Misirli ekspert: Qarabağ əraziləri yaşıl enerji regionuna çevrilmək üçün böyük potensiala malikdir MÜSAHİBƏ


Digərləri 19 Okt 2024 15:06:00 67 0

Misirli ekspert: Qarabağ əraziləri yaşıl enerji regionuna çevrilmək üçün böyük potensiala malikdir  MÜSAHİBƏ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkənin yaşıl enerjiyə keçidində, eləcə də bərpaolunan enerjinin inkişafı məqsədlərinə nail olunmasında mühüm rol oynayacaq. Şübhəsiz ki, bu beynəlxalq konfransda yaşıl enerjiyə qlobal keçidlə bağlı mühüm qərarlar qəbul ediləcək. Azərbaycan gələcəkdə ölkənin iqtisadi inkişafına dəstək olacaq yaşıl enerjinin Avropaya ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdaşlar cəlb edə biləcək. Nəzərə alsaq ki, Azərbaycanın alternativ enerji mənbələri üçün çox böyük potensialı var, belə mühüm layihələrin həyata keçirilməsi istiqamətində beynəlxalq maliyyə kanallarının açılması yaşıl enerjinin yeni dövrünün başlanğıcı olacaq.

Son.az xəbər verir ki, mövzu ilə bağlı AZƏRTAC-ın suallarını misirli ekspert, Mərkəzi Asiya və Qafqaz üzrə tədqiqatçı Əhməd Abdah Tarabeyk cavablandırır.

- Sizcə, Azərbaycanda keçiriləcək COP29 qlobal iqlim konfransının əsas məqsədləri nədən ibarətdir və bu məqsədlərə nail olmaq üçün hansı prioritetlər qarşıya qoyulacaq? Bu konfransdan gözləntiləriniz nədir?

- Katibliyi Almaniyanın Bonn şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransı ən yüksək qərar qəbul edən orqandır. 1995-ci ildən Berlində bu tədbirin ilk sessiyasının keçirildiyi vaxtdan dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri iqlim dəyişikliyinin qarşısının alınması və onun zərərli təsirlərinin aradan qaldırılması üçün səyləri birləşdirmək üçün hər il konfransa toplaşırlar.

Coğrafi mövqeyi və böyük iqlim fəallığı ilə Azərbaycan qlobal iqlim konfransının səylərini gücləndirəcək. Dünya ölkələri yeni maliyyələşdirmə məqsədinə çatmaqda çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycan nail olacağına ümid etdiyi konkret planlar qoyub. Bu, iqlim dəyişikliyinə uyğunlaşmaq üçün daha çox investisiya tələblərinin artması fonunda baş verir. Qarşıdan gələn sammitin əsas məqsədi yoxsul ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə kömək etmək üçün zəngin ölkələr tərəfindən ödənilən yeni illik maliyyə hədəfi üzrə razılığa gəlməkdir. İnkişaf etməkdə olan ölkələr əlavə maliyyə dəstəyi olmadan emissiyaların azaldılması hədəflərini yüksəldə bilməzlər.

Mən Azərbaycanın təqdim etdiyi təşəbbüslər üzrə ölkələr arasında konsensusa nail olacağını gözləyirəm. Üstəlik, Azərbaycan 2050-ci ilə qədər yaşıl enerjiyə keçid üçün əməli addımlara başlayan neft ölkələrindən biridir və ona görə də bu məsələdə neft ölkələri üçün model hesab olunur. Bakı işğaldan azad edilmiş Qarabağ ərazilərində yaşıl enerjiyə keçidi həyata keçirməyə başlayıb. Azərbaycan iqlim dəyişikliyi ilə bağlı fəlakətlər fonunda həyata keçirilə biləcək iddialı təşəbbüslər irəli sürüb və bu, planeti xilas etmək üçün bütün ölkələrdən əməkdaşlıq etməyi tələb edir.

- Qlobal səviyyədə yaşıl transformasiya mümkündürmü? Bu transformasiya üçün hansı perspektivlər var və ölkələr hansı problemlərlə üzləşəcək?

- İqlim problemi qlobal problemdir və onun həlli qlobal olmalıdır. Bu isə o deməkdir ki, bütün ölkələr kompleks həll yollarını hazırlamaq üçün birgə çalışmalıdırlar. Buna görə də yüksək səviyyədə karbon qazı istehsalına səbəb olan sənayeləşmiş ölkələr inkişaf etməkdə olan ölkələrin yaşıl iqtisadiyyata keçidinə kömək etməlidirlər. Ona görə də iqlim dəyişikliyi məsələsinə böyük diqqət yetirilməlidir. Sənayeləşmiş ölkələr istər texniki töhfələr, istərsə də iqtisadi töhfələr vasitəsilə yaşıl transformasiya prosesinə ən çox töhfə verməlidilər. Bu, ən böyük problemdir. Çünki sənayeləşmiş ölkələr sənaye sahəsində yaşıl texnologiyalardan istifadə etmək istəmirlər. Onlar inkişaf etməkdə olan ölkələrin, xüsusən də neft ölkələrinin qalıq yanacaq istehsalını dayandırmasını istəyirlər.

- Azərbaycanı bərpaolunan enerjiyə investisiya üçün perspektivli bazar hesab edirsinizmi?

- Azərbaycanı bərpaolunan enerji sahəsində investisiyalar üçün perspektivli bazar kimi xarakterizə edən bir çox amillər və elementlər var. Azərbaycanın hündür dağları var ki, bu dağlardan keçən çaylardan su elektrik enerjisi əldə etmək olar. Həm də ölkə bu dağlarda quraşdırıla bilən külək dəyirmanlarının köməyi ilə külək enerjisindən elektrik enerjisi istehsal edə bilər. Azərbaycanda da ilin əksər hissəsində günəş işığı üstünlük təşkil edir ki, bu da ona günəş panelləri vasitəsilə günəş enerjisi əldə etməkdə böyük köməklik göstərir. Bundan əlavə, ölkə yaşıl hidrogenin istehsal oluna biləcəyi sıx meşələrə sahib olması ilə məşhurdur. Azərbaycanın yaşıl enerji sahəsində malik olduğu belə amillər onu bu mühüm sahəyə investisiyalar üçün cəlbedici mərkəzə çevirir. Azərbaycan yaşıl enerji istehsalı sahəsində müasir texnologiyalara malik ölkələrlə əməkdaşlıq edə bilər. Çünki yaşıl enerjiyə keçiddə Azərbaycanla səmərəli əməkdaşlığa nail ola biləcək dövlətlərin başında ABŞ, Çin və Avropa Birliyi dayanır.

- Azərbaycan neft və təbii qaz ixrac etməklə yanaşı, bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisini də ixrac edən ölkəyə çevrilməyi planlaşdırır. Ölkəmizin bu istiqamətdə imkanlarını necə qiymətləndirirsiniz?

- Ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də kömür, neft və təbii qaz kimi mədən yanacaqları məsələsi qaldırıldı. COP28-də bəzi ölkələr qalıq yanacaq istehsalının dayandırılmasını tələb etdilər. Məhz sənayeləşmiş ölkələr sahib olduqları çirkləndirici fabriklərdən yaranan böyük emissiyaları ört-basdır etmək üçün bu məsələni qaldırıblar. Lakin bu məsələyə iki aspektdən baxılıb. Birincisi, dünya ölkələri, o cümlədən sənayeləşmiş ölkələr ən azı 2050-ci ilə qədər mədən yanacaqları, xüsusilə də neft və təbii qaz olmadan fəaliyyət göstərə bilməyəcəklər. İkincisi, sənayeləşmiş ölkələrin qaz emissiyaları neft və təbii qaz hasil edən ölkələrin emissiyalarını xeyli üstələyir.

Azərbaycan neft ölkəsi olsa da, onun tədricən təmiz enerji istehsalına keçidlə bağlı konkret planları var. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal proqramlara qoşulub. Ölkə 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmağı hədəfləyir. Daha iddialı bir məqsəd də qarşıya qoyulub - 2050-ci ilə qədər istixana qazları emissiyalarını 40 faiz azaltmaq. Azərbaycan özünün böyük iqtisadi və texniki imkanları sayəsində mövcud qrafikinə uyğun olaraq bu planları həyata keçirə biləcək.

- Sizcə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl enerji zonasına çevrilməsi üçün hansı imkanlar var?

- Azərbaycanın işğaldan azad edilmiş Qarabağ əraziləri bir sıra səbəblərdən yaşıl enerji regionuna çevrilmək üçün böyük potensiala malikdir. Bunlardan ən mühümü odur ki, Qarabağ yaşıl enerjiyə keçidlə bağlı qlobal tendensiyalara uyğun müasir şəkildə bərpa olunur və yenidən qurulur. Qarabağın hündür təpələri və dağları var ki, bu dağların yamacları boyunca axan çaylar vasitəsilə təmiz elektrik enerjisi əldə etmək olar və bu dağlardan külək dəyirmanları vasitəsilə külək enerjisindən elektrik enerjisi istehsal etmək də mümkündür.

İşğaldan azad edilmiş Qarabağda həm də havanın təmizlənməsinə və bu ekoloji zonalardan enerji hasil edilməsinə xidmət edən geniş meşə sahələri var. Ona görə də Qarabağ Azərbaycanın ən mühüm ərazilərindən biridir, yaşıl enerji regionuna və bununla da beynəlxalq sistemə görə ekoloji cəhətdən təmiz regiona çevrilə bilər. Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağ ərazilərinin yaşıl enerji zonasına çevrildiyini bəyan edib. 2050-ci ilə qədər bu ərazilərin "sıfır xalis emissiya" zonasına çevrilməsi planlaşdırılır.

Pandemiya qaçılmazdır: Bəşəriyyəti təhdid edən infeksiyalar AÇIQLANDI like
  • 19 Okt 14:55  
Digərləri Pandemiya qaçılmazdır: Bəşəriyyəti təhdid edən infeksiyalar AÇIQLANDI

Alimlər deyirlər ki, dünya növbəti pandemiyaya hazır deyil.

arrow Ətraflı
Aşiq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi davam edir  FOTO like
  • 19 Okt 14:49  
Kriminal Aşiq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi davam edir FOTO

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşı

arrow Ətraflı
Naxçıvanda "yaşıl enerji" istehsalı üçün 8 min hektara yaxın ərazi ayrılıb like
  • 19 Okt 14:41  
Digərləri Naxçıvanda "yaşıl enerji" istehsalı üçün 8 min hektara yaxın ərazi ayrılıb

Naxçıvanda "yaşıl enerji"nin layihələndirilməsi üçün 8 000 h

arrow Ətraflı
Bakıda qanunsuz tikilmiş evin altından keçən su kollektoru sıradan çıxdı like
  • 19 Okt 14:25  
Digərləri Bakıda qanunsuz tikilmiş evin altından keçən su kollektoru sıradan çıxdı

Bakıda üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fə

arrow Ətraflı
Qadınlar və kişilər ağrıları müxtəlif yollarla aradan qaldırır – like
  • 19 Okt 14:19  
Digərləri Qadınlar və kişilər ağrıları müxtəlif yollarla aradan qaldırır –

ABŞ-dan olan tədqiqatçılar kişi və qadınların ağrıları müxtəlif yol

arrow Ətraflı
Ölən müəllimənin həyat yoldaşı paylaşımı ilə hər kəsi kövrəltdi like
  • 19 Okt 14:13  
Digərləri Ölən müəllimənin həyat yoldaşı paylaşımı ilə hər kəsi kövrəltdi

Xəbər veridyimiz kimi, Xırdalan şəhər 2 sayılı tam orta məktəbin mü�

arrow Ətraflı
Yeni “Samsung” telefonu 6 il müddətinə yenilənəcək like
  • 19 Okt 14:05  
Digərləri Yeni “Samsung” telefonu 6 il müddətinə yenilənəcək

"Samsung" şirkəti növbəti büdcə baxımından ucuz olan "Gal

arrow Ətraflı
Paytaxtda ağacəkmə aksiyası keçirildi like
  • 19 Okt 13:53  
Digərləri Paytaxtda ağacəkmə aksiyası keçirildi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024

arrow Ətraflı
"28 May" metro stansiyasının yaxınlığındakı yolda CİDDİ DƏYİŞİKLİK like
  • 19 Okt 13:45  
Digərləri "28 May" metro stansiyasının yaxınlığındakı yolda CİDDİ DƏYİŞİKLİK

"28 May" metro stansiyasının yaxınlığında hab istifadəyə veril

arrow Ətraflı
Şəkər xəstələrinin süfrəsində olması lazım olan like
  • 19 Okt 13:19  
Digərləri Şəkər xəstələrinin süfrəsində olması lazım olan

Şəkərli diabet və qan şəkərinin səviyyəsi ilə bağlı digər xəstəli

arrow Ətraflı
Kredit götürmək istəyənlərin nəzərinə like
  • 19 Okt 13:11  
Digərləri Kredit götürmək istəyənlərin nəzərinə

Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdır

arrow Ətraflı
Tağı Əhmədov dəfn olundu like
  • 19 Okt 12:55  
Digərləri Tağı Əhmədov dəfn olundu

"Bakı Metropoliteni" QSC-nin sabiq sədri Tağı Əhmədovun dəfn m�

arrow Ətraflı
Dövlət Komitəsinin Ordubaddakı idarəsi satışa çıxarılır like
  • 19 Okt 12:50  
Digərləri Dövlət Komitəsinin Ordubaddakı idarəsi satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha bi

arrow Ətraflı