Səhiyyə Nazirliyinin yeni layihəsi təqdim olundu
Digərləri 16 Yan 2024 13:48:00 338 0
Səhiyyə Nazirliyi milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir.
Bu xəbəri də oxu: Alkoqolun xərçənglə əlaqəsi varmı? TƏDQİQAT
Son.az Trend-ə istinadən xəbər verir ki, nazirlik yanvarın 16-da "Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması" layihəsinin təqdimatını keçirib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin, Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri, həmçinin Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan gurumların, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN" Xidmət), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Əczaçılar Klubu İctimai Birliyinin, iri farmakologiya şəbəkələrinin, özəl klinikaların və Mərkəzi Rayon Xəstəxanaların rəhbər şəxsləri iştirak ediblər.
Rəqəmsal Səhiyyə ekosisteminin başlıca məqsədi vətəndaşlara keyfiyyətli, təhlükəsiz, etibarlı səhiyyə xidmətlərinə əlçatanlığın təmin edilməsidir. Rəqəmsal Səhiyyənin inkişafı vətəndaşın sağlamlıq tarixçəsi ilə bağlı müfəssəl məlumatları, o cümlədən xəstəliklər və müasir müalicə üsullarını vahid rəqəmsal platforma üzərində birləşdirərək bütün tibb müəssisələri üçün onlayn formatda əlçatanlığı təmin edəcək.
İctimai təqdimatda əvvəlcə rəqəmsal səhiyyəyə dair videoçarx nümayiş olunub.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sosialyönümlü siyasətin aparılmasını giriş sözündə vurğulayan səhiyyə naziri Teymur Musayev bildirib: "Dövlət başçısının rəhbərlik etdiyi son 20 il ərzində rəqəmsal hökumətə keçidin sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası üzrə ardıcıl tədbirlərin görülməsi ölkəmizin regionda aparıcı söz sahibi kimi tanınmasını şərtləndirib".
Nazir rəqəmsal texnologiyaların tibbi xidmət təminatçılarına və pasiyentlərə məlumatları əlçatan etməklə, ortaq qərar verməkdə həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırdığını diqqətə çatdırıb: "2023-cü ildən səhiyyənin rəqəmsal transformasiyası layihəsi çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən "Elektron epikriz" informasiya sistemi tətbiq edilir. Elektron epikriz sistemi vətəndaşların xəstəlik tarixlərindən çıxarışların vahid reyestrinin yaradılmasını təmin etməklə fərdin sağlamlıq məlumatlarının axtarışına və standart formada sənədlərin hazırlanmasına imkan yaradıb".
"Bu gün Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış Elektron resept sisteminin və mobil tətbiqin, eləcə də "Təqib və izləmə sistemi"nin təqdimatı keçirilir. Hər iki informasiya sistemi əczaçılıq sektorunun rəqəmsallaşdırılması tədbirləri çərçivəsində "Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanunu"na edilən əlavə və dəyişikliklərə uyğun olaraq hazırlanıb. Perspektivdə göstərilən dövlət xidmətlərindən məmnunluğun artırılması və keyfiyyətli tibbi xidmətlərin təmin edilməsi məqsədilə səhiyyənin rəqəmsal transformasiyası tədbirləri davam etdiriləcək", - deyə Teymur Musayev fikrini tamamlayıb.
Təqdimatla çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bildirib ki, səhiyyənin rəqəmsallaşdırılmasının əsas məqsədlərindən biri tibbi məlumatların müalicə zamanı qərar qəbuletmə prosesinə inteqrasiyasını təmin edərək, onları vahid səhiyyə informasiya sistemində mərkəzləşdirəcək. Bu isə, öz növbəsində tibb işçiləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması, eyni zamanda məlumatlara maneəsiz çıxışın təmin edilməsidir. "Rəqəmsal səhiyyə strategiyasının reallaşması ölkəmizdə müasir texnologiyaları və innovasiyaları dəstəkləyən rəqəmsal səhiyyə ekosistemini formalaşdıracaq. Bu, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin tədbiqi, xəstəliklərin qarşısının alınmasında qabaqlayıcı texnologiyaların istifadəsi, hər bir vətəndaşın ehtiyacına uyğun yüksək keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığın artırılmasına imkan yaradacaq", - deyə səhiyyə nazirinin müşaviri vurğulayıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
İsrailin Raanana şəhərində terror aktı törədildiyi ehtimal olunur.
"Ötən il Venesuelada dövlət çevrilişi həyata keçirmək və dövlət
Çox vaxt verdiyimiz qərarlar aldığımız məlumatların təhlili ilə müəy
"Allah İlhamə Quliyevaya rəhmət etsin. Onunla xasiyyətimiz, xüsusiyy�
"Üç ildən sonra Rusiya Avropa və NATO sərhədlərini təhdid etməyə
Ötən gün Santa Monikada 2024-cü il üzrə "Tənqidçilərin Seçimi Mü
"Friends" serialına aid ssenarilər hərraca çıxarılacaq.
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçir
Son.az olay-a istinadən bildirir ki, Serenay şayiələrə səssiz qalsa da, B
İtaliyanın Pistoia şəhərində toy zamanı döşəmənin çökməsi nəticə
Astroloqlar bu il böyük xoşbəxtlik yaşayacaq üç bürcün adını açıqla
Məşhur aktrisa Məryəm Üzərlinin ekran işlərində rol almaq üçün istə
Türkiyənin Bursa şəhərində dünyasını dəyişən qadının iti sahibinin
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə sta