“Əl Cəzirə” qəzeti prezident seçkilərindən yazdı
Digərləri 05 Fev 2024 13:45:00 399 0
Ər-Riyadda nəşr olunan "Əl Cəzirə" qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri haqqında məqaləsi dərc olunub.
Bu xəbəri də oxu: Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı
Son.az Secki-2024.az-a istinadən xəbər verir ki, məqalədə prezident seçkilərinin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna qarşı başlatdığı və 44 gün davam edən müharibədə Qələbəsi və ötən il aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində işğal altında olan Xankəndində Azərbaycan Bayrağının dalğalanması kimi möhtəşəm hadisələrdən sonra təşkil edildiyi vurğulanır.
Müəllif yazır ki, prezident seçkilərində 7 namizəd, o cümlədən müxalifətin nümayəndələri iştirak edəcəklər.
Yazıda diqqətə çatdırılır ki, Azərbaycan Xarici İşlər Nazirliyi prezident seçkilərinə hazırlıqla bağlı səfirliklərə plan təqdim edib və ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların səsvermə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görülüb. Belə ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən 18 yaşına çatmış, ölkədən kənarda yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan vətəndaşların adlarının olduğu seçici siyahıları hazırlanıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Məqalənin sonunda vurğulanıb: "Prezident seçkiləri Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, onun ərazi bütövlüyü və suverenliyinin tam təmin edildiyi şəraitdə keçiriləcək". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Los-Ancelesdə "Crypto.com Arena"da 66-cı dəfə musiqi mükafatları
Dünyaca məşhur kanadalı müğənni Selin Dion səhhətində yaranan probleml
Gənclik gələcəyin təməlidir. Azərbaycanda 2 fevral tarixində qeyd edilə
13:18 Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düş�
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Əmək pensiyalarının
Bir neçə gün əvvəl xuliqanlıqda təqsirləndirilərək həbs edilən Azər
Hərbçilərin düzgün qidalanması müdafiə sisteminin vacib şərtlərindən
Fevralın 6-da ölkədə müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Resp
Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qon
İrəvanın Erebuni rayonunda güclü partlayış baş verib.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
"Bəzilərinin sözləri bitəndə, işləri olmayanda, boş-bekar qalanda