Bir neçə milyard dollarlıq silah alırıq, ordu...


Digərləri 29 Yan 2024 08:52:00 158 0

Bir neçə milyard dollarlıq silah alırıq, ordu...

Orduda təfəkkürün dəyişdirilməsi, köhnəlmiş standartlardan və hərbi məsələlərlə bağlı ideyalardan əl çəkmək zəruridir.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ordunun yaranmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəyişikliklər bütün sahələrə - hərbi geyim forması və əsgərlərin görünüşü, dislokasiya yerlərindəki şərait, silah və texnikadan tutmuş maaşlara, sosial təminata, peşə vərdişlərinə dair tələblərə və hərbi qulluqçuların hazırlıq səviyyəsinə qədər öz təsirini göstərməlidir:

"Proses başlayıb, lakin kifayət qədər sürətlə davam etmir. Hökumətin strateji məqsədi peşəkar ordu yaratmaqdır".

Baş nazir qeyd edib ki, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur:

"Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da hərbi xidmətə çağırış korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb ictimaiyyəti və hərbçilər də bu mövzuda bir-biri ilə ittifaqdadırlar. Dövləti məhv edən məhz belə hadisələrdir və bu gün əsas vəzifə bu "birliyin" belini qırmaqdır. Bu baxımdan hüquq-mühafizə sisteminin səmərəliliyi, institusional islahatların vacibliyi və ehtiyacı ilə bağlı aktual məsələ var".

Paşinyan həmçinin döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini qeyd edib. O, ehtiyatda olan hərbçilərin 25 günlük təlim-məşq toplanışı ilə bağlı bütün problemlərin həllinə ümid etdiyini vurğulayıb.

O əmindir ki, Ermənistanın müdafiə sektorunda diversifikasiyaya ehtiyac var və bu istiqamətdə irəliləyir:

"Son illərdə hökumət silah və sursatların alınması üçün bir neçə milyard dollarlıq müqavilələr imzalayıb. Hökumət ölkənin hərbi-sənaye kompleksi üçün misli görünməmiş sifariş verib".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var like
  • 29 Yan 08:49  
Digərləri Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var

Qazax rayonunun Şıxlı kəndində 3 nəfərin xəsarət alması ilə nəticəl

arrow Ətraflı
"Kül olsun başına ki, yanında pulla kişi saxlayır" like
  • 29 Yan 08:38  
Şou-biznes "Kül olsun başına ki, yanında pulla kişi saxlayır"

"Dəvəquşu kolluğa girir, başını gizlədir, arxası qalır çöldə.

arrow Ətraflı
Bloomberg: ABŞ İrana qarşı gizli əməliyyat keçirmək imkanlarını araşdırır like
  • 29 Yan 08:26  
Dünya Bloomberg: ABŞ İrana qarşı gizli əməliyyat keçirmək imkanlarını araşdırır

Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki hərbi bazasına hücuma cava

arrow Ətraflı
İstanbulda kilsədəki silahlı insidentlə bağlı 50yə yaxın şəxs saxlanılıb like
  • 29 Yan 08:18  
Digərləri İstanbulda kilsədəki silahlı insidentlə bağlı 50yə yaxın şəxs saxlanılıb

Türkiyənin İstanbul şəhərində yerləşən "Santa Maria" kilsəs

arrow Ətraflı
Bu gün Ukraynadır, sabah Tayvan… like
  • 29 Yan 08:17  
Dünya Bu gün Ukraynadır, sabah Tayvan…

NATO Ukraynanı müəyyən mərhələdə tam üzvlüyə dəvət etmək niyyətin

arrow Ətraflı
İstanbulda kilsəyə hücumu İŞİD üzərinə götürdü like
  • 29 Yan 08:10  
Dünya İstanbulda kilsəyə hücumu İŞİD üzərinə götürdü

İstanbulda "Santa Mariya" kilsəsinə hücumla bağlı məsuliyyəti

arrow Ətraflı
Somali quldurları yenə gəmi qaçırdılar like
  • 29 Yan 08:05  
Dünya Somali quldurları yenə gəmi qaçırdılar

Somalililər Şri Lanka bayrağı altında üzən gəmini ələ keçiriblər.

arrow Ətraflı
Bu qida iltihaba səbəb olur, beyni parçalayır like
  • 29 Yan 07:54  
Digərləri Bu qida iltihaba səbəb olur, beyni parçalayır

Dietoloq Yelena Solomatina tez-tez qızardılmış kartof istehlakının beyin �

arrow Ətraflı
Telefonlarımızı dinlənmədən necə QORUYAQ? like
  • 29 Yan 07:49  
Digərləri Telefonlarımızı dinlənmədən necə QORUYAQ?

Hazırda istənilən telefonda istifadəçinin danışıqlarını dinləmək mü

arrow Ətraflı
Ostin elan etdi: Bu hücuma cavab veriləcək like
  • 29 Yan 07:44  
Dünya Ostin elan etdi: Bu hücuma cavab veriləcək

Amerika regiondakı qüvvələrinə qarşı bu hücumlara dözməyəcək və bu

arrow Ətraflı
Milli Qəhrəmanın qızı atasının şəhid olduğu məkanda like
  • 29 Yan 07:35  
Digərləri Milli Qəhrəmanın qızı atasının şəhid olduğu məkanda

Ukraynanın Xarkov şəhərindən Moldovanın Kişineu şəhərinə təxliyə ed

arrow Ətraflı
Erməni postu ilə üzüzə yaşayırlar... like
  • 29 Yan 07:29  
Digərləri Erməni postu ilə üzüzə yaşayırlar...

Ermənistanla şərti sərhəddə yerləşən Qazaxın Məzəm kəndi Qarabağ m

arrow Ətraflı
Qallant: “HƏMAS yaraqlılarının iki yolu var: ya təslim olmaq, ya da öldürülmək” like
  • 29 Yan 07:23  
Dünya Qallant: “HƏMAS yaraqlılarının iki yolu var: ya təslim olmaq, ya da öldürülmək”

"Qətərdə HƏMAS liderləri dəbdəbəli həyat sürərkən, Qəzzadakı

arrow Ətraflı
Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var like
  • 29 Yan 07:19  
Dünya Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyanın Minas-Jerays ştatında yüngül mühərrikli təyyarənin qəzaya

arrow Ətraflı