“Xoşbəxtlik ərin corabını yuyub, bozbaş bişirməkdə deyil”
Şou-biznes 18 Sen 2023 07:00:00 507 0
Son.az müğənnilik istedadı ilə parlayıb, aparıcı kimi özünü təsdiqləyən Mehin Hümbətovanın Bizim.Media-ya verdiyi müsahibəsini təqdim edir:
Bu xəbəri də oxu: "Həmin an ağlamaqdan yerdən qalxa bilmədim"
- Son statistikaya görə, Azərbaycanda boşanmaların sayı qat-qat artıb. Fikrinizcə, buna səbəb nədir?
- Bu valideyinlərin dırnaqarası mental dəyərləri uşaqlara sırımasından irəli gəlir. Uşaqlıqdan valideynlər və ətraf deyir ki, mütləq şəkildə evlənməlisən, ərə getməlisən, qayınana və qayınataya baxmalısan, övlad sahibi olmalısan.
Mən də 25 yaşıma qədər düşünürdüm ki, ərə gedim, uşaq doğum, ailəm olsun. Amma indi belə fikirdə deyiləm. Həyat keçdikcə, öz ayaqlarının üzərində durduqca, həyatda dönüş nöqtələri yaşadıqca anladım ki, əslində, həyatın xoşbəxtliyi əsla ərə gedib, ərin corabını yuyub, evdə ərə bozbaş bişirib, uşaq dünyaya gətirib və onun "pampers"ini dəyişməkdən ibarət deyil. Həyatda zövq alacağımız məqamlar var. Təbii ki, nə zamansa mən də ailə həyatı quracağam. Amma bu dəqiqə ərə gedim, ərim olsun, əsla o düşüncədə deyiləm. Anam deyir ki, ailə qur. Amma günlərin bir günü onunla üz-üzə oturub, dedim ki, mən subay həyatımla çox xoşbəxtəm.
Gələcək planlarım var, öz üzərimdə işləmək, bir neçə biznesimin olmasını istəyirəm. Ona görə də hələ ki özümü ailə xanımı və ana kimi görmürəm. Təsəvvür belə etmirəm. Anama deyirəm ki, mənimlə işin olmasın, get qız nəvən Jozefina ilə oyna, Günellə təsəlli al (gülür).
- Günel boşanandan sonra ərinə qızı Jozefina ilə görüşməyə icazə verir?
- Heç bir problem yoxdur. Günel keçmiş əri Firuzla dost kimidir. Hətta biz İtaliyaya tətilə gedəndə, Günel itini Firuza vermişdi ki, saxlasın. Onlar mədəni insanlar kimi ayrılıblar. Bizim cəmiyyətdə elə bir fikir var ki, əgər bir cütlük boşanırsa, düşmən kimi ayrılır. Övladını atasına göstərmir, görüşməyə icazə vermir. Bunlar bizim dar düşüncəli insanların düşüncə tərzinə çevrilib. Amma bütün bunlar uşaqların psixologiyasına mənfi tərsi edir. Hətta olur ki, Firuz özü qızı Jozefinanı məktəbə aparıb, gətirir. Günel ilə Firuzun qaldıqları ev bir-birinə yaxındır. Onlar ikisi də Manhettendə yaşayırlar. Günel artıq ABŞ vətəndaşlığını alıb, amma şəxsi evi yoxdur. Orada ev almaq isə çox bahadır.
- Mehinin sevgilisi var?
- Xeyr! Həyatımda heç kim yoxdur. Sevdiyim insan da yoxdur. İnsan nə istədiyini anlayandan sonra başa düşür ki, ötəri hisslər yaşamaq istəmirsən. Belə olduqda isə kimlə gəldi münasibət qurmaq istəmirsən. Özünə də qıymırsan ki, kimlə gəldi hisslərini bölüşəsən. Ona görə də, təkəm və təklikdən böyük zövq alıram. Ətrafımda sevdiyim insanlar, ailəm var. Onlara ayırdığım hisslər və emosiyalar mənə bəs edir.
Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin
"Safir" serialının baş rol ifaçıları Özge Yağız və Burak Ber
Özbəkistanın Buxara vilayətinin Gijduvan rayonunda özəl uşaq bağçasın�
İstədiyini ye və arıqla - bu, qeyri-real səslənir, lakin alimlər bunun ar
İyulda Hollivudun ən gözəl aktrisalarından biri hesab olunan Sofiya Verqara
Ayaq biləyində iz buraxan corablar bəzi xəstəliklərin əlaməti ola bilər
Müğənni-aktyor Cared Leto narkotik maddələrlə bağlı problemlərinin oldu
Dermatoloqlar pivənin qaralmağa necə təsir etdiyini açıqlayıblar.
54 yaşlı avstraliyalı aktyor Hyu Cekman və onun həyat yoldaşı, 67 yaşlı
Psixiatr Yuri Vyalba emosional gərginliyin ən yüksək həddə çatdığı zam
Rusiyalı aktyor və rejissor İqor Keçayev uzun sürən xəstəlikdən sonra 6
Amerikalı müğənni Keti Perrinin keçmiş əri, britaniyalı aktyor və komed
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"