Adamova: Bakı ilə İrəvan arasında dialoqa dəstək veririk
Dünya 02 Fev 2024 07:39:00 380 0
Çexiya bu gün Cənubi Qafqaz regionuna davamlı sülhün və əmin-amanlığın gəlməsi üçün Azərbaycan ilə Ermənistan arasında dialoqun davam etdirilməsinə dəstək göstərir.
Bu xəbəri də oxu: "Həmin əməliyyatlara 60 minlik şəxsi heyət cəlb etmişik"
Son.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
O qeyd edib ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu şübhə doğurmur və Çex Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
M.Pekarova Adamova qeyd edib ki, Çexiya parlamentariləri AŞPA-da Azərbaycanla bağlı sözügedən məsələnin müzakirəsində iştirak etməyib və lehinə səs verməyib.
O, ölkəmizin COP29-a ev sahibliyi münasibətilə təbriklərini çatdırıb, Çexiyanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib.
Görüşdə, həmçinin ölkəmizin enerji sahəsində hər zaman etibarlı tərəfdaş olduğu qeyd edilib, Çexiyanın da neft məhsullarına tələbatının təxminən 30 faizinin Azərbaycan nefti hesabına ödənildiyi diqqətə çatdırılıb. Bildirilib ki, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi həm də insanlar arasında əlaqələrin genişləndirilməsi üçün mühüm vasitədir.
Deputatlar Palatasının sədri Azərbaycana ilk səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət edəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı istefası ilə
Sağlamlıq üçün bir çox faydası olan acı bibərin həddindən artıq isti
Ötən il fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən z
Yəməndəki Husi üsyançıları Qırmızı dənizdə İsrailə gedən Britaniy
Argentina polisi Kiyevin tələbi ilə rusiyalını saxlayıb, onun Ukraynaya m�
Veneranın bürclər arasında səyahəti romantikanı və müsbət qarşılıql
"Qida məsələləri ilə bağlı ciddi təhlükələr var".
Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovu
"Azərbaycan və Türkiyənin yüksək rütbəli hərbçiləri arasında m�
"Ermənistan kiminlə hərbi əməkdaşlığı inkişaf etdirməli olduğun
"ABŞ ordusuna qarşı hücumlara dözməyəcəyik. Yaxın Şərqdəki qüv
"Şah İsmayıl" operasında Ərəbzəngi rolunun əvəzsiz ifaçısı
"Tesla" şirkətinin sahibi, amerikalı biznesmen İlon Mask "Opt