Aİnin “yaranmış sülh imkanı” iddiası itirən Ermənistandır


Siyasət 08 Sen 2023 14:24:00 414 0

Aİnin “yaranmış sülh imkanı” iddiası  itirən Ermənistandır

Deputat: "Avropa İttifaqı regionda silahlı toqquşmaın olmamasını, sülhün yaranmasını səmimi istəyirsə, Ermənistanla ciddi iş aparmalı, İrəvana təsir göstərməlidir"

"Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün son aylarda yaranmış imkanı itirməməliyik". Bu, Avropa İttifaqının Avropa Şurasındakı Nümayəndəliyinin bəyanatında bildirilib.

"Aİ Ermənistan və Azərbaycan arasında dialoqun asanlaşdırılmasına və regiondakı bütün xalqların rifahı naminə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səyləri dəstəkləməyə tam sadiqdir".

Avropa İttifaqının məlum bəyanatında regiondakı son vəziyyətdən narahatlıq ifadə olunub. Qeyd olunub ki, iyunun 15-dən etibarən "Laçın dəhlizi" demək olar ki, təsadüfi tibbi evakuasiyalar istisna olmaqla bağlanıb.

Aİ Beynəlxalq Qızıl Xaç Komitəsinin regiondakı fəaliyyətinə maneələr törədildiyinə görə təəssüflənir və humanitar yüklərin daşınması da daxil olmaqla, hərəkətin bərpasına çağırış edir.

Bəyanatda deyilir ki, Aİ Azərbaycan hakimiyyətinin Ağdam şəhəri vasitəsilə malların tədarükünə hazır olduğunu qeydə alıb. Eyni zamanda Aİ qəti şəkildə inanır ki, "Laçın dəhlizi" açılmalıdır.

Aİ-nin bəyanatında Azərbaycan və Ermənistan arasında sərhəd boyunca artan gərginlik də vurğulanıb.

"Atışma ilə bağlı insidentlər barədə demək olar ki, hər gün bildirilir. Biz bütün tərəfləri növbəti insidentlərin qarşısını almağa və dialoqa dair öhdəlik götürməyə çağırırıq.

Aİ-nin Ermənistandakı missiyası (EUMA) vəziyyəti yerində müşahidə etmək və hesabat vermək üçün Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin Ermənistan tərəfində patrul xidməti həyata keçirir. Missiyanın məqsədi münaqişənin həllinə töhfə vermək və Ermənistan və Azərbaycan arasında inam və etimadın yaradılmasıdır", - deyə vurğulanır.

Aİ-nin bəyanatında diqqətçəkən bir məqam da var: "Aİ Ermənistan və Azərbaycan arasında dialoqun asanlaşdırılmasına və regiondakı bütün xalqların rifahı naminə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərini dəstəkləməyə tam sadiqdir. Biz Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün son aylarda yaranmış imkanı itirməməliyik. Danışıqların davam etdirilməsi vacibdir".

Söhbət hansı imkanın yaranmasından gedir? 

Yeri gəlmişkən, bu arada rus sülhməramlılarının nəzarət zonasında qurulan qondarma qurumun oyuncaq "parlamentində" ikinci böyük qüvvə olan "Vahid Vətən Partiyası"nın lideri Samvel Babayan Azərbaycana yeni təkliflər verdiyini açıqlayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, o, təkliflərini hansı kanallar vasitəsilə çatdırdığını və hansı cavabın alındığını açıqlamayıb.

Mövcud hakimiyyəti tənqid edən Samvel Babayan "Azatutyun" radiostansiyasının ("AzadlıqRadiosu"nun Ermənistan bölməsi) efirində bu barədə danışıb.

O, öz təkliflərini ümumi şəkildə təqdim edərək, 2 əsas mərhələni vurğulayıb: birincisi, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın əldə olunması, ikincisi, münaqişənin siyasi həllinə keçid.

Babayanın sözlərinə görə, separatçılar içində böhranın həllinə 2 fərqli yanaşma var: "Biri İrəvanda hakimiyyətin dəyişdirilməsi naminə aclıq da daxil olmaqla, mübarizəni davam etdirməyə çağırır, digəri isə dialoqa, kompromisə və qarşılıqlı etimadın bərpasına çalışır".

Samvel Babayan Azərbaycanla təmaslarının təfərrüatlarını açıqlamasa da, separatçı qurumun da Bakı ilə gündəlik əlaqə saxladığını iddia edib.

Görünən budur ki, yaranmış imkan həqiqətən də mövcuddur, ancaq ortada bir fakt da var ki, Ermənistanda bu imkanı pozmaq istəyən qüvvələr kifayət qədər güclüdür və bunun nəticəsidir ki, son 1 ayda vəziyyət gərginləşməyə doğru gedir. Bütün hallarda yaranmış imkandan yararlanmamaq, gedişatı pozmaq, təxribatlar törətmək ermənilərə növbəti bəlalar gətirəcək. Çünki Azərbaycan sülh gündəliyinə sadiqliyi ilə yanaşı, sonsuz səbr etmək niyyətində də deyil. Bu halda daha optimal variant Aİ-nin məhz Ermənistana təzyiqləri gücləndirməsi ola bilər. Bu fürsəti də ermənilər qaçırarsa, nə baş verəcək?

Milli Məclisin deputatı Aydın Hüseynov "Yeni Müsavat"a bildirdi ki, Ermənistanla Azərbaycan liderləri arasında Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlər, sülh danışıqlarının aparılması, nəhayət, iki ölkənin sülh sazişinə yaxınlaşdığına ümid yaratmışdı. Bu istiqamətdə əhəmiyyətli məsafə qət edilmişdi. Ancaq təəssüf ki, Ermənistan hakimiyyəti Avropa İttifaqı platformasında danışıqların faktiki olaraq dayanması üçün qeyri-konstruktiv mövqe tutmağa başladı. Son aylarda, xüsusən də son bir ayda rəsmi İrəvandan verilən bəyanatlar sülh prosesini faktiki olaraq dalana dirəmiş oldu. Ermənistan sülh danışıqlarını pozdu. Nəticədə bu gün sülhdən çox müharibədən danışılır. Ermənistan sülh istəmədiyini açıq şəkildə nümayiş etdirir. Paralel olaraq da Qarabağdakı separatçı rejimi qızışdırmaqla məşğuldur. İndi Avropa İttifaqının bəyanatında "Aİ Ermənistan və Azərbaycan arasında dialoqun asanlaşdırılmasına və regiondakı bütün xalqların rifahı naminə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərini dəstəkləməyə tam sadiqdir. Biz Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün son aylarda yaranmış imkanı itirməməliyik. Danışıqların davam etdirilməsi vacibdir" fikri Avropa İttifaqının da sülh sazişi üçün imkanlar yarandığını, lakin bu imkanların əldən verilmək üzrə olduğunun etirafıdır. Həmçinin bu bir çağırışdır. Lakin hesab edirəm ki, Avropa İttifaqı yenə də hər şeyi öz adı ilə çağırmır. Avropa İttifaqı bu çağırışı Ermənistana ünvanlamalıdır. Çünki Şarl Mişelin vsaitəçiliyi ilə aparılan sülh danışıqlarını Ermənistan pozub və pozur. Azərbaycan sülh sazişinin imzalanmasına hazır olduğunu dəfələrlə bəyan edib. Ermənistan isə sülh sazişindən yayınmaq üçün ən müxtəlif bəhanələr irəli sürür, pozuculuq üçün qəbul edilməsi mümkün olmayan təkliflər və iddialarla çıxış edir. İrəvanın məqsədi sülh danışıqlarının ya sonsuza qədər uzadılması, ya da pozulmasıdır. Odur ki, əgər Avropa İttifaqı regionda silahlı toqquşmaın olmamasını, sülhün yaranmasını səmimi istəyirsə, Ermənistanla ciddi iş aparmalı, İrəvana təsir göstərməlidir".

Deputat qeyd etdi ki, Ermənistan və Qarabağdakı separatçı ermənilər Azərbaycanın təkilflərini nəzərə almalıdırlar. Nə qədər ki, bu fürsət hələ tam əldən verilməyib ermənilər onu dəyərləndirməlidir. Əks halda, daha acı məğlubiyyətləri qaçılmaz ola bilər.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Ermənistanın əvəzinə başqa dövlətlərin və beynəlxalq təşkilatların danışması halına artıq adət etmişik: "Ermənistanın baş nazirinin və komandasının saxta təbliğatını bəzi beynəlxalq təşkilatlar öz bəyanatlarında tirajlayır. Avropa İttifaqının bu bəyanatında da qərəzli fikirlər, ermənilərin uydurduğu fikirlər əksini tapır. Ardınca isə sülh üçün tarixi fürsət yarandığı və əldən verilməməsinin vacibliyi barədə ümumi sülh mersajları verilir. Lakin həmin bəyanatda daha çox erməni saxta təbliğatının materialları yer alır. Hazırkı şəraitdə Avropa İttifaqı özünü sülh carçısı kimi göstərməyə çalışır. Vəd olunmuşdu ki, yaydan sonra Brüssel formatında yeni bir görüş keçiriləcək. Ancaq qısa zaman kəsiyində Ermənistan BMT Təhlükəsizlik Şurasına Azərbaycandan şikayət etməklə, sərhəddə TIR şousunu təşkil etməklə, Paşinyanın verdiyi qeyri-konstruktiv bəyanatlarla sülhə, qarşılıqlı etimada, nəzərdə tutulan danışıqlara zərbə vurdu və inamı sarsıtdı. Bu gün Avropa İttifaqı bu inamı bərpa etmək üstündə çalışır. Bunun üçün Avropa İttifaqı İrəvana təzyiq etməlidir. Razılaşmaları pozan İrəvandır. Sülh üçün yaranmış fürsətə zərbə vuran Ermənistandır". Son.az 

Ceyhun Bayramov və almaniyalı həmkarı Ermənistanla normallaşma prosesini müzakirə etdi like
  • 08 Sen 13:59  
Siyasət Ceyhun Bayramov və almaniyalı həmkarı Ermənistanla normallaşma prosesini müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Fed

arrow Ətraflı
Beş yaşlı qız məhkəməyə verildi  FOTO like
  • 08 Sen 13:58  
Dünya Beş yaşlı qız məhkəməyə verildi FOTO

Kalininqradın kommunal xidmətləri beş yaşlı qıza qarşı məhkəmə iddia

arrow Ətraflı
Vəzifəli şəxsin oğlu həbs edildi like
  • 08 Sen 13:26  
Digərləri Vəzifəli şəxsin oğlu həbs edildi

Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri El�

arrow Ətraflı
“Telegram”da qadınların çılpaq görüntülərini yayan şəxsə hökm oxundu like
  • 08 Sen 12:52  
Digərləri “Telegram”da qadınların çılpaq görüntülərini yayan şəxsə hökm oxundu

Şəki Apellyasiya Məhkəməsində pornoqrafik materialları və ya əşyaları

arrow Ətraflı
Yağışlı hava neçə gün davam edəcək? like
  • 08 Sen 12:50  
Digərləri Yağışlı hava neçə gün davam edəcək?

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir.

arrow Ətraflı
Azərbaycanda yeni təyin olunan nazirin müavini işdən çıxarıldı like
  • 08 Sen 12:47  
Digərləri Azərbaycanda yeni təyin olunan nazirin müavini işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavi

arrow Ətraflı
Zaxarova narahatdır  Ermənistanda Rusiyanı nüfuzdan salan... like
  • 08 Sen 12:46  
Dünya Zaxarova narahatdır Ermənistanda Rusiyanı nüfuzdan salan...

Ermənistanda Rusiyanı nüfuzdan salan qərbyönümlü media strukturlarının

arrow Ətraflı
Güclü külək və dolu Qaxda fəsadlar törətdi like
  • 08 Sen 12:41  
Digərləri Güclü külək və dolu Qaxda fəsadlar törətdi

Respublikamızın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şərait

arrow Ətraflı
Aygünün qarşısında diz çöküb oxudu like
  • 08 Sen 12:30  
Şou-biznes Aygünün qarşısında diz çöküb oxudu

Ötən gün aparıcı Afaq Gəncəli özünə ad günü edib.

arrow Ətraflı
Erməniəsilli şəxslər “Laçın” postundan sərbəst keçirlər like
  • 08 Sen 12:27  
Digərləri Erməniəsilli şəxslər “Laçın” postundan sərbəst keçirlər

Sentyabrın 8-də "Laçın" sərhəd-buraxılış məntəqəsindən Xa

arrow Ətraflı
41 yaşı olduğuna heç kim inanmır  Mine Tuqaydan bikinili FOTO like
  • 08 Sen 11:57  
Şou-biznes 41 yaşı olduğuna heç kim inanmır Mine Tuqaydan bikinili FOTO

"Zengin ve Yoksul" serialında Şeniz obrazını canlandıran aktrisa

arrow Ətraflı
Pərvin Abıyeva növbəti dəfə estetik əməliyyat etdirdi like
  • 08 Sen 11:24  
Şou-biznes Pərvin Abıyeva növbəti dəfə estetik əməliyyat etdirdi

Aktrisa Pərvin Abıyeva estetik əməliyyat keçirib.  

arrow Ətraflı
Fransa xəritə yaydı: Ermənistanın hücum hazırlığının FOTOFAKTı like
  • 08 Sen 10:51  
Digərləri Fransa xəritə yaydı: Ermənistanın hücum hazırlığının FOTOFAKTı

Fransa Ermənistan-Azərbaycan sərhədində eskalasiya ilə bağlı xəbərdarl

arrow Ətraflı
Bakıda bağban ev sahibini bıçaqladı like
  • 08 Sen 10:27  
Digərləri Bakıda bağban ev sahibini bıçaqladı

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

arrow Ətraflı