Elza verilişdə ƏSƏBİLƏŞDİ: “Efirə “dızıldayan çaynik"ləri çıxarmaq olmaz” – VİDEO
Şou-biznes 15 Sen 2023 23:53:00 382 0
"Jurnalistika ixtisasında təhsil alan tələbə ilə rastlaşdım, Azərbaycan dilində bərbad danışırdı. Danışığı nə zaman düzələcək? Düzəlməyəcək! Onu efirə çıxarmaq olmaz. Bu biabırçılıqdır. Orada bilirsiniz, nə vəziyyətə düşdüm? İnsanlar infarkt keçirə bilər. Əgər indiyə kimi düzəlməyibsə, bundan sonra da düzəlməyəcək".
Son.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahan qonaq olduğu "Gün işığında" səhər verilişində deyib.
Sənətçi sözügedən proqramın efirində yayımlanan süjetdə bir tələbənin Azərbaycan dilində səlis və düzgün danışa bilməməsindən əsəbiləşib. Elza jurnalist olmaq istəyən tələbə respondenti sərt şəkildə tənqid edib: "İş orasındadır ki, bəzi müəllimlər ləhçə ilə danışırlar. Olmaz! Ləhçəyə böyük hörmətim var. Ən kobud ləhçə "Dağlı"ların ləhçəsidir. Mən "Dağlı"lıyam, heç görmüsünüz ki, dağlı ləhçəsi ilə efirdə danışım? Belə şeylər olmaz! Bizim ədəbi dilimiz var. Ləhçə ilə danışan insanları efirə çıxarmaq olmaz.
Əgər tələbə "Azərbaycan" sözünə "Azərbadzan" deyirsə və hərifləri düzgün şəkildə tələffüz etmirsə, müəllim deməlidir ki, al bu diplomunu, çıx get. Allah iraq eləsin, az qala beynimə qan sızsın. Deyir ki, jurnalist olmaq istəyirəm, amma danışığı və tələffüzü bərbaddır. O qıza yazığım gəldi. Onun təməli elə qurulub. Onu ali məktəbə gərək götürməzdilər. Biz nə qədər yalandan gülməliyik? Bizim gözəl Azərbaycan dilimiz, leksikonumuz, dinimiz və tərbiyəmiz var.Tərbiyəmiz isə bizim əbədi dilimizdir. Ona görə efirə "dızıldayan çaynikləri" çıxarmaq olmaz".
"CBC Sport" telekanalında daha dörd nəfər jurnalist işindən ayr�
Şəhid anası Talış kəndinə direktor təyin olunub.
Türkiyəli aktrisa Aslıhan Gürbüz sosial media hesabındakı paylaşıma mə
Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirib.
"Şəkillərdə gördüyünüz bu şəxsin adı Mameddir. Özünü az qala
Tanınmış bloqer xeyirxah əməli ilə diqqət çəkib.
Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş
Sentyabrın 16-da Nizami boutique house şirkətinin Baş sponsorluğu ilə 35 i
Ötən il sirroz olduğu ortaya çıxan 63 yaşlı türkiyəli müğənni-aktris
Mal çiçəyi xəstəliyi: Xəstəlik ilk əvvəl mal-qaraya təsir edir. Ancaq
Payız-qış mövsümündə xəstəliklərə qarşı təbii immunomodulyator rol