Əhaliyə ŞAD XƏBƏR – “Bu ərzaqların qiyməti UCUZLAŞACAQ”
Digərləri 09 Yan 2024 15:26:00 338 0
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, FAO indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb. Dekabr ayında dünyadakı ərzaq qiymətlərinin indeksi əvvəlki ayla müqayisədə 1,5 faiz azalıb, şəkərin qlobal qiymətlərində kəskin azalma baş verib.
Bu xəbəri də oxu: Daş adam xəstəliyi: Bədən ikinci bir skelet meydana gətirir
Maraqlıdır, ərzaq qiymətlərindəki ucuzlaşma Azərbaycan bazarına da təsir göstərə bilərmi? Son.az bildirir ki, iqtisadçı-ekspert Xalid Kərimli mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, dünya bazarında bir sıra məhsulların qiymətinin ucuzlaşdığına diqqət çəkib: "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dünyada aylıq olaraq ərzaq qiymətlərinin müqayisəli statistikasını verir. Son hesabatına görə, 2022-ci illə müqayisədə 2023-cü ildə qiymət səviyyəsi orta hesabla 13,7 faiz aşağı olub. FAO indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb. Dekabr ayında dənli bitkilərin qiymət indeksi artıb. Xüsusilə, düyü qiymətlərində artım müşahidə edilir. Bu da Hindistanın düyü ixracının məhdudlaşırma tədbirlərindən sonra oldu. Düyü qiyməti demək olar, hər ay artır. Düyünün qiyməti il ərzində 21 faiz yüksəlib. Ancaq bu indeksin müxtəlif komponentləri var. Məsələn, tərəvəz yağlarında 1,4 faiz azalma var. Şəkərin qiyməti noyabr ayı ilə müqayisədə dekabrda 16,6 faiz aşağı düşüb. Buna baxmayaraq, ötən ilin dekabrı ilə müqayisədə təqribən 15 faiz daha yüksəkdir. Ət qiymətləri indeksində də 1 faizlik eniş müşahidə edilir. Ət qiymətləri ötən ilin dekabrı ilə müqayisədə 2 faizə yaxın azalıb". Ekspert əlavə edib ki, bu qiymətlər Azərbaycan bazarına da təsir göstərir: "Bunun üçün 6-9 aylıq müddət tələb olunur. Çünki bu, hazırda birja qiymətləridir. Birjalarla müqavilələr bağlanır. Daha sonra çatdırılma şərtləri və müddəti 6-9 ay çəkir. Qiymətlərə təsirin müddətini İqtisadiyyat Nazirliyi hesablayıb. Azərbaycanda ilk dəfə olaraq 2023-cü ilin noyabrında qiymətlər 0,2 faiz azalıb. Bunun da əsas səbəbi 0,4 faizlik ərzaq qiymətlərinin azalmasıdır. Güman edirəm ki, biz bu müddət ərzində ərzaq qiymətlərində azalmanı müşahidə edəcəyik".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Daim qalmaqallı açıqlamaları ilə gündəmi zəbt edən müğənni Tuğba E
200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhət
Mərhum əməkdar artist Aygün Bəylərin prodüseri Sultan Mustafayev müğən
Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2024-cü ilin dö
Rusiya ordusu aktiv döyüş əməliyyatlarının bütün istiqamətlərində l�
ARB-də bu gün efirə gedən "Elgizlə izlə" verlişində qalmaqal b
Respublika Perinatal Mərkəzdən Yeni Klinikaya 5 hamilə, 9 zahı və 16 yenid
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasın
Yanvarın 9-da Yaponiyanın Niiqata prefekturasında 6,0 bal gücündə zəlzəl
Birləşmiş Ərəb Əmirliklərində iki ölkə arasında, iki ölkənin və ik
Keçən ay Bakıda daha iki önəmli sənəd imzalanmışdır. Onlardan biri - B
Venesuela Prezidenti Nikolas Maduro Qayana Kooperativ Respublikası ilə mübahi
Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yax�