikinci yarısında işgüzar danışıqlar pis keçməyəcək. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Axşam saatları yaradıcılıq fəaliyyəti üçün yaxşıdır. Dünyagörüşünüzü, biliklərinizi artırın. Yeni hobbi artıra bilərsiniz. Maraqlı tanışlıqlar olacaq.

Dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaqsınız.

Əqrəb - günün ilk yarısı sakit olacaq. Bir qədər əvvəl başladığınız işi başa vurun. Fəaliyyət müstəvisində qayda yaradın, nizamı bərpa edin. Ötən həftədə əməkdaşlıq və ya tərəfdaşlıqla bağlı əldə etdiyiniz razılaşmanı yaddan çıxarmayın.

Günün ikinci yarısında peşəkar mövqelərinizi möşkəmləndirin. Bədxahlarınızı zərərsizləşdirin. Çox nüfuzlu düşmənin məkrli planlarının qarşısını alın.

Gəlirlər, uğurlu sövdələşmələr istisna deyil. Axşam saatları şəxsi münasibətlər baxımından münasibdir. İntuisiyanız kəskin olmalıdır. Yaxınlarınız sizi anlayacaqlar.

Oxatan - günün ilk yarısında bütün işlər asan olmayacaq. Kiçik çətinliklər və problemlərlə qarşılaşanda geri çəkilməyin. Dürüst davranın. Qətiyyətli və iradəli olsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Məhz bu məziyyətləriniz sizə peşəkar fəaliyyət müstəvisində irəliləyişə təkan verəcək insanların diqqətini cəlb edə bilər.

Günün ikinci yarısında ambisioz planlarınızdan birini həyata keçirməyə can atın. Axşam saatlarına yaxın qəfil hədiyyə, romantik sürprizlər olacaq.

Əks cins mənsubları ilə təmaslarda həssas və qayğıkeş olun. Laqeyd davranmayın.

Oğlaq - anlaşmalar və sərmayələr üçün əlverişli zaman deyil. Maliyyə məsələlərində ehtiyatlı olun. Uğurlu gündür, problemlər ciddi deyil. Çətin məsələləri həll etməyə çalışın. Kimsədən kömək gözləməyin, kimsəyə bel bağlamayın. İşgüzar müzakirələr və danışıqlar pis keçməyəcək.

Günün ikinci yarısında əldə edilmiş anlaşmalar və razılıqlar müvəqqətidir.

Səfərlər üçün münasib zamandır. Görüşlər və təmaslarda təxəyyülünüzü işə salsanız, nəticələr pis olmayacaq. Yeni tanışlıqlar olacaq. Amma onlar ciddi münasibətlərə çevriləcək.

Dolça - nəzərdə tutduğunuz işləri həyata keçirə bilərsiniz. Tələskənliyə yol verməyin. Vurnuxmalara qatılmayın. Yalnız etibar etdiyiniz, sınanmış müttəfiqlərlə çalışın. Bir zamanlar yardım etdiyiniz insanlara kömək etməkdən çəkinməyin. Müraciətiniz qulaqardına vurulmayacaq. Qəfil işgüzar təkliflərin alınması istisna deyil.

Günün ikinci yarısında həmin təkliflərdən birini dəyərləndirsəniz, gəlir əldə edə bilərsiniz. Axşam saatlarında səfərə yollanın. Yaxınlarınıza hədiyyə verin, onları sevindirin. Dəyər verdiyiniz insanların qayğısına qalın.

Balıqlar - risk etməkdən çəkinməyin. Yeni işlər və layihələrdə sizi uğurlar gözləyir. Nüfuzlu insanlarla, məmurlarla təmaslar, sənədləşdirmə üçün yaxşı gündür. Danışıqlar və müzakirələr üçün yaxşı gündür.

Sınaqdan uğurla çıxacaqsınız.

Günün ikinci yarısında yaxınlarınıza yardım edin. Ailə problemlərini həll edə bilərsiniz. Tanışlarınızın sizə rəğbəti artacaq. Alış-verişdə istədiyiniz əşyanı ala bilərsiniz. Səhhətiniz üçün profilaktik tədbirlər effektiv ola bilər. İmiclə eksperimentlər pis alınmayacaq.

Son.az

Safurə bahalı avtomobilini nümayiş etdirdi like
  • 20 Okt 23:52  
Şou-biznes Safurə bahalı avtomobilini nümayiş etdirdi

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva bahalı avto

arrow Ətraflı
İranlı idmançı qızıl medalını erməni səfirə verdi like
  • 20 Okt 23:47  
Digərləri İranlı idmançı qızıl medalını erməni səfirə verdi

İranlı kyokuşin karate idmançısı Əhməd Bagiri Ermənistanın İrandakı

arrow Ətraflı
Harris ABŞ demokratiyasını təhdid edir like
  • 20 Okt 23:31  
Dünya Harris ABŞ demokratiyasını təhdid edir

Kamala Harris partiyanın namizədliyini haqsız olaraq qazandığı üçün dem

arrow Ətraflı
"Eminə dedim ki, hər şeyi sıfırdan başlayacaqsan" like
  • 20 Okt 23:12  
Şou-biznes "Eminə dedim ki, hər şeyi sıfırdan başlayacaqsan"

İş adamı Araz Ağalarov oğlu, Xalq artisti Emin Ağalarovdan danışıb.

arrow Ətraflı
Qubada minik avtomobilləri toqquşdu, ölən var like
  • 20 Okt 23:02  
Digərləri Qubada minik avtomobilləri toqquşdu, ölən var

Quba şəhəri ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadi

arrow Ətraflı
Azərbaycanda "Halloween" bayramına maraq göstərənlərin sayı artıb: valideynlərə like
  • 20 Okt 23:00  
Digərləri Azərbaycanda "Halloween" bayramına maraq göstərənlərin sayı artıb: valideynlərə

Hər il dünyanın müxtəlif ölkələrində oktyabrın 31-i "Halloween&qu

arrow Ətraflı
Bu müəllimlər işdən çıxarılacaq?  Rəsmi AÇIQLAMA like
  • 20 Okt 22:50  
Digərləri Bu müəllimlər işdən çıxarılacaq? Rəsmi AÇIQLAMA

Bu gün ilk dəfə dövlət məktəbəqədər təhsil müəssisələrində pedaq

arrow Ətraflı
"Kuruluş Osman"ın aktyorlarının övladı olacaq like
  • 20 Okt 22:45  
Şou-biznes "Kuruluş Osman"ın aktyorlarının övladı olacaq

Türkiyəli məşhur cütlük Çağrı Şensoyla Buse Arslanın övladı olacaq.

arrow Ətraflı
HTTP nədir və nə üçün istifadə olunur? like
  • 20 Okt 22:30  
Digərləri HTTP nədir və nə üçün istifadə olunur?

HTTP (Hypertext Transfer Protocol) internet üzərindəki məlumatların ötür�

arrow Ətraflı
Gürcüstanda mitinq keçirilir  Zurabişvili də iştirak edir like
  • 20 Okt 22:23  
Digərləri Gürcüstanda mitinq keçirilir Zurabişvili də iştirak edir

Tbilisidə müxalifət, qeyri-hökumət, eləcə də vətəndaş cəmiyyəti tə

arrow Ətraflı
İsrail Markona xəbərdarlıq etdi like
  • 20 Okt 22:07  
Siyasət İsrail Markona xəbərdarlıq etdi

İsrail Xarici İşlər Nazirliyi oktyabrın 15-də İsrail şirkətlərinin Eur

arrow Ətraflı
Lavrov “olmalıdır” dedi, ancaq Türkiyəni “unutdu” like
  • 20 Okt 22:00  
Digərləri Lavrov “olmalıdır” dedi, ancaq Türkiyəni “unutdu”

Hindistan, Braziliya kimi ölkələr və onlarla birlikdə Afrika nümayəndəl�

arrow Ətraflı
Ordumuzun mayoru VƏFAT ETDİ like
  • 20 Okt 21:46  
Digərləri Ordumuzun mayoru VƏFAT ETDİ

Azərbaycan Ordusunun hərbçisi vəfat edib.

arrow Ətraflı
Bekhemlərin qızı seçiminə görə tənqid olundu like
  • 20 Okt 21:31  
Şou-biznes Bekhemlərin qızı seçiminə görə tənqid olundu

Futbolçu Devid Bekhem və dizayner Viktoriya Bekhemin qızı Harper peşə seç

arrow Ətraflı
Astarada 33 yaşlı kişi güllələndi  atası şübhəli bilinir like
  • 20 Okt 21:18  
Digərləri Astarada 33 yaşlı kişi güllələndi atası şübhəli bilinir

Astarada 33 yaşlı kişi güllələnib, atası şübhəli bilinir.

arrow Ətraflı