Bu müəllimlər işdən çıxarılacaq? Rəsmi AÇIQLAMA
Digərləri 20 Okt 2024 22:50:00 209 0
Bu gün ilk dəfə dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçirilir.
Bu xəbəri də oxu: Təyyarə qəzasında ölən ekipaj üzvlərinin vida mərasimi keçirilir FOTO
Son.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunur.
Ümumilikdə prosesdə azərbaycan, rus və gürcü dillərində tədris aparan 13 000-ə yaxın tərbiyəçi-müəllim və metodistin iştirakı nəzərdə tutulur.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında deyib ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir.
O bildirib ki, diaqnostik qiymətləndirmə ilə bağlı ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə daha əvvəl maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.
"Diaqnostik qiymətləndirmənin test imtahanı mərhələsində iştirakçılar 4 istiqamət üzrə hazırlanmış 60 suala cavab verirlər. 120 dəqiqə ərzində məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, özünüinkişaf mövzularını əhatə edən sualları cavablandırılır. Hər düzgün sual 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq edilir. Diaqnostik qiymətləndirmənin nəticəsi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən edəcək".
Şöbə müdirinin sözlərinə görə, diaqnostik qiymətləndirmənin əsas məqsədi sertifikatlaşdırmaya hazırlıq və tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarını müəyyən etməkdir. O bildirib ki, burada heç bir inzibati tədbirdən söhbət getmir. "Dünən diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə simulyasiya təşkil edilib. Simulyasiya müxtəlif şəhər və rayonlar üzrə 28 mərkəzdə keçirilib". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Türkiyəli məşhur cütlük Çağrı Şensoyla Buse Arslanın övladı olacaq.
HTTP (Hypertext Transfer Protocol) internet üzərindəki məlumatların ötür�
Tbilisidə müxalifət, qeyri-hökumət, eləcə də vətəndaş cəmiyyəti tə
İsrail Xarici İşlər Nazirliyi oktyabrın 15-də İsrail şirkətlərinin Eur
Hindistan, Braziliya kimi ölkələr və onlarla birlikdə Afrika nümayəndəl�
Futbolçu Devid Bekhem və dizayner Viktoriya Bekhemin qızı Harper peşə seç
Astarada 33 yaşlı kişi güllələnib, atası şübhəli bilinir.
İran hakimiyyəti təhlükəsizlik risklərini azaltmaq üçün şərq sərhəd
Müğənni Cennifer Lopez aktyor Ben Afflekin boşandıqdan sonra davranışlar�
İran Netanyahunun evinə hücumla bağlı xəbərlərə reaksiya verib.
Bu tövsiyə qadınların sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir
Braziliya millisinin və "Əl-Hilal"ın hücumçusu Neymar çarpaz ba�