Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır
Kriminal 08 Sen 2023 15:24:00 432 0
Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Anuyun "Antiqona" əsəri əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb.
Bu xəbəri də oxu: Heydər Əliyev Sarayında "Oyanış" adlı konsert proqramı keçirilib
Dünyanın bir çox səhnələrində hazırlanan əsərin quruluşcu rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı Telman Şıxıyevdir. Rəqs və plastik həll isə Ceyhun Dadaşova aiddir.
1943-cü ildə, ikinci dünya müharibəsinin düz ortasında qələmə alınan "Antiqona" pyesi bütün dövrlərlə səsləşən, zamanın tələbindən irəli gələn əsərdir. Böyük Edipin ölümündən sonra oğlanları Etokl və Polinik növbə ilə ölkəni idarə etməlidilər. Etokl hökmranlıq müddətini başa çatır. O, hakimiyyəti qardaşı Polinika verməkdən imtina edir. Polinik öz tərəfdarlarını yığıb qiyam edir. Onlar hər ikisi döyüşdə həlak olur. Əmiləri Kreon şah elan olunur. Kreon Etoklı böyük təntənə ilə dəfn etdirsə də, qiyamın təşkil edən Polinikin cəsədini qurd-quşa yem olması üçün şəhər meydanının ortasına atır. Onu dəfn etməyə cəhd edən hər bir kəs ölümə məhkum olunacaq. Bu cəhdi Polinikin kiçik bacısı Antiqona həyata keçirmək istəyir. O, keşikçilər tərəfindən tutularaq şah Kreonun yanına gətirilir. Kreon Antiqonanı iki seçim qarşısında qoyur. O, ya ölümü qəbul etməli, ya da bu işi etməyib sağ qalmağı seçməlidir. Antiqona isə qardaşını dəfn etməklə ölümü seçir.
Antiqona öz seçimi ilə azadlığını bəyan edir. O, həm də həyatda insani davranışın, qardaşına, doğmalarına qarşı borc faktorunun olmasının vacibliyini göstərir. Müəllif bu əsərində dünyanın Antiqona, onun bacısı İsmena kimi insanlara görə var olmasını bir daha vurğulayır.
Premyerası bu ilin noyabr ayı üçün nəzərdə tututlan tamaşada Əməkdar artist Güşvər Şərifova, aktyorlar Kərəm Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Rəşad Səfərov, Hilal Dəmirov, Şəbnəm Hüseynova, Fəridə Qurbanova, Ramiq Nəsirov, İlhan Sadıqov, Nurlan Süleymanov, Ümman Budaqov iştirak edirlər.
Artıq bir neçə gündür ki, İrəvan küçərlərində hərbi kalonların hə
Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi
Sürücü dövlət nömrə nişanındakı ''9''-u, ''8
Naxçıvan Şəhər İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) o
Sədərək rayon icra başçısının müavini işdən azad olunub.
Aktrisa Emmanüel Bear uşaqlıqda qohumlarından biri tərəfindən cinsi zorak
Çinin Fujyen əyalətində "Haikui" qasırğası ilə əlaqədar 300
Türk dövlətlərinin fövqəladə hallar nazirləri Heydər Əliyevin məzarı
2019-cu ildən bu vaxta qədər DOST Agentliyi və 7 DOST mərkəzi, işğaldan
Deputat: "Avropa İttifaqı regionda silahlı toqquşmaın olmamasını, s�
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Fed
Kalininqradın kommunal xidmətləri beş yaşlı qıza qarşı məhkəmə iddia
Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri El�