Dünya miqyaslı siyasi lider
Digərləri 30 Yan 2024 12:45:00 271 0
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda təhsil sahəsində çalışan seçicilərlə görüş keçirilib. Görüşün əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Vaqif Şadlinski, Bəhram Şiriyev və Fikrət Əliyev çıxış ediblər. Çıxışlarda bildirilib ki, dövlət başçısı İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi strategiyası ilə dövlətimiz dünya dövlətləri içərisində layiqli yerini tutub, beynəlxalq nüfuzu və mövqeyi daha da artıb, xalqımıızn rifah halı yüksəlib. Məhz bu istiqamətdə görülən işlərin, həyata keçirilən islahatların davam etməsi ilə dövlətimiz daha da inkişaf edəcək, daha böyük nailiyyətlərə imza atacaq. Buna görə seçicilər seçkilərdə fəal olmalı və dövlət başçısı, müzəffər Ali Baş Komandan ilham Əliyevin siyasi kursunun davam etməsinə səs verməlidirlər. Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcək, Müzəffər Ali Baş Komandan, dünya miqyaslı siyasi lider İlham Əliyevə səs verəcəklər. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bu xəbəri də oxu: Rusiya bu şəhərdə bayrağını qaldırdı
Bakıda daha bir yolayrıcında yaranan avtomobil sıxlığının qarşısı al�
Fövqəladə Hallar Nazirliyi (FHN) və "Bakı Metropoliteni" QSC-nin
Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tib
"61 saylı Qusar seçki dairəsinin ən ucqar məntəqəsi Şahdağın ət�
Aldadıldığını öyrənən oğlan toya qədər bunu nişanlısından gizlədi
"Swiss International Air Lines" aviaşirkətinin Sürix-Sinqapur reysi
Kəlbəcər və Laçın rayonlarının çətin relyefli və dağlıq əraziləri
2024-cü ildə buraxılacaq "iPhone 16" haqqında artıq bəzi yenilik
Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri üçün çap olunmuş bül
Ötən gün sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan, qeyri-etik h�
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respub
Azərbaycanın nəqliyyat sahəsindəki qanunlarının beynəlxalq qanunvericili