Azərbaycana maraq böyüyür Artan dəvətlər, gələn təkliflər, qurulan əməkdaşlıqlar...


Siyasət 14 Sen 2023 16:51:00 228 0

Azərbaycana maraq böyüyür  Artan dəvətlər, gələn təkliflər, qurulan əməkdaşlıqlar...

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra təkcə regionda yox, daha geniş coğrafiyada yeni reallıqların formalaşmasında əhəmiyyətli rola malik bir aktora çevrilməkdədir. Azərbaycan son 3 ildə baş verən geosiyasi proseslərin ardından bütün dünyada nüfuzunu artırmış, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilmiş dövlət kimi adından söz etdirir. Reallıqdır ki, bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı da durmadan artır.

Azərbaycana olan marağı qeyd edilən müddət ərzində bir çox beynəlxalq layihələrin icrası prosesi, konfransların təşkili zamanı da aydın gördük. Belə ki, Azərbaycanın son illər müxtəlif beynəlxalq tədbirlərə - Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasına, "Avropa siyasi birliyi" Zirvə Toplantısına xüsusi qonaq qismində dəvət olunması artan beynəlxalq nüfuzumuzun əyani təsdiqidir.

Azərbaycanın beynəlxalq aləmdə rolu böyüyür, qərar gözləyən tərəfdən qərar verən tərəfə çevrilib. Bu gün Prezident İlham Əliyevin Tacikistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etməsi də bu sadalananların növbəti təsdiqidir. Məlumdur ki, bu zamana kimi bir ilk yaşandı. İlk dəfədir ki, Məşvərət görüşündə regiondan kənar ölkənin rəhbəri iştirak etdi. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin göstəricisi, bariz təsdiqidir.

Bu məsələlərə Özbəkistan və Qazaxıstan dövlət başçıları da xüsusilə toxundular. Şavkat Mirziyoyevin çıxışı zamanı "Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirakı region ölkələrinin Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunun sübutudur" fikirlərinə yer verməsi xalqlarımız-dövlətlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsində rəsmi Bakının göstərdiyi təşəbbüsə, atdığı addımlara verilən dəyərin göstəricisidir.

Həqiqətdir ki, bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Dövlətimizin başçısı da çıxışı zamanı bir daha Mərkəzi Asiya ölkələri ilə dostluq, əməkdaşlıq məsələsinə toxunaraq qeyd edib: "Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk".

Son bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri diqqət doğuran hadisədir. Sovetlər Birliyinin süqutundan sonra Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə yaxın əlaqələr qurub. Dövlət başçısının bu fikirləri elə ona işarə idi. Son illər ərzində bu əlaqələrin daha da inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün yox, həm də bütün Türk dünyası üçün önəmlidir.

Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

Bununla Prezident İlham Əliyev bu məsələdəki incə məqama diqqəti yönəltmiş olub. Reallıqdır ki, Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil, amma tarixi və mədəni əlaqələrlə yanaşı Azərbaycan indi də daha çox siyasi və iqtisadi təmaslarla Mərkəzi Asiya ilə sıx bağlıdır və bu bağlar hər ötən gün daha da böyüyür.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı gələcək üçün yaxşı perspektivlər vəd edir. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaş olaraq özünü etibarlı bir ölkə kimi təsdiqləyir, strateji önəmini əhəmiyyətli dərəcədə artırır. Şərqlə-Qərb arasında mühüm tranzit ölkəyə çevrilən Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi önəminin bundan sonra daha da artacağı istisna edilmir.

Təhməz Əsədov TREND  

Düşmən Naxçıvan istiqamətində təxribat törətdi like
  • 14 Sen 16:46  
Digərləri Düşmən Naxçıvan istiqamətində təxribat törətdi

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

arrow Ətraflı
Prezident Düşənbədə Qurbanqulu Berdiməhəmmədovun təltifolunma mərasimində iştirak edib  FOTO like
  • 14 Sen 16:43  
Siyasət Prezident Düşənbədə Qurbanqulu Berdiməhəmmədovun təltifolunma mərasimində iştirak edib FOTO

Sentyabrın 14-də Düşənbədə Türkmənistan Parlamenti Xalq Məsləhətinin

arrow Ətraflı
"Whatsapp" və "Telegram"da bu funksiya istifadəyə verildi like
  • 14 Sen 15:58  
Digərləri "Whatsapp" və "Telegram"da bu funksiya istifadəyə verildi

"WhatsApp" "Telegram"-ın uzun müddətdir ki, malik olduğu

arrow Ətraflı
Onlar Azərbaycan cəmiyyətinin üzvü kimi xoşbəxt ola bilərlər  "KMM"nin sədr müavini like
  • 14 Sen 15:52  
Digərləri Onlar Azərbaycan cəmiyyətinin üzvü kimi xoşbəxt ola bilərlər "KMM"nin sədr müavini

Biz Azərbaycan vətəndaşı kürdlər uzun illərdir Azərbaycanda yaşayırı

arrow Ətraflı
Qaçırıldığı deyilən 14 yaşlı qız ailəsinə qaytarıldı like
  • 14 Sen 15:47  
Digərləri Qaçırıldığı deyilən 14 yaşlı qız ailəsinə qaytarıldı

Bakı şəhərinin Binəqədi rayonunda itkin düşmüş qız tapılıb.

arrow Ətraflı
Günel evlilik təklifinə belə cavab verdi like
  • 14 Sen 15:36  
Şou-biznes Günel evlilik təklifinə belə cavab verdi

Müğənni Günel Zeynalova izləyicisinin evliliklə bağlı sualını cavablan

arrow Ətraflı
Prezident: BakıTbilisiQars dəmir yolu tərəfimizdən müasirləşdirilir like
  • 14 Sen 15:28  
Siyasət Prezident: BakıTbilisiQars dəmir yolu tərəfimizdən müasirləşdirilir

Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək

arrow Ətraflı
Ermənilərin Qarabağda yaratmaq istədiyi BOZ ZONA nədir? like
  • 14 Sen 15:14  
Siyasət Ermənilərin Qarabağda yaratmaq istədiyi BOZ ZONA nədir?

"Ölkəmiz aylardır ki, Qarabağda yaşayan ermənilərlə əlaqələrin i

arrow Ətraflı
Dünən şəhid olan 18 yaşlı əsgərimiz dəfn edildi like
  • 14 Sen 15:04  
Digərləri Dünən şəhid olan 18 yaşlı əsgərimiz dəfn edildi

Ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hə

arrow Ətraflı
Canlı yayımda jurnalistin ombasına toxundu  Polis təcavüzdən saxladı like
  • 14 Sen 15:03  
Dünya Canlı yayımda jurnalistin ombasına toxundu Polis təcavüzdən saxladı

İspaniya polisi canlı yayım zamanı televiziya müxbirinə toxunan kişini ci

arrow Ətraflı
Bu, xalqlarımızın dostluq bağlarını möhkəmləndirmə nümunəsidir  Tokayev like
  • 14 Sen 14:55  
Siyasət Bu, xalqlarımızın dostluq bağlarını möhkəmləndirmə nümunəsidir Tokayev

Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məş

arrow Ətraflı