Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi təmin olunacaq
Digərləri 16 Yan 2024 18:54:00 299 0
Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdikdən sonra ölkəmizin bütün ərazisində ilk dəfə olaraq keçiriləcək prezident seçkilərinin azad, demokratik və şəffaf şəkildə təşkili üçün şəhər və rayonlarda böyük hazırlıq işləri aparılır.
Bu xəbəri də oxu: Taksi sifarişlərinin sayında azalma
Son.az Secki-2024.az saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Ərazi-təşkilat məsələləri şöbəsinin müdirinin müavini Niyaz Əliyev jurnalistlərə müsahibəsində bildirib.
N.Əliyevin sözlərinə görə, artıq 6319 seçki məntəqəsi seçkilərə tam hazırlıq vəziyyətinə gətirilib, 1000 seçki məntəqəsinə vebkameraların quraşdırılması təmin edilib:
"Biz Azərbaycan Respublikası Prezident Adminstrasiyası rəhbərinin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdəyik və bu ərazilərdə seçkilərə hazırlığın vəziyyətini öyrənirik. Azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır".
Şöbə müdirinin müavini bildirib ki, Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə bir yerdə işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrinin monitorinqi keçirilir: "Bütün seçki məntəqələrinin maddi-texniki təchizat məsələləri öz həllini tapıb:
"Seçki məntəqələri etibarlı rabitə, fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də rahat səs verməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi təmin olunacaq".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
İranda həbs edilmiş Fərid Səfərli barəsində hökm 2 il yarım müddətin
Korrupsiya qalmaqalları ilə gündəmdə olan Avropa Parlamenti öz ampluasınd
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Gürcüstana elektrik avadanlı
Sumqayıt şəhərinin "BTZ" bağları adlanan yaşayış massivində
YouTube-da yayımladığı makiyaj videoları ilə məşhurlaşan Danla Biliç k
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr
"Son vaxtlar yaşlı sənətçiləri tez-tez efirlərdə görmək olur. Bu
Azərbaycanın ilk qadın arxeoloqlarından biri - tarix üzrə fəlsəfə dokto
Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin İranşəhr ş�
Azərbaycanda keçiriləcək COP29 konfransında formalaşmaqda olan bazara mali
Nazirlər Kabinetinin sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Bil�
Sosial şəbəkədə azərbaycanlı fotoqrafın toy çəkilişi diqqət çəkib.
Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçə