"Bu yaşda 3 uşaq anası ölməz"
Şou-biznes 05 Okt 2024 22:34:00 123 0
Aktrisa Zülfiyyə Qurbanova vəfat edən bacısı Lamiyə ilə bağlı paylaşım edib.
Bu xəbəri də oxu: Əməkdar artist Nanənin verilişini
Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bacısının fotosunu yayımlayaraq bunları yazıb:
"Görəsən adam özünü hara çırpanda sakitləşir, ağrıları azalır... Lamiyə, sənə qurban olaram, başına dönərəm sənin. Səni o qədər sevirəm ki... Anamdan sonra anam da sən idin bacım da... Onsuz da yetim olan məni yetim qoydun. İstəyirəm özümü götürüm çırpım divara bəlkə ağrım azala.
İyunun 8-dən mübarizə aparırdıq. Çox inanırdım düzələcəksən. Deyirdi, Zülfiyyə, birdən əziyyətimiz hədər gedər. Cavab verirdim ki, xeyr Lamiyə, mənim heç bir əziyyətim hədər getməyib. 3 balamız qaldı - 10, 4 və 1 yaş yarımlıq körpə. Mən bu dünyanın ədalətinə xəstəxana dəhlizində Lamiyə, ölmə, bizim 3 balamız var, onlara söz vermişəm, səni sağaldəb qaytaracağam deyib, özümü divarlara çırpanda son qoydum. Səni buradan götürüb Türkiyəyə ən yaxşı xəstəxanaya qaçırdım ki, təki sağalansan. Bacarmadıq, bacarmadım. Bagışla məni...
Anam bizi çox zülmlə təkbaşına böyütmüşdü. Bu bizim başımıza gəlməməli idi. O biri dünya varsa, anama nə cavab verəcəyəm? Dəyəcəm sənin balaların bir-birlərinə sahib çıxıb özlərini qorumadılar? Adam 4 ildə həm ana, həm bu dünyada yeganə bacı olan bacısını itirərər? Səni son nəfəsimə qədər çox sevəcəyəm. Sənə söz vermişəm, balalarımıza bəlkə sənin kimi mükəmməl bir ana olmayacağam, amma ana kimi xala olacağam. Balalarımın dediyi kimi "xala-ana" olacağam.
O balaları böyütmək üçün heç olmasa 20 il canıma dəyməsin. Balalarının qoxusuna həsrət qalıb getdin bu dünyadan. Sənə qurban olum Lamiyə. Səni o qədər sevirəm. Sən mənim anama oxşayırdın. Söz vermişdin sağ qalacaqsan, söz vermişdin qocalacaqsan. Kaş mən gedərdim, kaş ömürdən pay olardı, kaş sənin canına gələn mənə gələrdi. Mənim arxada gözü yaşlı qoyacağım çox az adam vardı. Sən 3 balanı və mən balanı bədbəxt elədin. Yanıram, ay Lamiyə. Sənə qurban olum mən. Uşaqları böyüdüm, anamla sənin yanına gələcəyəm. Səni çox sevirəm. 41 illik ömür yolunun 40 ilində mənə mükəmməl bacı oldun. Bu yaşda insan ölməz. 3 azyaşlı uşaq anası heç ölməz. Tüstüm ərşə dayanıb, belimi bükdün".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bir çox qurmanlar qəhvəyi və ya hətta qaralmış banan yeməkdə pis bir ş
NATO-nun təqaüdçü baş katibi Yens Stoltenberq deyib ki, tammiqyaslı döyü
Müğənnilər Təranə Qumral və Musa Musayev İnstagram sosial şəbəkəsind
Şri-Lanka dövlət borcunun restrukturizasiyası prosesini tamamlayıb və ifla
Məşhur müğənni və bəstəkar Cek Kolvel 34 yaşında Avstraliyada vəfat e
"Hizbullah" İsrailin şimalında hərbi zavoda hücum edib.
Məşhur müğənni və aktyor Ferdi Tayfurun kürəkəni Muhammet Aydın saxlan
Bir çox insanın gündəlik olaraq istifadə etdiyi limonlu suyun faydaları il
Müğənni Xatun Əliyeva mərhum qardaşı Balaşın əkizlərinə ad günü ed
Kursk ərazisində əsir götürülən 103 hərbçi Rusiyaya qaytarılıb.
Sentyabr ayı bəzi bürclər üçün əsl şans ayı ola bilər.
Məşhur model, "Miss Turkey World 2018" Şevval Şahin Bakıya gəlib
Azərbaycanda BMW E60 modellərinin bahalaşmasının bir neçə səbəbi var:
Koreya avtomobil nəhəngi "Hyundai" avtomobil sənayesində inqilab e