Seçkiləri ilə əlaqədar xaricdə olan seçicilərin dəqiqləşdirilməsi müddəti sabah başa çatır
Siyasət 12 Yan 2024 09:23:00 309 0
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsul idarələrində qeydə alınmış seçicilərin seçki dairələri üzrə seçici siyahılarına daxil edilməsi (seçicilərin sayı haqqında məlumatlar əsasında) və dəqiqləşdirilməsi, habelə həmin seçki dairələrinin siyahılarının təsdiq edilməsi müddəti sabah başa çatır.
Bu xəbəri də oxu: Erməni simasının üç üzü: TerPetrosyan, Koçaryan, Sarqsyan
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.
Təqvim planına əsasən, siyahı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı əsasında Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 25 gün qalanadək 2024-cü il yanvarın 13-dək təsdiq edilməlidir.
Bununla yanaşı, səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti yanvarın 1-də başa çatır.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib. Prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı isə 7-yə çatıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Müğənni Pünhan Piriyevə ağır itki üz verib.
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında yeraltı infrastrukturunun ti
ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ evin qarşısında, həmçinin Nyu-Yorkda Ta
Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitə
Xalq artisti Gülyanaq Məmmədova ilk dəfə övladları ilə fotolar paylaşı
"TRT"də yayımlanacaq "Fatih" serialının çəkilişi zama
Argentinanın illik inflyasiya səviyyəsi 2023-cü ili 211,4 faizlə başa vuru
İspaniya Superkubokunun son finalçısının adına aydınlıq gəlib.
Rusiyanın Kislovods vilayətində Yeni il gecəsi 3 nəfəri öldürməkdə ş
İsrail hərbçilərinin Qəzzada əməliyyatları zamanı təxminən 380 məsci
Son günlər istər rol aldığı ekran işləri, istərsə də şəxsi həyatı