Paşinyanın çıxışındakı "sirr" "Proseslər


Siyasət 07 Sen 2023 20:02:00 375 0

Paşinyanın çıxışındakı "sirr"  "Proseslər

Azərbaycan tərəfi regionda sülh üçün çalışsa da, qarşı tərəf bunun tam əksini edir. Üstəlik, bizi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə günahlandırır. Bütün aləmə, beynəlxalq təşkilatlara car çəkirlər ki, guya Azərbaycan atəşkəsi pozur, onları blokadada saxlayıb, acından ölürlər, ərzaq tapmırlar və sair. Azərbaycanın göndərdiyi yardıma üz çevirib, öz siyasi oyunlarını davam etdirən ermənilər əvvəl Rusiyanın "çətir"i altında olsalar da, indi arxalanmağa yeni "çiyinlər" tapıblar. Görünür elə bu "çiyinlər" Paşinyanın çıxışlarına da təsir edib.

Beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edən Paşinyan bu gün yenə şərt irəli sürüb. O, hökumət iclası zamanı deyib ki, Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş bağlamağa hazırdır: "Beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu və Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün Laçın dəhlizinin açılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də qəbul etdiyi qərarlara uyğun olaraq prosesi davam etdirmək əhəmiyyətlidir. 

Bu cümlədə diqqət çəkən məqam var: ""beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi təmin edilsin". Yəni, 44 günlük vətən müharibəsindəki məğlubiyyətdən dərs çıxarmayan baş nazir qarşımıza şərt qoymaqla hələ də sülh prosesinin uzanması niyyətindədir. 

Ziddiyyətli çıxış Paşinyanın bir daha xarakterini ortaya qoyur. Onun sülh prosesinə mane olduğunu, bölgədəki vəziyyətin daha da gərginləşməsinə çalışdığı aydın görünür. Paşinyanın verdiyi açıqlama onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, Azərbaycana qarşı ərazi iddiasına son vermək niyyəti yoxdur. Baş nazir səhvləri təkrarlamağa davam edir, onun hakimiyyəti Ermənistanın gələcək taleyini böyük riskə atır.

"Hazırda gedən proseslər müharibəyə aparır"

Bu Ermənistanın Alternativ Layihələr qrupunun üzvü, keçmiş deputat Vahe Ovannisyanın fikridir. Ermənistanda qatı revanşistlərdən sayılan Ovannisyanın dediyinə görə bu proseslər bir gecədə formalaşmayıb, erməni diplomatiyasının silsilə səhvlərinin nəticəsidir: Yol verilən səhvlər danışıqlar prosesinin mahiyyətini təhrif edib", - deyə erməni politoloq bildirib.

Paşinyanın həmçinin hökumət iclası zamanı Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə təqsirləndirib, Azərbaycanın ərazidə qüvvələr cəmləşdirməsi iddia edib. Təbii ki, bu Ermənistan tərəfinin növbəti saxta siyasi manipulyasiyasının tərkib hissəsidir. Azərbaycan sülh prosesində irəliləmək üçün xoş niyyətini və səmimi istəyini dəfələrlə sübut edib. Prezident İlham Əliyev də ötən gün ABŞ Dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı bildirib ki, Qarabağın erməni əhalisinin nümayəndələri reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onlar bundan imtina edib. 

Bəxtiyar Umarlı Son.az

DƏHŞƏTLİ HADİSƏ like
  • 07 Sen 19:49  
Digərləri DƏHŞƏTLİ HADİSƏ

Amur vilayətində ata yeni doğulan uşağının cəsədini sobada yandırıb.

arrow Ətraflı
Türkiyə Futbol Federasiyasından like
  • 07 Sen 19:41  
Digərləri Türkiyə Futbol Federasiyasından

UEFA Avropa çempionatının sabah baş tutacaq Türkiyə-Ermənistan oyununda A

arrow Ətraflı
İbrahim Tatlısesin qızı arıqlayıb like
  • 07 Sen 19:38  
Şou-biznes İbrahim Tatlısesin qızı arıqlayıb

İbrahim Tatlısəsin qızı Dilan Tatlısəs xeyli çəki atıb.

arrow Ətraflı
Bölgədə vəziyyətin gərginləşməsində Ermənistan qədər havadarlarının rolu var like
  • 07 Sen 19:31  
Siyasət Bölgədə vəziyyətin gərginləşməsində Ermənistan qədər havadarlarının rolu var

Hazırda bölgəmizdə son dərəcə təhlükəli proseslər gedir və vəziyyə

arrow Ətraflı
Rusiyanın UNESCOdan çıxması təklif edildi like
  • 07 Sen 19:27  
Digərləri Rusiyanın UNESCOdan çıxması təklif edildi

Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy ölkənin UNESCO-dan ç�

arrow Ətraflı
Cins şalvarlı 3200 yaşlı mumiya tapıldı like
  • 07 Sen 19:16  
Dünya Cins şalvarlı 3200 yaşlı mumiya tapıldı

Çin arxeoloqları Çinin şimal-qərbindəki Tarim çayı hövzəsində yerlə�

arrow Ətraflı
“TikTok”dan “makler” tapdılar, like
  • 07 Sen 19:05  
Digərləri “TikTok”dan “makler” tapdılar,

"İki həftə əvvəl "TikTok"dan tapdığımız "makler&qu

arrow Ətraflı
Miri Yusif də arxiv fotolarını yayımladı like
  • 07 Sen 18:54  
Şou-biznes Miri Yusif də arxiv fotolarını yayımladı

Xalq artisti Miri Yusif arxiv fotolarını yayımlayıb.

arrow Ətraflı
Filarmoniya növbəti yaradıcı mövsüm ilə tamaşaçıların görüşünə gəlir like
  • 07 Sen 18:48  
Kriminal Filarmoniya növbəti yaradıcı mövsüm ilə tamaşaçıların görüşünə gəlir

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası növbəti yarad�

arrow Ətraflı
Əməliyyat masasında ölən gənclik like
  • 07 Sen 18:43  
Digərləri Əməliyyat masasında ölən gənclik

Burun əməliyyatına girib sağ çıxmayanlar kimlərdir?

arrow Ətraflı
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi like
  • 07 Sen 18:40  
Dünya ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısını genişləndirib.

arrow Ətraflı
Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü like
  • 07 Sen 18:38  
Digərləri Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü

Sentyabrın 7-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölk�

arrow Ətraflı
Buraxılış imtahanının nəticələri açıqlandı like
  • 07 Sen 18:24  
Digərləri Buraxılış imtahanının nəticələri açıqlandı

Sentyabrın 3-də keçirilən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxıl

arrow Ətraflı
Avtosığorta ilə bağlı yenilik edilir like
  • 07 Sen 18:21  
Digərləri Avtosığorta ilə bağlı yenilik edilir

Azərbaycanda avtosığorta üzrə qiymətləndirməni süni intellekt apara bil

arrow Ətraflı
Teatr və sərgilərə bilet aldıqda like
  • 07 Sen 18:20  
Digərləri Teatr və sərgilərə bilet aldıqda

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif teatr və sərgilərə bilet sat

arrow Ətraflı