DYP piyadalara
Digərləri 16 Yan 2024 15:26:00 289 0
Baş DYP İdarəsi piyadalara müraciət edib.
Bu xəbəri də oxu: İnsanların taleyini dəyişmək qabiliyyətinə malik yeganə BÜRC
Son.az xəbər verir ki, müraciətdə deyilir:
"Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələri içərisində piyada vurma hadisələrinin sayı üstünlük təşkil edir. Bu nəticənin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamır. Sürücülərin onları vaxtında və aydın görməsi üçün təşəbbüs göstərməyən piyadalar, təəssüf ki, sonda ən çox zərər çəkən tərəf olur.
Mütəxəssislər piyadalara xüsusilə sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində uzaq məsafədən diqqət çəkən geyimlər geyinməyi, yaxud işıqqaytarıcı elementləri olan əşyalardan istifadə etməyi tövsiyə edir. Məlumdur ki, gecə vaxtı qara rəngli geyimlər seçilmir. Bununla yanaşı, göy rəng - 17, qırmızı rəng - 24, sarı rəng - 37, ağ rəng - 55, işıqqaytarıcı elementlər isə 130 metrdən fərq edilir.
Saatda 60 km sürətlə hərəkət edən avtomobilin əyləc yolunun quru asfaltda - 20, yaş asfaltda - 35, qar örtüyü olan yolda - 70, buzlu yolda - 140 metrə yaxın olduğunu nəzərə alsaq, sürücülərin diqqətini vaxtında cəlb etməyin əhəmiyyəti haqda bir daha düşünməyə dəyər.
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək onlardan sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edir və hər kəsi bu sahədə ictimai iştirakçılığa töhfə verməyə çağırır".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Heydər Əliyev prospekti, əsas yolda yol-nəqliyyat hadisəsi baş verib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova xarici işlər naziri Serge
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçal
"Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq".
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri,
Aparıcı İlkin Həsəni və bloqer həyat yoldaşı Aysel Həsəni rəsmi şə
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Gəncə və gə
Alper Gezeravcı 2 dekabr 1979-cu ildə Mersində anadan olub. Uşaqlığını B
İraq Xarici İşlər Nazirliyi Tehrandakı səfirini məsləhətləşmələr ü
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova iki yeni müşavir təyi
Ermənistan ordusunda qeyri-xidməti münasibətlər, əsgər-zabit konfliktlər