Daha bir ölkə iflasdan xilas oldu
Dünya 05 Okt 2024 22:04:00 109 0
Şri-Lanka dövlət borcunun restrukturizasiyası prosesini tamamlayıb və iflasdan çıxıb.
Bu xəbəri də oxu: "Bu məsələ Tramp üçün prioritet vəzifə olacaq"
Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə X sosial şəbəkədəki səhifəsində Maliyyə Nazirliyinin ölkənin iqtisadi inkişaf, milli siyasət, planlaşdırma və turizmlə bağlı müvafiq əmrini dərc edən Şri-Lankanın keçmiş xarici işlər naziri Əli Sabri bildirib.
Onun sözlərinə görə, ada dövlətinin hakimiyyət orqanları Şri-Lankanın bərpasına töhfə verən mühüm iqtisadi islahatlar həyata keçirib:
"Bu gün Şri-Lanka rəsmi olaraq borcun restrukturizasiya prosesini tamamlayıb və ölkənin iflasdan çıxdığını qeyd edib, bu, 2022-ci ilin aprelində harada olduğumuzu nəzərə alsaq, inanılmaz bir nailiyyətdir. Restrukturizasiya prosesinin başa çatdırılması borcun məqbul səviyyəsinə nail olmaq üçün perspektivlər açır. Hesablamalara görə, bu, ölkəyə təxminən 17 milyard dollar qənaət edəcək və maliyyə vəziyyətini xeyli yüngülləşdirəcək".
Son bir neçə ildə Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən sonra özünün ən pis maliyyə və iqtisadi böhranını yaşayır. Buna pandemiya ilə əlaqədar xarici turizmin azalması səbəb olub ki, bu da ölkənin valyuta ehtiyatlarının çatışmazlığına səbəb olub.
2022-ci ilin mart ayına qədər ümumi borc yükü 21,6 trilyon Şri Lanka rupisinə (58 milyard dollardan çox) çatıb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məşhur müğənni və bəstəkar Cek Kolvel 34 yaşında Avstraliyada vəfat e
"Hizbullah" İsrailin şimalında hərbi zavoda hücum edib.
Məşhur müğənni və aktyor Ferdi Tayfurun kürəkəni Muhammet Aydın saxlan
Bir çox insanın gündəlik olaraq istifadə etdiyi limonlu suyun faydaları il
Müğənni Xatun Əliyeva mərhum qardaşı Balaşın əkizlərinə ad günü ed
Kursk ərazisində əsir götürülən 103 hərbçi Rusiyaya qaytarılıb.
Sentyabr ayı bəzi bürclər üçün əsl şans ayı ola bilər.
Məşhur model, "Miss Turkey World 2018" Şevval Şahin Bakıya gəlib
Azərbaycanda BMW E60 modellərinin bahalaşmasının bir neçə səbəbi var:
Koreya avtomobil nəhəngi "Hyundai" avtomobil sənayesində inqilab e
Xəbər verdiyimiz kimi, aktyorlar Ülviyyə Xəlilbəyli ilə Murad İsmayılla
Növbədənkənar parlament seçkiləri ilə siyasi partiyaların qeydə alınan
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin "Azərbaycan
16-18 avqust 2024-cü il tarixlərində Neft və Qaz İnstitutunda "İdeyanı Re