İspaniya qaz idxalçılarını Rusiya ilə yeni müqavilələr imzalamamağa çağırdı
Dünya 11 Yan 2024 23:55:00 315 0
İspaniyanın Baş nazirinin müavini, ekoloji keçid naziri Teresa Ribera ölkəyə qaz idxal edən şirkətləri Rusiyadan yanacaq tədarükü üzrə yeni müqavilələr imzalamamağa çağırıb.
Bu xəbəri də oxu: Bölgəmizdə daha yaxşı gələcək qura bilərik Fidan
Son.az report.az-a istinadən xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.
Baş nazirin müavini xatırladıb ki, Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına qadağa qoyulması üçün heç bir hüquqi əsas yoxdur. "Mən dəfələrlə İspaniyada fəaliyyət göstərən əsas LNG idxalçıları ilə yeni müqavilələr imzalamamaq və ərazimizdə Rusiya LNG-sinin mövcudluğunu artırmamaq xahişi ilə söhbət etmişəm", - T.Ribera əlavə edib.
Dekabrın 10-da "Enagas" enerji şirkəti bildirib ki, 2023-cü ilin dekabrında Rusiya İspaniyaya LNG tədarükünə görə Əlcəzairdən sonra ikinci yeri tutub. Bütünlükdə 2023-cü ildə krallıq Rusiyadan 72 690 GVt-saat LNG alıb ki, bu da 2022-ci ildəki 53 859 GVT-saatdan xeyli çoxdur. Bununla da ötən ilin nəticələrinə əsasən, Rusiya İspaniyaya qaz nəqlinə görə Əlcəzair və ABŞ-dən sonra üçüncü yeri tutub.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
İncə bədən quruluşuna sahib qadının sosial şəbəkədə baxış sayı 1,
Gəncədə 44 günlük Vətən müharibəsinin qazisi naməlum səbəbdən ölü
Türkiyənin "Beyaz Tv" kanalında yayımlanan "Hayatta Her Şey
İlkin verilənlərə əsasən, Rusiya hərbçiləri yanvarın 2-də Xarkovu at�
Xəbər verdiyimiz kimi, "FOX TV"də yayımlanan "Kızıl goncala
Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 80.4 milyon dollarlıq sifar
"O, 92 yaşında dünyanın ən yaşlı modeli kimi "Vogue Czechoslova
ABŞ İranı "St Nikolas" neft tankerini və heyətini dərhal azad et
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynanın hazırkı vəziyy�
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallar�
Bu gün səhər saatlarında İranın hərbi dəniz qüvvələri Oman dənizind�
Rusiyada bədii filmə çəkilmək üçün dəvət alan Xalq artisti Naibə Alla
Prezident İlham Əliyevin dünənki geniş müsahibəsi Ermənistanda da ciddi
Daha əvvəl 2024-cü ilin sonuna planlaşdırılan Marsın peyki Fobosdan torpa
Prezident İlham Əliyevin yerli media ilə görüşləri artıq xarakterik hal