Qədim Bakı bazarları nə məqsədlə istifadə olunurdu?
Digərləri 06 Okt 2024 16:53:00 123 0
Son.az bildirir ki, baku tv Bakı bazarlarının dünəndən bu günə kimi olan tarixi mövzusunda araşdırma materialı yayımlanıb.
Bu xəbəri də oxu: Kaladze: Saakaşvili həbsxanadan çıxa bilməyəcək
Belə ki, qədimdən indiyədək Şərqdə bazar anlayışı xüsusi məna kəsb edib. Bir çox Şərq şəhərləri kimi, Bakı da qədimdən bazarları ilə məşhur olub.
Həm Bakının mərkəzində, həm də ətraf kəndlərində müxtəlif adlarda bazarlar, hətta "Bazarnaya" deyilən küçə var idi.
Deyilənə görə, Bakıda birinci bazar XIX əsrin 80-ci illərində indiki İstiqlaliyyət, keçmiş "Nikolayevskaya" küçəsində yaranıb.
20-ci əsrin əvvəllərində "Nikolayevskaya" küçəsində dəbdəbəli binalar tikilməyə başlayır. Bununla da sözügedən küçədəki bazar Aleksandr Nevski Katedralının yaxınlığındakı meydana köçürülür. "Köhnə Bakı" dedikdə ağıla gələn bazarlardan biri də öz yazılmayan qanunları ilə idarə olunan "Kubinka" bazarıdır.
Bu bazar "Nizami" metrosunun yaxınlığında "Sovetski" məhəlləsində yerləşirdi. Əvvəllər kim nə istəyirdisə, sözügedən bazarda tapa bilərdi. Keçmişdən indiyədək mövcudluğunu qoruyan "Bit bazarı"ı Sovet hakimiyyəti dövründə qurulub. Adıçəkilən bazarda diri bit satıldığına görə buraya "Bit bazarı" adını vermişdilər.
O zamanlar sarılıq xəstəliyinin bitlə müalicəsi bir növ dəb halını aldığı üçün bu həşəratı axtaran alıcının yolu mütləq həmin bazara düşürdü. Nadir memarlıq üslubu ilə inşa edilən "Şərq Bazarı"nın rəsmi açılışı 1982-ci ildə baş tutub.
Bu bazar müxtəlif illərdə restoran kimi də fəaliyyət göstərib. 2022-ci ildə yenidənqurmadan sonra fəaliyyət göstərən "Şərq bazarı" indi də fəaliyyətini davam etdirir. Eyni zamanda, bu bazar turistik yer hesab olunur.
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Mazhar Alansona ağır itki üz
Bu yaxınlarda ciddi zədəsini sağaldan "Əl-Hilal" və Braziliya mi
"Avtobus zolaqlarına daxil olmaq mümkün deyil, çünki cərimə yazılı
Robotexnika sürətlə inkişaf etməyə davam edir. Hazırda robotlar təkcə m
Günə başlamazdan əvvəl səhər əllərinizi, üzünüzü və dişlərinizi
Oktyabrın 6-7-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə ba
Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.
İsrail ordusu (SAXAL) Qəzza zolağının şimalında yerləşən Cəbəliyə q
Bir çox avtomobil sahibləri hesab edirlər ki, maşını qışda qarajda saxla
Əməkdar artist Abbas Bağırov aşıq Samirə Əliyeva və Əli Tapdıqoğlu h
İsrail Hərbi Hava Qüvvələrinin Qəzzada Deyr əl-Bələh şəhərində İbn
Burkina Faso xarici şirkətlərin qızıl hasilatı icazələrini ləğv etmək
İsrailin İrana müdaxiləsi ən çox Rusiya Prezidenti Vladimir Putinə lazım