Repressiya qurbanı olmuş tədqiqatçının 1500 səhifəlik əlyazması aşkarlandı
Digərləri 31 Yan 2024 00:55:00 347 0
Repressiya qurbanı olmuş tədqiqatçı Xalid Səid Xocayevin XX əsrin 30-cu illərində Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin "Divani lüğət-it-türk" əsəri çapa hazırlanır.
Bu xəbəri də oxu: Böyük fəlakət xəbərdarlığı: 100 min bina dağılacaq,
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında bildirilib.
AMEA prezidenti, akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin Türk dünyasının dahi şəxsiyyəti olmaqla yanaşı, bütün dünyada tanınan, həmişəyaşar alimlərdən olduğunu vurğulayıb.
AMEA prezidenti qeyd edib ki, Mahmud Kaşğarinin müəllifi olduğu, türk dünyasının ilk ensiklopedik əsəri olan "Divani lüğət-it-türk" türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Kitabın ərəblərin türk dilini öyrənməsi üçün yazıldığını deyən akademik İsa Həbibbəyli lüğətin hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngin olduğunu diqqətə çatdırıb. O, ərəb dilinin lüğət qaydalarına uyğun yazılmış, səkkiz bölmədən ibarət bu mükəmməl əsərin XI əsrdə söz varlığının genişliyini, müxtəlifliyini nümayiş etdirməklə yanaşı, həm də o dövrdə insan və cəmiyyət həyatı ilə, türklərin maddi və mənəvi mədəniyyəti ilə bağlı maraqlı qeydləri özündə cəmləşdirdiyini bildirib.
Sovet hakimiyyəti illərində bu əsərin ilk dəfə özbək dilinə tərcümə olunduğunu söyləyən AMEA rəhbəri "Divani lüğət-it-türk"ün dilimizə özbək əsilli tədqiqatçı Xalid Səid Xocayev tərəfindən tərcümə edildiyini, lakin 1937-ci ildə Xalid Səid Xocayevin günahsız ittiham olunaraq həbs edilməsindən sonra divanın 1500 səhifəlik əlyazmasının indiyədək aşkara çıxarılmadığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli uzun axtarışlardan sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xalid Səid Xocayevin tərcüməsinin ilk dəfə olaraq aşkar edildiyini və üzərində müvafiq transliterasiya və mətnşünaslıq işi aparıldıqdan sonra kitabın nəşrə hazırlandığını bildirib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin gedişatını dəyişmək və
Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezi
Suraxanı rayonu, Zığ qəsəbəsi sürüşmə sahəsində yerləşən 1 ədəd
Rusiya saytlarına giriş problemi aradan qalxıb.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbasza
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"Artıq çəki yığmaq asandır, lakin indi onlarla mübarizəyə başlama
Bir müddət əvvəl İsrail döyüş təyyarələri Livanın cənubundakı Xiam
Tibbi maskalardan düzgün istifadə qripə yoluxma ehtimalını əhəmiyyətli
Yeni araşdırmaya görə, Ay getdikcə kiçilir və bu, gələcək astronavtlar
Şimali Karolina ştatının Monro şəhərindən olan Qlenda Honeycutt növbət
Aparıcı Lətafət Ələkbərova iddialı açıqlaması ilə gündəmə gəlib.
Əməkdar artist Nigar Şabanova növbəti açıqlaması ilə diqqət çəkib.