AŞPAda hansı dövlətlər Azərbaycana qarşı çıxdı...
Digərləri 24 Yan 2024 23:58:00 328 0
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib. Qətnamə bu gün 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib.
Bu xəbəri də oxu: Stress evimizi necə yıxır?
Son.az modern.az-a istinadən xəbər verir ki, qətnamənin əleyhinə Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri səs verib.
Bundan başqa İsveçənin iki, Norveçin, Bosniya və Herseqovinanın bir deputatı səsvermədə tərəfsiz qalıb. Yeri gəlmişkən hər üç dövlətin digər nümayəndələri Azərbaycanın əleyhinə səs verib.
Türkiyənin kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputatı da Azərbaycana qarşı mövqe tutub.
Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa , İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino, Serbiya olub.
Qeyd edək ki, bəzi avropalı parlamentarilər bu gün Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
"AŞPA-nın Azərbaycana münasibəti bizi kədərləndirir".
"Sanksiyalar səbəbindən qonşumuz İranla iqtisadi və ticarət əlaqəl
"Uşaqların tərbiyəsi ilə valideyn məşğul olmalıdır. Çünki hər
Rusiyanın ABŞ-la strateji təhlükəsizlik sahəsində müzakirə edəcəyi he
Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovu
Türkiyə və İran saxta xəbər və dezinformasiya ilə mübarizədə əməkda
Pentaqon Belqorod vilayətində İl-76-nın qəzaya uğraması ilə bağlı şə
Avropa Şurası Parlament Assambleyası Azərbaycanın Avropa Şurasına üzvlü
Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam ölkə Prezidenti
Braziliyalı kontent prodüseri İara Ferreyra ABŞ-ın Mayami şəhərində al�
Xalq artisti Aygün Kazımovanın oğurlanan instaqram səhifəsi bərpa olunub.
2023-cü ilin yekunlarına görə, Azərbaycan bankları arasında ümumi aktivl
Yanvarın 24-ü çərşənbə günü Rusiya ilə Ukrayna arasında əsirlərin m
"AŞPA Azərbaycansız natamam bir qurum olacaq".