“Bu şikəst olmağım deməkdir, həkimlərin günahıdır”
Şou-biznes 16 Sen 2023 02:02:00 397 0
"Evdə deyirlər sən həkimlərə və apteklərə işləyirsən. Allah bu dövrdə heç kimin yolunu xəstəxanalardan salmasın, heç kimə arzulamıram."
Bu xəbəri də oxu: "220230 təzyiqlə gəzirdi, ayın 15i əməliyyat olunacaqdı” VİDEO
Son.az lent.az-a istinadən bildirir ki, bu fikirləri verdiyi açıqlamada Xalq artisti Naibə Allahverdiyeva səsləndirib.
O bildirib ki, bir neçə il öncə çəkiliş zamanı topuğundan aldığı travmanın ağrıları zaman içində getdikcə şiddətlənib və ona güclü problemlər yaradıb.
"Nə vaxtdır müalicə alıram. Lakin son aylar ağrılar lap şiddətlənib. 200-300 addım atandan sonra dözə bilmirəm. Zamanında həkimlər düzgün müalicə etmədi deyə belə hal yarandı. Türkiyəyə də getmişəm. Orda dedilər elə edə bilərik ki, ayağın hərəkətsiz qalsın. O zaman ağrılar olmayacaq. Amma mən səhnədəyəm, necə hərəkətsiz qala bilərəm? Səhnə hərəkət tələb edir. Bu mənim şikəst olmağım deməkdir",- deyə o qeyd edib.
Naibə xanım bildirib ki, ağrıların şiddətindən gecələr yuxu yata bilmir və içdiyi çoxlu ağrıkəsicilər belə artıq köməyə çatmır.
"Deyirlər sümük əriməsi, artroz var. Gah deyirlər sinir ağrılarıdır. Nə olduğunu tam dəqiq bilən yoxdur. Eşitdiyimə görə, əməliyyat olunmadan İsraildə bu problemi həll edə bilirlər. Amma ona da imkanım çatmır, çox bahadır. Ağlamaq kimi çıxmasın. Amma bu dövrdə davamlı şəkildə müalicə olunmaq asan məsələ deyil. Nə qazanırıq ki, xaricə müalicəyə gedə bilək",- deyə o bildirib.
"Bəs Mədəniyyət Nazirliyi sizə hər hansı bir dəstək göstərib?" sualımıza cavab verən aktrisa qeyd edib ki, o nazirliyə kömək üçün müraciət etməyib.
"Mən müraciət etməmişəm, onların da yəqin xəbəri yoxdur",- deyə Xalq artisti bildirib.
"Jurnalistika ixtisasında təhsil alan tələbə ilə rastlaşdım, Azərb
Sentyabr gəldi, havalar kəskin soyudu, dünyada yeni kovid ştammı tüğyan e
ABŞ-li aktyor Hyu Cekman və həyat yoldaşı Deborra-Li Ferness boşanıblar.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bu gün Xalq artisti Brilliant Dadaşovanın ad günüdür.
"Jurnalistika ixtisasında təhsil alan tələbə ilə rastlaşdım, Azərb
"CBC Sport" telekanalında daha dörd nəfər jurnalist işindən ayr�
Şəhid anası Talış kəndinə direktor təyin olunub.
Türkiyəli aktrisa Aslıhan Gürbüz sosial media hesabındakı paylaşıma mə
Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirib.
"Şəkillərdə gördüyünüz bu şəxsin adı Mameddir. Özünü az qala
Tanınmış bloqer xeyirxah əməli ilə diqqət çəkib.
Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin