Bakıda keçiriləcək COP29 konfransında bu məsələnin müzakirə olunacağına ümid edirəm
Digərləri 16 Yan 2024 17:49:00 288 0
Azərbaycanda keçiriləcək COP29 konfransında formalaşmaqda olan bazara malik və inkişaf etməkdə olan ölkələrdə təmiz enerji mənbələrinin maliyyələşdirilməsi məsələsinin qaldırılacağına ümid edirəm.
Bu xəbəri də oxu: Ziyafət Əliyeva vəfat etdi
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirələrdə deyib.
"Dubayda keçirilən COP28 konfransında çox şey, o cümlədən, bərpa olunan enerji mənbələrinin (BEM) imkanlarının və investisiyaların artırılması müzakirə olundu. Lakin biz inkişaf etməkdə olan ölkələrdə təmiz enerjiyə investisiya qoymağa hazırlaşdığımız üçün bu məsələ Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində müzakirə olunmalıdır.
Son beş il ərzində təmiz enerji sektoruna investisiyalar 1 trilyon dollardan 1,8 trilyon ABŞ dollarınadək artıb. Problem ondadır ki, bu investisiyaların böyük bir hissəsi Çin tərəfindən həyata keçirilib. Ümid edirik ki, COP29 bu problemi həll edəcək", - deyə o bildirib.
F.Birolun sözlərinə görə, bütün ölkələrin hakimiyyətləri bu investisiyaların səmərəliliyinin təmin olunması üçün lazımi standart və mexanizmləri tətbiq etməlidir.
"Enerji səmərəliliyinə investisiyaları üçqat artırmalıyıq, əksər hallarda bu investisiyaların xərci iki-üç il sonra çıxarılır. Bu, çox gəlirli biznesdir. Lakin hökumətlər xüsusən aşağı gəlir səviyyəsinə malik qruplar üçün istilik nasosu və elektromobil satın alınmasına ilkin investisiyaların həyata keçirilməsi məqsədilə stimullar yaratmalıdır. Enerji səmərəliliyinin artırılması üzrə tədbirlər görən şirkətlərin rəqabətli mühitdə işlədiyinə zəmanət verən mexanizmlər mövcud olmalıdır.
İstehlakçıların motivasiyası təkcə özləri üçün enerjiyə qənaət olmalı deyil. Biz hökumətlərin bunun ilk növbədə onların büdcəsi üçün, eləcə də, enerji təhlükəsizliyi və karbon izi səbəbindən lazım olduğunu anlamalarına kömək göstərməliyik. Ötən il Parisdə 60-a yaxın hökumət bir araya gəldi və müvafiq standartları müzakirə etdik", - deyə IEA-nın icraçı direktoru əlavə edib.
Xatırladaq ki, 11 dekabr 2023-cü ildə Dubayda keçirilən COP28 konfransı çərçivəsində COP29 konfransının Azərbaycanda keçiriləcəyi barədə qərar rəsmi şəkildə elan olunub.
Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliyini irəli sürmüşdü. Lakin 7 dekabr 2023-cü ildə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında birbaşa danışıqlardan sonra Ermənistan Azərbaycanı dəstəkləyərək öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da eyni addımı atıb.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 2024-cü il yanvarın 4-də COP29-un prezidenti təyin edilib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Nazirlər Kabinetinin sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Bil�
Sosial şəbəkədə azərbaycanlı fotoqrafın toy çəkilişi diqqət çəkib.
Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçə
Gəncə Dövlət Filarmoniyası 2 fevral - Gənclər Günü ilə bağlı "G
Bir müddət öncə komaya düşərək sevənlərinə qorxulu günlər yaşadan
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri,
ATV-nin "Rəngarəng səhər" verilişinin qonağı müğənni Ofelya
Ötən həftəsonu Azərbaycana qar yağdı. Beləliklə, bu qış mövsümünd�
Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində avtomobilin piyada keçid
Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlərin 7 fevral prezident seç
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İn
Sosial şəbəkədə əməkdar artist Vasif Məhərrəmlinin görüntülər gün
Nazirlər Kabineti bununla bağlı "Məcburi köçkünlər və onlara bəra
Abşeron və Xızı rayonlarının inzibati ərazilərində dövlət və bələd