Ərdoğan Bakı ilə bağlı Rəisiyə nəyi xatırladıb?
Digərləri 25 Yan 2024 00:10:00 304 0
Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Ankarada iranlı həmkarı İbrahim Rəisi ilə müxtəlif mövzularla yanaşı, Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edib. Bu haqda detallı məlumat verilməsə də, prezidentlərin Cənubi Qafqazla bağlı nələri müzakirə etdiklərini təxmin etmək olar.
Bu xəbəri də oxu: Həşərat dişləmələrinin yerlərini qaşımaq faydalı imiş
Son.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisinin Ankarada görüşü haqda qeyd edib.
O bildirib ki, Tehran uzaq ölkələrin Cənubi Qafqazda fəal olmasını, o cümlədən ABŞ və ya Avropa dövlətlərinin Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə neqativ yanaşır:
"Bu məsələdə Ankaranın yanaşması fərqli deyil. Ankara da Tehran kimi regional məsələlərin bölgə ölkələrinin vasitəçiliyi ilə həllinin tərəfdarıdır. Ancaq bu məsələdə Tehran ikili oynayır. Tehran bir tərəfdən ABŞ və Avropanın Cənubi Qafqazda fəal diplomatiyasına qarşı çıxarkən, o biri tərəfdən bununla bağlı İrəvana xəbərdarlıq mesajlarını səsləndirmir. Çünki ABŞ və Avropa Birliyini müxtəlif formalarda bölgəyə gətirməyə çalışan Ermənistandır. Tehran isə Ermənistanı müdafiə edərək, hər dəfəsində Azərbaycan əleyhinə "sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir" açıqlamasını səsləndirir. Bu isə Türkiyənin maraqlarına ziddir. Türkiyə Azərbaycan kimi Zəngəzur dəhlizinin açılmasını istəyir. Tehran isə bunu əngəlləyir. Böyük ehtimalla Ərdoğan Zəngəzur dəhlizinin İranın maraqlarına zidd olmadığını Rəisiyə bir daha anlatmağa çalışıb".
Qeyd edək ki, İbrahim Rəisi Türkiyədə səfərdədir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyəti
"AŞPA-nın Azərbaycana münasibəti bizi kədərləndirir".
"Sanksiyalar səbəbindən qonşumuz İranla iqtisadi və ticarət əlaqəl
"Uşaqların tərbiyəsi ilə valideyn məşğul olmalıdır. Çünki hər
Rusiyanın ABŞ-la strateji təhlükəsizlik sahəsində müzakirə edəcəyi he
Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovu
Türkiyə və İran saxta xəbər və dezinformasiya ilə mübarizədə əməkda
Pentaqon Belqorod vilayətində İl-76-nın qəzaya uğraması ilə bağlı şə
Avropa Şurası Parlament Assambleyası Azərbaycanın Avropa Şurasına üzvlü
Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam ölkə Prezidenti
Braziliyalı kontent prodüseri İara Ferreyra ABŞ-ın Mayami şəhərində al�
Xalq artisti Aygün Kazımovanın oğurlanan instaqram səhifəsi bərpa olunub.
2023-cü ilin yekunlarına görə, Azərbaycan bankları arasında ümumi aktivl