"Fransa erməni lobbiçilərin dəstəyi müqabilində antiAzərbaycan təbliğatına göz yumur"
Dünya 12 Yan 2024 18:41:00 279 0
Fransanın beynəlxalq arenada Azərbaycana hücum strategiyası mühüm dərəcədə erməni lobbiçilərin, eləcə də ermənipərəst QHT və qrupların nüfuzuna əsaslanıb.
Bu xəbəri də oxu: Çadda silahlı şəxslər prezident sarayına hücum ediblər
Bu barədə Trend-ə amerikalı analitik İrina Tsukerman deyib.
"Beynəlxalq institutlarda Azərbaycana bu hücum strategiyası bir çox hüquqi və siyasi səbəblərdən qaçınılmaz olaraq əks nəticələrə gətirib çıxaracaq. Birinci səbəb sübutların təqdim olunmamasıdır və bir sıra bu cür tədbirlər rədd edilib. İkincisi isə ona görə ki, Azərbaycanın regionda rolu və diplomatik nüfuzu artmaqdadır və getdikcə bunda daha az ölkə iştirak edir. Bu səbəbdən, Fransa son nəticədə çətin vəziyyətə düşə və beynəlxalq arenada təcrid olunmuş görünə bilər", - o deyib.
Analitikin sözlərinə görə, zaman və resursları hüquqi və siyasi prosedurlara yatırmaq cəhdləri ilə eyni zamanda daima Azərbaycanı mənfi reklam etmək Fransaya heç bir üstünlük gətirmir, lakin bu açıq-aşkar erməni lobbiçilərinin və digər anti-Azərbaycan strukturlarının maraqlarına xidmət edir.
"Son nəticədə ictimaiyyətin böyük hissəsi uzunmüddətli problemləri diqqətlə izləmir və yalnız ilk başlıqları oxumağa meyllidir. Beləliklə, hətta bu təhqiqatlar Bakı üçün əlverişli qərar qəbulu ilə başa çatsa da, bir çoxları bu barədə heç bilməyəcək. Bu, Bakının narahat olmalı olduğu aspektdir və buna siyasi tədbirlərlə cavab verilməlidir ki, Fransanın irəli sürülən iddialara inamı azalsın ", - deyə o bildirib.
İrina Tsukerman bildirib ki, Fransanın hazırlığı və hərbi dəstəyinə rəğmən separatçılar və onların müttəfiqləri üçün iki faciəvi nəticələnən son iki hadisədən sonra Ermənistan Azərbaycana qarşı hər hansı hücum edə bilməz. Lakin erməni təbliğatı belə bir təəssürat yaradır ki, Azərbaycan öz ərazilərini genişləndirməyə çalışır.
"Bu cür ittihamlardan qorunmağın yeganə yolu davamlı xoş məram və müsbət münasibətin təzahürüdür. Lakin ermənilər istədiklərindən təlim ala bilərlər, xüsusən bu ölkə Avropa İttifaqına üzvdürsə. Sözügedən tərəflərdən hər hansı biri tərəfindən təxribatçı missiyalar və terrorizmə hazırlıq faktları kimi qeyri-dürüstlük nümayiş etdirən istənilən pozuntuların izləməsinə və aşkarlanmasına diqqət yetirmək lazımdır", - deyə analitik əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində dediyi kimi, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başlayıb.
"Bu qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi. Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə, onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik. Həmçinin düşünürəm ki, Avropa İttifaqının onlara qoşulmaması da böyük bir zərbə oldu, hərçənd məlum oldu ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri təəssüf ki, Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alıb. Lakin ümumilikdə, Avropa İttifaqı ölkələri Azərbaycana münasibətdə vahid mövqe üzrə razılığa gələ bilmədilər, Fransa isə məhz sanksiyalarda və başqa addımlarda israr edirdi. Artıq bu tezislər səsləndirilib və onlar belə desək havadan asılı qalıb, sözdən əmələ keçməyib", - dövlət başçısı deyib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Müğənni Yaqut Nərimanı (Həşimova) qətlə yetirməkdə ittiham olunan ər
Aparıcı Aytəkin Məradova yeni verilişlə tamaşaçıların qarşısına ç�
Milli Məclisin deuputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin
Daşkəsən rayonu Əhmədli kənd bələdiyyəsinin sədri Sərvaz Quliyevin qa
Homoseksual olduğunu etiraf edən dünya şöhrətli aktrisa Kristen Stüart ye
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahib�
Əməkdar artist Bəhram Bağırzadə rəsmi "Instagram" hesabında di
Xəbər verdiyimiz kimi, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad
Son vaxtlar Ermənistanda əsgər analarının hərbçilərə hücumu, hərbçil
Fransa ictimaiyyətinin tanınmış nümayəndələri Evian-le Bən şəhərind�
Region gənclərini fəal şəkildə səsvermə hüququndan istifadəyə təşvi
Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru
Xəbər verdiyimiz kimi, "Elgizlə izlə" verilişində Xalq artisti F