“Ona ayıb olsun! Xalq artisti adına...” – Röyanın mahnısına etiraz
Şou-biznes 12 Yan 2024 19:30:00 324 0
Xalq artisti Röya Ayxan bir neçə gün öncə sosial şəbəkə hesabında "Gic kimi" adlı mahnısına çəkdirdiyi qısametrajlı klipi izləyiciləri ilə bölüşüb. Yenidən gündəmə gələn mahnının sözlərini sosial şəbəkə izləyiciləri birmənalı qarşılanmayıb. Bəziləri mahnının sözlərinin bayağı olduğunu iddia edərək bunun Xalq artisti fəxri adını daşıyan sənətçiyə yaraşmadığını qeyd edib.
Bu xəbəri də oxu: Rəhim Rəhimlidən Yeni il təbriki alan Niyam göz yaşı tökdü VİDEO
Son.az bildirir ki, yenisabah.az-a danışan Əli Mirəliyev "Ürəyi boş, ürəyi sevmir heç kimi. Gözlədim mən onun yolunu gic kimi" misralarının oxumasını Xalq artistinə yaraşdırmayıb.
O, Röyanın bu ada layiq olmadığını da iddia edib:
"Röya Xalq artisti deyil! Ona yalandan bu fəxri adı veriblər. Yalançı Xalq artisti. Elə buna görə ağlına nə gəldi oxuyur. Xalq artisti adını alan insan gərək özünə hörmət etsin. Röya indi nə oxuyur bilmirəm, amma söhbət indidən yox, elə əvvəldən gedir.
Röyanın əvvəlki hərəkətlərinə nəzər yetirmək kifayətdir ki, biləsən elə bu cür oxumalıdır. Başqa nə oxumalı idi? O, Akif İslamzadə, Şövkət Ələkbərova, Gülağa Ağayev kimi, lap elə mənim kimi oxumalı idi?! Onun ədəbi olub ki, ədəbli də oxusun?"
Ə. Mirəliyev Xalq artisti Aygün Kazımovanın və Röyanın fəxri adlarının onlardan geri alınmasını tələb edib:
"Röya Aygünün də üstündən gedir. O, "geydirmə" oxuyur. Xalq artisti ara sözlərinə, meyxana sözlərinə mahnı qoşub oxumaz! Ayıbdır! Ona ayıb olsun. O, Xalq artisti kimi mötəbər bir ada layiq deyil və bu adı həm ondan, həm də Aygün Kazımovadan geri almaq lazımdır
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Sabahdan başlayaraq iki gün ərzində "Azəristiliktəchizat" ASC-ni
Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova ilk dəfə m
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin G
"Beynəlxalq Ədalət Məhkəməsində baş verənlər ədalət sözünün
Ukraynanın Nikolayev vilayətinin Berezneqovatoe qəsəbəsində çavuş bölü
"Reddit" istifadəçisi bir nəfər həyat yoldaşı ilə mübahisəy�
Bir müddət əvvəl üzündən iflic olan və böyrək transplantasiyası əmə
COVID-19 pandemiyası zamanı mümkün sui-istifadə halları ilə bağlı Ermə
7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Res
Müğənni Şöhrət Məmmədov yeni açıqlaması ilə gündəmə gəlib.
2024-cü ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrini
Son günlər bəzi KİV orqanları və sosial media hesablarında əmlak alqı-s
Fransanın beynəlxalq arenada Azərbaycana hücum strategiyası mühüm dərəc
Müğənni Yaqut Nərimanı (Həşimova) qətlə yetirməkdə ittiham olunan ər