Kredit götürmək istəyənlərin nəzərinə


Digərləri 19 Okt 2024 13:11:00 64 0

Kredit götürmək istəyənlərin nəzərinə

Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorlarının daxil edilir.

Son.az xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyinə daxil edilən "Kredit büroları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla da mobil telefon operatorları müştəriləri olan kredit tarixçəsi subyektlərinin məlumatlarını onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcəklər.

Qeyd edilib ki, bu, kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq.

Hazırda analoji qayda (müvafiq məlumatların təqdim olunması üçün razılığın tələb olunmaması) kommunal xidmətləri göstərən müəssisələrə tətbiq olunur.

Layihəyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək. Bu dəyişikliyə əsasən kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaqdır.

Bildirişə neqativ məlumatı verən məlumat təchizatçısı barədə məlumat daxil ediləcək. Nəticədə borcalanlar hər hansı ehtiyatsızlıqdan, vaxt məhdudiyyətindən və s. oxşar xarakterli səbəblərdən yaranan neqativ məlumatlar barəsində xəbərdar olaraq, onları vaxtında aradan qaldıra biləcəklər.

Qeyd edilib ki, qanun layihəsi kredit bürolarında toplanan məlumatların dairəsini genişləndirilərək kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının daha geniş məlumatlar əsasında qiymətləndirilməsi imkanlarını artıracaq, həmçinin borcalanların onlar barəsində yaranan neqativ məlumatlar barəsində məlumatlandırılması təmin ediləcək və bu əsasda borcalanlar öz borclarını daha effektiv idarəetmə imkanları əldə edəcəklər.

Tağı Əhmədov dəfn olundu like
  • 19 Okt 12:55  
Digərləri Tağı Əhmədov dəfn olundu

"Bakı Metropoliteni" QSC-nin sabiq sədri Tağı Əhmədovun dəfn m�

arrow Ətraflı
Dövlət Komitəsinin Ordubaddakı idarəsi satışa çıxarılır like
  • 19 Okt 12:50  
Digərləri Dövlət Komitəsinin Ordubaddakı idarəsi satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha bi

arrow Ətraflı
Mikayılın verilişinin adından dələduzluq like
  • 19 Okt 12:43  
Şou-biznes Mikayılın verilişinin adından dələduzluq

Aparıcı Mikayıl Güləddinoğlunun verilişinin adından dələduzluq hallar�

arrow Ətraflı
Mistik güclərə malik olan yeganə bürc like
  • 19 Okt 12:35  
Digərləri Mistik güclərə malik olan yeganə bürc

Hər bir bürcün özünəməxsus xüsusiyyətləri var, lakin mistik gücə gə

arrow Ətraflı
Məşhur dubay şokoladı bu xəstəliklərə səbəb ola bilər like
  • 19 Okt 12:28  
Digərləri Məşhur dubay şokoladı bu xəstəliklərə səbəb ola bilər

Dubay şokoladı ürək-damar xəstəliklərinə səbəb ola bilər.

arrow Ətraflı
COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi baxımından faydalı olacaq  ŞƏRH like
  • 19 Okt 12:22  
Digərləri COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi baxımından faydalı olacaq ŞƏRH

COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi, eyni za

arrow Ətraflı
Bakıda COP29la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır like
  • 19 Okt 12:15  
Digərləri Bakıda COP29la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfrans�

arrow Ətraflı
Tağı Əhmədovun vida mərasiminə hansı tanınmış şəxslər gəldi? like
  • 19 Okt 12:10  
Digərləri Tağı Əhmədovun vida mərasiminə hansı tanınmış şəxslər gəldi?

Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" QSC-nin sabiq sədri Ta

arrow Ətraflı
Manipulyasiya olunduğumu necə bilərəm? like
  • 19 Okt 11:58  
Digərləri Manipulyasiya olunduğumu necə bilərəm?

Manipulyasiya olunduğunu müəyyən etmək üçün aşağıdakı əlamətlərə

arrow Ətraflı
Netanyahunun evinə PUA hücumu olub like
  • 19 Okt 11:52  
Dünya Netanyahunun evinə PUA hücumu olub

İsrailin baş naziri Benyamin Netanyahunun evinə PUA hücumu olub.

arrow Ətraflı
Ən sağlam 3 bürc  Xəstəlik onlardan qorxur like
  • 19 Okt 11:28  
Digərləri Ən sağlam 3 bürc Xəstəlik onlardan qorxur

Hər kəs sağlam olmaq istəyir. Bu bürclər isə sağlamlığı ilə diqqət

arrow Ətraflı
Xəzərdə daha bir zəlzələ like
  • 19 Okt 11:24  
Digərləri Xəzərdə daha bir zəlzələ

Xəzər dənizində 3,1 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin açılışı oldu like
  • 19 Okt 11:21  
Digərləri COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin açılışı oldu

COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin (UDAC) açıl

arrow Ətraflı
"Afət Fərmanqızı haqqımda beş il elə sözlər dedi ki..." like
  • 19 Okt 10:55  
Şou-biznes "Afət Fərmanqızı haqqımda beş il elə sözlər dedi ki..."

Xalq artisti Flora Kərimova "Rəngarəng" verilişində müğənni Af

arrow Ətraflı