Şəhid polkovnikleytenantın atası dünyasını dəyişdi


Digərləri 20 Okt 2024 09:18:00 56 0

Şəhid polkovnikleytenantın atası dünyasını dəyişdi

2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı, şəhid polkovnik-leytenant Sənan Axundovun atası Tahir Axundov oktyabrın 19-da vəfat edib.

Bu xəbəri də oxu: Sumqayıtda silahsursat tapılıb

Son.az modern.az-a istinadla xəbər verir ki, mərhum Tahir Axundov Beyləqan rayonunda yerləşən "Cərciz Peyğəmbər" məzarlığında son mənzilə yola salınıb.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Sənan Axundov da həmin məzarlıqda dəfn olunub. Mərhum Tahir Axundov vəsiyyətinə uyğun olaraq oğlunun yanında torpağa tapşırılıb.

Sənan Axundov ailənin yeganə oğul övladı idi. O, Müdafiə Nazirliyində İnformasiya şöbəsinin sektor müdiri vəzifəsində xidmət etmişdi. Ailənin tək oğul övladı olmasına baxmayaraq, tutduğu vəzifədən imtina etmiş və könüllü şəkildə ön cəbhəyə getmişdi.

Sənan Tahir oğlu Axundov 1979-cu il sentyabrın 29-da Füzuli rayonunda anadan olub. 1993-cü ildə Axundovlar ailəsi Füzulidən məcburi köçkün düşüb. Sənan Axundov 1996-cı ildə Bakının Binəqədi rayonundakı 144 nömrəli tam orta məktəbi bitirərək, Ali Hərbi Məktəbə daxil olub. 2001-ci ildə Ali Hərbi Məktəbi bitirib və "N" saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlayıb.

2007-2009-cu illərdə Almaniya Federativ Respublikasının Hərbi Akademiyasında təhsil alıb.

Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ikinci ali təhsil alıb.

2012-2015-ci illərdə Almaniyada müxtəlif kəşfiyyat təlimlərində iştirak edib. 2012-ci ildə Türkiyədə hərbi təlim keçib.

2016-cı ildə Müdafiə Nazirliyindəki sektor müdiri vəzifəsindən imtina edərək könüllü şəkildə cəbhə bölgəsinə gedib. Onu kəşfiyyat bölüyünün komandiri təyin etmişdilər.

Sənan Axundov 2016-cı il aprelin 18-də "Aprel döyüşləri"ndən sonra Lələtəpə istiqamətində mövqelərimizin hansı vəziyyətdə olduğunu öyrənmək üçün ərazini yoxlamağa gedən zaman minaya düşən silahdaşını - polkovnik-leytenant Vüqar Əbdüləzimovu xilas edərkən özü də minaya düşərək ağır yaralanıb. Onu Füzuli rayonu ərazisində yerləşən hərbi hospitala çatdırsalar da, həkimlər zabitimizin həyatını xilas edə bilməyiblər.

"Aprel döyüşləri"nin son şəhidi - polkovnik-leytenant Sənan Axundov Beyləqanda yerləşən "Cərciz Peyğəmbər" məzarlığında torpağa tapşırılıb. Sənan Axundov Bakıdakı 34 nömrəli orta məktəbin direktoru Nəcibə Axundova ilə evli idi. Şəhidin Tahir adlı oğul və Nəzrin adlı qız övladı yadigar qalıb.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək like
  • 20 Okt 09:17  
Digərləri Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 20-də peşəkar mühasib sertifik

arrow Ətraflı
"Amaliya Pənahova xərçəngə yoluxanda yazdı ki,..." like
  • 20 Okt 09:10  
Şou-biznes "Amaliya Pənahova xərçəngə yoluxanda yazdı ki,..."

"Verilişimiz ATV kanalında yayımlanır. Bizə dəstək üçün müraciə

arrow Ətraflı
Ordunu müharibəyə hazırlaşmağa çağırdı like
  • 20 Okt 09:05  
Dünya Ordunu müharibəyə hazırlaşmağa çağırdı

Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 18-də Çin Xalq Azadlı

arrow Ətraflı
"iPhone 17"nin göstəriciləri məlum oldu like
  • 20 Okt 08:58  
Digərləri "iPhone 17"nin göstəriciləri məlum oldu

İncə korpusa malik olan gələcək "iPhone 17 Slim"in ilk detalları

arrow Ətraflı
Cəfər Namiq Kamal: "Aktyorluq ömür qısaldan sənətdir" like
  • 20 Okt 08:44  
Şou-biznes Cəfər Namiq Kamal: "Aktyorluq ömür qısaldan sənətdir"

Xalq artisti Cəfər Namiq Kamal gələn il 75 yaşını qeyd edəcək. Artıq 5

arrow Ətraflı
Xalq artisti təcili əməliyyat olundu – FOTO like
  • 20 Okt 08:34  
Şou-biznes Xalq artisti təcili əməliyyat olundu – FOTO

Rusiyanın Xalq artisti Aleksandr Pankratov-Çerni əl barmaqlarını hərəkət

arrow Ətraflı
Beyruta ardıcıl zərbələr endirildi like
  • 20 Okt 08:32  
Dünya Beyruta ardıcıl zərbələr endirildi

İsrail qırıcıları Beyrutun cənubuna, Hizbullahın obyektlərinin yerləşd

arrow Ətraflı
Ayselin qarderobu  VİDEO like
  • 20 Okt 08:20  
Şou-biznes Ayselin qarderobu VİDEO

Müğənni Aysel Əlizadə qarderobunu nümayiş etdirib. 

arrow Ətraflı
Bu da 3cü dəfə evlənən Azərin AİLƏSİ  FOTO like
  • 20 Okt 08:10  
Şou-biznes Bu da 3cü dəfə evlənən Azərin AİLƏSİ FOTO

Bu da 3-cü dəfə evlənən Azərin AİLƏSİ - FOTOAparıcı Azər İsmayılov

arrow Ətraflı
Alkoqolizmin ilk əlamətləri açıqlandı like
  • 20 Okt 08:06  
Digərləri Alkoqolizmin ilk əlamətləri açıqlandı

"Alkoqolizmin ilk əlamətləri ölçü hissinin itməsidir".

arrow Ətraflı
Gələcəkdə müharibələr su və nadir metallar uğrunda aparılacaq like
  • 20 Okt 07:48  
Dünya Gələcəkdə müharibələr su və nadir metallar uğrunda aparılacaq

Gələcək müharibələr nadir metal yataqları və su ehtiyatları uğrunda ap

arrow Ətraflı
İlqar Mirzəyevin oğlu nişanlandı like
  • 20 Okt 07:34  
Digərləri İlqar Mirzəyevin oğlu nişanlandı

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu El

arrow Ətraflı
“Oxuyanda qışqırmaqdan qrija olmuşam” like
  • 20 Okt 07:23  
Şou-biznes “Oxuyanda qışqırmaqdan qrija olmuşam”

"İndi toydalarda "ana, ölürəm sənin üçün, gəlim qəbrinə. At

arrow Ətraflı
Dünyadakı yoxsulların sayı AÇIQLANDI like
  • 20 Okt 07:07  
Dünya Dünyadakı yoxsulların sayı AÇIQLANDI

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, (UNDP) eləcə d�

arrow Ətraflı
Sofi Lorenin oğlu özündən 21 yaş kiçik xanımla evlənir like
  • 20 Okt 06:50  
Şou-biznes Sofi Lorenin oğlu özündən 21 yaş kiçik xanımla evlənir

Dünyaca məşhur italyan müğənni-aktrisa Sofi Lorenin oğlu, dirijor Karlo P

arrow Ətraflı