Hakim olmaq istəyənlər üçün yeni qayda müəyyənləşir
Digərləri 18 Okt 2024 22:39:00 158 0
Azərbaycanda hakim vəzifəsinə namizədlərin seçilməsi ilə bağlı yeni qayda müəyyən edilir.
Bu xəbəri də oxu: Ən çox yanacaq işlədən 10 avtomobil SİYAHI
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsi hakim vəzifəsinə namizədlərin seçilməsi və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsini nəzərdə tutur.
Layihədə vakant hakim vəzifələrinin qisa müddətdə komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi prosesinin daha da sürətləndirilməsi təklif olunur.
Belə ki, hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaqdır. Eyni zamanda, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər hakim təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.
"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara təklif olunan dəyişikliklərlə məhkəmə hakimlərinin fəaliyyəti qiymətləndiriləcək.
Layihəyə əsasən, Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və onların peşə hazırlığının artırılması üzrə ehtiyacların müəyyən edilməsi işinin aparılması məqsədilə formalaşdırılan orqandır.
Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti bu Qanunla, "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə, habelə Məhkəmə-Hüquq Şurasının qəbul etdiyi Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnamə və hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin qaydaları və metodologiyası ilə tənzimlənir.
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi, hakimlərin vəzifədə irəli çəkilməsində şəffaflığın təmin olunması, onların fəaliyyətinin stimullaşdırılması, tədris ehtiyaclarının müəyyənləşdirilməsi və fəaliyyətini davam etdirməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır.
Məhkəmə-Hüquq Şurası ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyətini həmin müddətin sonunda, digər hakimlərin fəaliyyətini 5 ildə bir dəfədən az olmayaraq, məhkəmə sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyətini isə həmçinin bu vəzifələr üzrə fəaliyyət müddətinin sonunda qiymətləndirir.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazə
Bakı şəhəri tıxac kimi sosial-iqtisadi bəladan "can verir". Bu b
Müğənni Günay İbrahimlinin bacısı İlahənin nikah mərasimi olub.
Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və
Müğənni Sevda Yahyayeva və həkim həyat yoldaşı Zakir Bayramov istirahət
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov bu gün 75
Bu il payız fəslində var-dövlətə sahib olacaq bürclər müəyyən olunub.
İrəvanın mərkəzi bazarlarından birində satılan narın qarşısındakı y
Uzun illərdir birlikdə çalışan meyxanaçı, bəstəkar Tural Hüseynovla me
Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.
Rusiya heç bir halda Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməy
Krasnoyarsk məktəbində fizika müəllimi qeyri-standart tədris metodları n�
Müğənni Elçin Cəfərov özünə ad günü edib. Bir çox şou-biznes nümay