Pensiyalar nə qədər artırıldı?


Digərləri 05 Fev 2024 13:15:00 123 0

Pensiyalar nə qədər artırıldı?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. 

"Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.

Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.  

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək.

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

Qeyd edək ki, pensiyaların indeksləşdirilməklə artırılması ötən ilin əvvəlindən bütün növ pensiyalara şamil olunur. 

Hazırki artım da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçıları (pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) əhatə edir.

Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir.

Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54 400 manata çatdırılacaq.

Bu da onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalları yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırılır", - məlumatda qeyd edilib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Həbs edilən tanınmış idmançılardan xəbər var like
  • 05 Fev 13:11  
Digərləri Həbs edilən tanınmış idmançılardan xəbər var

Bir neçə gün əvvəl xuliqanlıqda təqsirləndirilərək həbs edilən Azər

arrow Ətraflı
Azərbaycan Ordusunda qidalanma: hansı yeməklər verilir, sistem necədir?  ARAŞDIRMA like
  • 05 Fev 13:02  
Digərləri Azərbaycan Ordusunda qidalanma: hansı yeməklər verilir, sistem necədir? ARAŞDIRMA

Hərbçilərin düzgün qidalanması müdafiə sisteminin vacib şərtlərindən

arrow Ətraflı
Sabah Bakıda 13, rayonlarda 16 dərəcə isti olacaq like
  • 05 Fev 12:56  
Digərləri Sabah Bakıda 13, rayonlarda 16 dərəcə isti olacaq

Fevralın 6-da ölkədə müşahidə ediləcək hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Ermənistandan gələn çex...  DTX istintaq aparır like
  • 05 Fev 12:50  
Digərləri Ermənistandan gələn çex... DTX istintaq aparır

Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Resp

arrow Ətraflı
Xalq artisti: “Qızım məhkəmədə məndən imtina edib” like
  • 05 Fev 12:45  
Kriminal Xalq artisti: “Qızım məhkəmədə məndən imtina edib”

Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qon

arrow Ətraflı
İrəvanda güclü partlayış: İnsanlar dağıntılar altında qaldılar like
  • 05 Fev 12:32  
Digərləri İrəvanda güclü partlayış: İnsanlar dağıntılar altında qaldılar

İrəvanın Erebuni rayonunda güclü partlayış baş verib.

arrow Ətraflı
DİM bakalavrlara müraciət etdi like
  • 05 Fev 12:31  
Digərləri DİM bakalavrlara müraciət etdi

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak

arrow Ətraflı
MSKda MDB Baş katibinin nümayəndə heyəti ilə görüş keçirildi like
  • 05 Fev 11:51  
Digərləri MSKda MDB Baş katibinin nümayəndə heyəti ilə görüş keçirildi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fev

arrow Ətraflı
Bir sıra ölkələrin MSK rəhbərləri Azərbaycana gəlib like
  • 05 Fev 11:49  
Digərləri Bir sıra ölkələrin MSK rəhbərləri Azərbaycana gəlib

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əla

arrow Ətraflı
Rəşad İlyasov xanımı ilə 5 min qazandı like
  • 05 Fev 11:46  
Şou-biznes Rəşad İlyasov xanımı ilə 5 min qazandı

Əməkdar artist Rəşad İlyasov həyat yoldaşı Gülnarə İlyasova ilə &quo

arrow Ətraflı