Əliyev Ərdoğanla Paşinyanın təmasına etiraz etməyib
Siyasət 10 Sen 2023 16:46:00 368 0
Azərbaycanla Türkiyə bütün istiqamətlər üzrə, o cümlədən diplomatik sahədə qarşılıqlı maraq doğuran məsələləri əlaqələndirir, bir-birinin mənafelərinə uyğun addım atırlar. Bu, hazırda kifayət qədər həssas olan regional məsələlərdə özünü daha qabarıq şəkildə büruzə verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutmuş telefon danışığı məsələsinin pərdərxası Azərbaycan-Türkiyə qardaşlığının nə dərəcədə möhkəm əsaslara malik olduğunu bir daha təsdiq edir.
Son.az bildirir ki, son üç gün ərzində Ermənistan Baş nazirinin ofisi Paşinyanla Ərdoğan arasında telefon danışığının baş tutması üçün ciddi cəhdlər göstərib.
Türkiyə tərəfi qardaşlıq münasibətlərinə uyğun olaraq Azərbaycan tərəfinə müraciət edib, Prezident İlham Əliyevlə Türkiyə lideri Ərdoğan arasında telefon danışığı zamanı digər məsələlərlə yanaşı, bu məqam da müzakirə olunub, Azərbaycanın mövqeyi öyrənilib.
Azərbaycan rəhbərliyi həmişə olduğu kimi konstruktivlik və dialoqa açıqlıq nümayiş etdirərək, Türkiyə və Ermənistan rəhbərləri arasında təmasa etiraz etməyib.
Türkiyə bu addımı ilə qardaşlıq münasibətlərinə böyük önəm verdiyini, Azərbaycanın maraqlarına dərin hörmətlə yanaşdığını nümayiş etdirib.
Əldə edilmiş məlumatda o da bildirilib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə paralel və sinxron şəkildə həyata keçirilməlidir. Azərbaycan və Türkiyənin bu məsələdə ortaq mövqeyi vardır. Ermənistan da başa düşməlidir ki, regionun problemləri yalnız region ölkələri ilə həll edilə bilər. Regiondan kənara səfərlər etmək, müraciətlər ünvanlamaqla, ayrı-ayrı ölkələrin rəhbərlərinə zəng edib ağlaşma qurmaqla hansısa nəticəyə nail olmaq mümkün deyil. Bunun üçün Azərbaycanın təklif etdiyi 3+3 formatı ən məqbul platformadır, bu çərçivədə məsələlərin həllinə çalışmaq lazımdır.
Son.az
İş adamı İlon Maskın "X" sosial şəbəkəsi (keçmiş "Twit
Kirayə mənzil bazarında qıtlıq pik həddə çatıb.
Sentyabrın 10-u saat 13:30 radələrində Azərbaycan Ordusunun hərbi qulluqç
Ukrayna qoşunlarının indi mümkün qədər çox silaha ehtiyacı var.
Bu ayın əvvəlində yeddi yaşını qeyd edən qız Arkanzas ştatının park�
İyulun sonunda hakimiyyəti ələ keçirdiyini elan edən Niger xuntası Fransa
"Ya çok seversen" serialında sevgili obrazına həyat verən cütlü
Sentyabrın 8-də axşam saatlarında Mərakeşin cənubunda baş verən zəlzə
İrəliləmək çətinləşsə belə, Ukrayna Silahlı Qüvvələrinin əks-hüc
Sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğa
ABŞ hava məkanının təhlükəsizliyini təmin etmək üçün Rumıniya əraz
Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarının doluluq səviyyəsi 93,5
Ürək xəstələrində gözlənilən infarkt bir gün əvvəl bəzi əlamətlə