Əməkdar artist müasir gənclər haqda:


Şou-biznes 02 Fev 2024 21:28:00 160 0

Əməkdar artist müasir gənclər haqda:

"Mən Azərbaycan gənclərini çox bəyənirəm. Onlar bizim gələcəyimiz və yetirmələrimizdir. Qanları qanımızdan, canları canımızdandır. Müəyyən bir dövr var idi ki, cəmiyyətdə gənclərimizin bəzi hal və hərəkətləri bəyənilmirdi. Lakin 44 günlük müharibə zamanı torpaq uğrunda öz canından keçən gəncləri gördükdən sonra həmin stereotip qırıldı. Tək mənim yox, yaşıdlarımın, məndən əvvəlki nəsildən olan insanların da fikri bu barədə köklü şəkildə dəyişdi". 

Son.az bildirir ki, bu sözləri "Yeni Sabah"a Əməkdar artist Gülşad Baxşıyeva Gənclər Günü münasibətilə verdiyi açıqlamada bildirib. O, vurğulayıb ki, gənclərə xüsusi qayğı göstərilməlidir: 

"Biz onlara hansı formada yanaşıb, qayğı göstərsək, cavanlarımız da bunu bizə qaytaracaqlar. Təbiidir ki, bəzi qüsurlar var. Mühafizəkar təbiətə malik insanlar olduğumuz üçün elə məqamlar var ki, bəyənmirik. Məsələn müasirlik adı altında seçilən geyimlər xoşuma gəlmir. Çünki onlar dəbli libas da sayılmır. Xarici ölkələrin acından ölən təbəqələrinin geyimini bizim gənclərə yaraşdırmıram. Azərbaycanda geyimə çox böyük önəm verilir. Bu olduqca yaxşı keyfiyyətdir. Əyin-başa fikir vermək lazımdır. Cırıq-cırıq, açıq-saçıq geyimlərin əleyhinəyəm. Bu barədə tələbə gənclərlə də müzakirələr aparıram. Onlara izah edirəm ki, bura bar, diskoteka, yaxud çimərlik deyil. Bu səbəbdən geyindiyimiz libaslara xüsusi diqqət etməli və bununla da özümüzə verdiyimiz dəyəri ortaya çıxarmalıyıq. Sözümə əməl edənlər kimi, qulaq asmayanlar da var. Ancaq onlarla dalaşmağın yeri yoxdur. İstəmir və o cür geyinir. Amma məsləhətlərə qulaq asan gənclər çoxluq təşkil edir. Bir müəllim, pedaqoq və azərbaycanlı qadını kimi gənclərə daim məsləhət verirəm. Bu sözlər və tərbiyə ailədə aşılanmalıdır. Bəlkə açıq-saçıq geyinən gənclərin valideynləri həyatın mənasını bunda görür? Əslində belə olmalı deyil". 

Əməkdar artist qeyd edib ki, indiki gənclər tamamilə fərqli xarakterə malikdir:

"Digər tərəfdən, pis axınlar var ki, cavanlarımızın bu yola qoşulmasını istəmirəm. Onların ətrafı, valideynləri, ağsaqqal və ağbirçəkləri məsələni nəzarətdə saxlamalıdır. Cavan olduqları üçün tez və sərt reaksiya verirlər. Onları əməlləri ilə başa salmalıdırlar ki, bu doğru yol deyil. Sadalananlar gənclərin çox az bir hissəsini əhatə edir. Mən gənclərlə işləyən zaman müşahidə etmişəm ki, onlar sağlam düşüncəyə malikdirlər və deyilən sözləri eşidirlər, əməl edirlər. Qarşı tərəfdən sevgi və qayğı gördükləri zaman eyni davranış, diqqət və hörmət gənclərdən də gəlir. Bu səbəbdən ağsaqqal və ağbirçəklərin üzərində böyük missiya var. Biz də əməllərimizlə onlara nümunə olmalıyıq. İndinin gəncləri tamamilə fərqlidir. Əvvəl deyirdilər ki, vaxt gələcək, atom əsrinin uşaqları doğulacaq. Artıq onlar dünyaya gəliblər. Gənc nəsil olduqca ağıllıdır, sadəcə onları elmə biliyə yönəltmək lazımdır. Bu baxımdan mən Azərbaycan gənclərinə böyük inam və ümid bəsləyirəm". 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azərbaycan Ordusunun hərbi hissələrində çörəkbişirmə sexləri yaradılır like
  • 02 Fev 21:25  
Digərləri Azərbaycan Ordusunun hərbi hissələrində çörəkbişirmə sexləri yaradılır

Müdafiə Nazirliyinin hərbi hissələri üçün yeni inşa edilən yeməkxanal

arrow Ətraflı
Dilan Polatın avtomobili “Arka sokaklar”da like
  • 02 Fev 21:19  
Digərləri Dilan Polatın avtomobili “Arka sokaklar”da

Dilan Polat daxil olmaqla Türkiyədə çirkli pulların yuyulmasında ittiham o

arrow Ətraflı
Qalaktikada yeni tip ulduz kəşf olundu like
  • 02 Fev 21:12  
Digərləri Qalaktikada yeni tip ulduz kəşf olundu

Böyük Britaniya, Braziliya, Çili, Almaniya, Cənubi Koreya və İtaliyadan ol

arrow Ətraflı
Xəstəliyinə baxmayaraq, istefa verməyəcəyini dedi like
  • 02 Fev 21:05  
Dünya Xəstəliyinə baxmayaraq, istefa verməyəcəyini dedi

Pentaqon rəhbəri Lloyd Ostin onkoloji xəstəliyinə baxmayaraq, istefa vermə

arrow Ətraflı
Gənclik və qocalıq: Sərhədlər harada başlayıb, harada bitir?  FOTO like
  • 02 Fev 20:55  
Digərləri Gənclik və qocalıq: Sərhədlər harada başlayıb, harada bitir? FOTO

Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Qanunvericilikdə göstəril

arrow Ətraflı
Paşinyanın bəyanatını alçaqlıq adlandırdı like
  • 02 Fev 20:45  
Digərləri Paşinyanın bəyanatını alçaqlıq adlandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə müdafiə sah

arrow Ətraflı
Türkiyədə 6 fevral zəlzələsində ölənlərin dəqiq sayı like
  • 02 Fev 20:41  
Digərləri Türkiyədə 6 fevral zəlzələsində ölənlərin dəqiq sayı

Ötən il fevralın 6-da Türkiyədə baş verən zəlzələdə 53 min 537 nəf�

arrow Ətraflı
Sərgidə mühafizəçinin bu hərəkəti gündəm oldu  FOTO like
  • 02 Fev 20:35  
Dünya Sərgidə mühafizəçinin bu hərəkəti gündəm oldu FOTO

Moskvada mühafizəçi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçiri

arrow Ətraflı
Zaqatalada ev yanaraq like
  • 02 Fev 20:31  
Digərləri Zaqatalada ev yanaraq

Zaqatalada yanğın hadisəsi baş verib.

arrow Ətraflı
Bu ərzaqların qiyməti UCUZLAŞDI like
  • 02 Fev 20:25  
Dünya Bu ərzaqların qiyməti UCUZLAŞDI

Yanvar ayında dünya bazarında ərzaq məhsullarının qiymətləri 2023-cü i

arrow Ətraflı
ABŞ və Britaniya orduları Yəmənə zərbələr endirdi like
  • 02 Fev 20:19  
Dünya ABŞ və Britaniya orduları Yəmənə zərbələr endirdi

ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəməndə husilərin obyek

arrow Ətraflı
Ülfət hamam xalatında VİDEOsunu yaydı like
  • 02 Fev 20:14  
Şou-biznes Ülfət hamam xalatında VİDEOsunu yaydı

Tanınmış aktrisa Ülfət Bəşir yenidən sosial şəbəkənin gündəminə g

arrow Ətraflı
Kıvançın 47 yaşlı arvadı idman zalında şou göstərdi  VİDEO like
  • 02 Fev 20:04  
Şou-biznes Kıvançın 47 yaşlı arvadı idman zalında şou göstərdi VİDEO

Məşhur aktyor Kıvanç Tatlıtuğun stilist həyat yoldaşı Başak Dizerin id

arrow Ətraflı
“TikTok”da YENİ QAYDA : bundan istifadə mümkün olmayacaq like
  • 02 Fev 19:59  
Digərləri “TikTok”da YENİ QAYDA : bundan istifadə mümkün olmayacaq

Universal Music Group (UMG) bütün sənətçilərinin musiqisini "TikTok&q

arrow Ətraflı
Azərbaycan Diaspor Gəncləri İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər like
  • 02 Fev 19:58  
Siyasət Azərbaycan Diaspor Gəncləri İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər

Azərbaycan Prezidenti İlham Əliyevin düzgün, məntiqli və sistemli siyasə

arrow Ətraflı