Nigerdə xunta Fransanı müdaxilə qüvvələrini yerləşdirməkdə ittiham edir


Dünya 10 Sen 2023 16:00:00 243 0

Nigerdə xunta Fransanı müdaxilə qüvvələrini yerləşdirməkdə ittiham edir

İyulun sonunda hakimiyyəti ələ keçirdiyini elan edən Niger xuntası Fransanı sonrakı hərbi müdaxilə üçün qüvvə toplamaqda ittiham edib.

Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Üsyançıların qurduğu Vətənin Qurtuluşu Milli Şurasının nümayəndəsi polkovnik Amadu Abdramanın sözlərinə görə, Fransa "Nigerə qarşı təcavüzə hazırlıq çərçivəsində" Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (ECOWAS) üzv bəzi dövlətlərdə qüvvələr yerləşdirməyə davam edir.

Xatırladaq ki, Fransa tərəfinin iyul çevrilişindən sonra devrilmiş Prezident Məhəmməd Bazuma dəstək verməsindən sonra Niameyin Parislə münasibətləri sürətlə pisləşib. Niger 1960-cı ilə qədər Fransanın müstəmləkəsi olub.

Üsyançılar daha öncə də Fransanı müdaxilə hazırlamaqda ittiham ediblər, lakin rəsmi Paris bunu təkzib edib. Avqustun 22-də "Radio Algeria" Fransanın Nigerdə hərbi əməliyyat keçirmək üçün Əlcəzairin hava məkanına çıxış tələb etdiyini, lakin Əlcəzairin bundan imtina etdiyini açıqlayıb. Paris bu məlumatı da təkzib edib. Bununla belə, Fransa Prezidenti Emmanuel Makron Nigerdə hərbi əməliyyat olacağı təqdirdə ECOWAS-a dəstək verməyə hazır olacağını deyib. Təşkilat orada konstitusiya quruluşunu bərpa etmək üçün ölkəyə qoşun yeritmək məsələsini müzakirə etsə də, indiyədək bu məsələ ilə bağlı heç bir qərar verilməyib.

Nigerdəki xunta mümkün hücumla əlaqədar ordunu hazır vəziyyətə gətirib və "könüllü səfərbərlik" elan edib. Bundan əvvəl çevrilişlərin də baş verdiyi Burkina-Faso və Mali üsyançılara dəstək verəcəklərinə söz verib.

Çevrilişdən sonra Niger Fransa ilə bütün hərbi müqavilələri pozub. Afrika ölkəsinin Ali Məhkəməsi səfir Silven İtteni diplomatik toxunulmazlıqdan məhrum edib və onun dərhal ölkədən çıxarılmasını təsdiqləyib. Sentyabrın 5-də "Le Monde" mənbələrə istinadən yazıb ki, Paris Niger xuntası ilə qoşunlarının bir hissəsinin ölkədən çıxarılmasını müzakirə etməyə başlayıb. Afrika ölkəsindəki üç bazada təxminən 1 500 fransalı hərbçi mövcuddur. Rəsmi Paris əvvəllər belə bir ehtimalı istisna edirdi.

Son.az 

Daha bir serial eşqi gerçək oldu like
  • 10 Sen 15:49  
Şou-biznes Daha bir serial eşqi gerçək oldu

"Ya çok seversen" serialında sevgili obrazına həyat verən cütlü

arrow Ətraflı
Zəlzələ Mərakeşdə muzey və məscidlərə ciddi ziyan vurub like
  • 10 Sen 15:38  
Dünya Zəlzələ Mərakeşdə muzey və məscidlərə ciddi ziyan vurub

Sentyabrın 8-də axşam saatlarında Mərakeşin cənubunda baş verən zəlzə

arrow Ətraflı
Budanov: Ukrayna ordusunun əkshücumları qışda da davam edəcək like
  • 10 Sen 15:27  
Dünya Budanov: Ukrayna ordusunun əkshücumları qışda da davam edəcək

İrəliləmək çətinləşsə belə, Ukrayna Silahlı Qüvvələrinin əks-hüc

arrow Ətraflı
Azərbaycan və Türkiyə prezidentləri Qarabağdakı son vəziyyəti müzakirə ediblər like
  • 10 Sen 15:19  
Siyasət Azərbaycan və Türkiyə prezidentləri Qarabağdakı son vəziyyəti müzakirə ediblər

Sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğa

arrow Ətraflı
ABŞ Rumıniyada “F16” qırıcılarını yerləşdirəcək like
  • 10 Sen 15:16  
Dünya ABŞ Rumıniyada “F16” qırıcılarını yerləşdirəcək

ABŞ hava məkanının təhlükəsizliyini təmin etmək üçün Rumıniya əraz

arrow Ətraflı
Avropada yeraltı qaz anbarlarının 93 faizdən çoxu doldurulub like
  • 10 Sen 15:05  
Dünya Avropada yeraltı qaz anbarlarının 93 faizdən çoxu doldurulub

Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarının doluluq səviyyəsi 93,5

arrow Ətraflı
Əvvəlcə arvadının başını kəsdi... like
  • 10 Sen 14:54  
Digərləri Əvvəlcə arvadının başını kəsdi...

Ər arvadının başını kəsərək öldürməkdə şübhəli bilinir.

arrow Ətraflı
İnfarktdan bir gün əvvəl görülən xəbərdarlıq əlamətləri like
  • 10 Sen 14:43  
Digərləri İnfarktdan bir gün əvvəl görülən xəbərdarlıq əlamətləri

Ürək xəstələrində gözlənilən infarkt bir gün əvvəl bəzi əlamətlə

arrow Ətraflı
Sumqayıtda gənc oğlan mağazada işləyən qadınla münasibət qurdu, fotolarını isə... like
  • 10 Sen 14:32  
Kriminal Sumqayıtda gənc oğlan mağazada işləyən qadınla münasibət qurdu, fotolarını isə...

Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Əsəd tanışı İlhaməni (a

arrow Ətraflı
Ukrayna bu il Qərbdən 30 milyard dollar maliyyə yardımı alıb like
  • 10 Sen 14:21  
Dünya Ukrayna bu il Qərbdən 30 milyard dollar maliyyə yardımı alıb

Qərb ölkələri ilin əvvəlindən Ukraynaya 30 milyard dollar yardım edib.

arrow Ətraflı
Yol polisi sürücü və piyadalara müraciət etdi like
  • 10 Sen 14:10  
Digərləri Yol polisi sürücü və piyadalara müraciət etdi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi​ küləkli hava şəraiti ilə ə

arrow Ətraflı
"Xankəndidə qondarma "seçkiləri”n heç bir hüquqi əsası yoxdur" like
  • 10 Sen 14:02  
Siyasət "Xankəndidə qondarma "seçkiləri”n heç bir hüquqi əsası yoxdur"

"Xankəndidə qondarma "prezident seçkiləri"nin heç bir hüquq

arrow Ətraflı
Ermənilər onu öldürüb neft quyusuna atmışdılar like
  • 10 Sen 13:59  
Digərləri Ermənilər onu öldürüb neft quyusuna atmışdılar

Son.az Kulis.az-a istinadən Fidan Əzraqın publisist Cəfər Bünyadzadə haqq

arrow Ətraflı
Aytaç Şaşmaz yeni serialda like
  • 10 Sen 13:48  
Şou-biznes Aytaç Şaşmaz yeni serialda

Türkiyəli aktyor Aytaç Şaşmazın yeni layihəsi bəlli olub.

arrow Ətraflı