Mətanətin keçmiş gəlini:
Şou-biznes 11 Sen 2023 18:54:00 308 0
"Bəs, nəyə görə övladlarım yanıma gəlmir? Çünki keçmiş qayınanam və ərim mənə ev vermir. Özüm kirayələrdə qalıram. Məni kim qınayırsa, Allah ona yaşadıqlarımı yaşatsın". Son.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana qonaq olduğu "Tarixin bir günü" ictimai-sosial verilişində deyib. Sözügedən proqramda ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyeva üzünü Cananaya tutaraq bu sözləri dilə gətirib: "Sənin onlardan ev almağa ixtiyarın var idi. Çünki imza atıb ki, mən hər şeydən imtina edirəm. İmtina etməzdin". Bu anda isə verilişin aparıcısı Tarix Əliyev (Tolik) Canananın müdafiəsinə qalxıb. "Canana dedi ki, uşaqlarıma görə hər şeydən imtina edirəm. Evdən də, alimentdən də... Əlindən kağızı aldılar. Dedilər ki, götür uşaqlarını apar. Canananın da uşaqlarını aparmağa yeri yoxdur, keçmiş həyat yoldaşı da aliment vermir. Çünki Canana imza atıb ki, atadan aliment istəmirəm. Ona görə də, Mətanət əlini-qolunu uzadıb, deyir ki, Canana məndən heçnə ala bilməz".
Bu xəbəri də oxu: Məşhur aktyor mərc oyunlarına görə saxlanıldı
Aparıcının bu çıxışından sonra Əməkdar artistin keçmiş gəlini iddia edib ki, qarşı tərəfin şantajı ilə üzləşib: "Mən uşaqlarım üçün mübarizə apardım. Mənə heçnə lazım deyil. Siz bilmirsiniz, onlar tərəfindən mənə necə şantajlar olunub. Mənim yaşadıqlarımdan xəbəriniz yoxdur. İş yerim bağlandı, gözəllik salonum bağlandı". Qeyd edək ki, Mətanət İsgəndərli bu gün qonaq olduğu "Yaxşıya doğru" ictimai-sosial verilişində Canananı üç övladını atmaqda qınayaraq onu bu hərəkətinə görə heç zaman bağışlamayacağını vurğulayıb. Bundan sonra Canana sosial şəbəkə hesabında keçmiş qayınanasını məhkəməyə verəcəyini açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol
Sentyabrın 12-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərin
Sentyabr ayında BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbayca
Bir çox demokratlar ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaş
Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları
Türkiyənin milli müdafiə naziri ordu generalı Yaşar Gülər qardaş ölkə
Qonşu Gürcüstanda tələbə adını qazanan azərbaycanlı gənclərin sayı
Türkiyənin Baykar şirkətinin ixracatı Çinin ümumi hərbi ixracatından ç
Bloger Nagehan Abdullayeva növbəti dəfə arxasınca danışanlara səslənib.
"Mərkəzimdə işlər əla gedir. Mərkəzimizin üzvlərinin bir çox kli
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın mobillik imkanları
Rusiyadan gələn humanitar yükün qarşısını Qərb dairələri kəsir. B�