İlham Əliyev: Bakıda Türk Dövlətləri Təşkilatının fövqəladə hallar nazirlərinin iclasının işə başlaması çox önəmli hadisədir
Siyasət 07 Sen 2023 15:12:00 318 0
Bakıda Türk Dövlətləri Təşkilatının fövqəladə hallar nazirlərinin iclasının işə başlaması çox önəmli hadisədir. Əminəm ki, iclas çox yaxşı keçəcək, nəticələr də çox uğurlu olacaq.
Bu xəbəri də oxu: İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və "Bakı-2023" beynəlxalq təliminin iştirakçıları ilə görüşdə deyib.
İki aydan sonra türk dövlətlərinin başçıları səviyyəsində Zirvə görüşünün keçiriləcəyini vurğulayan Azərbaycan Prezidenti bildirib: "İndi Zirvə görüşünə böyük hazırlıq işləri gedir, o cümlədən fövqəladə halların idarə edilməsi istiqamətində də işlər gedir. Bildiyimə görə, iclasda, o cümlədən qarşılıqlı yardım haqqında sazişin hazırlanması da nəzərdə tutulmuşdur. Buna böyük ehtiyac var. Çünki hamımız yaxşı bilirik ki, son vaxtlar bölgəmizdə və bütövlükdə dünyada fövqəladə halların sayı kəskin artıb. Bunun bir çox səbəbləri var. Ancaq fakt odur ki, bu gün misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib".
Son.az
Perunun Lima şəhərində bir kişi "Google Maps"də arvadının inti
İran və İsrail arasında kompromis tapmaq asan olmayacaq, amma mümkündür.
Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərinin tənzimlənməsi
Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Bakının mərkəzində silahlı insident törətməkdə ittiham olunanlar - Şa
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermən
Rəsmi Moskva Ermənistanı hərbi təlimləri Kollektiv Təhlükəsizlik Müqav
Zabuxa köç prosesi çox müvəffəqiyyətlə həyata keçirildi. Prezident İl
Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verd
Bir neçə gün əvvəl fərqli, bu gün isə tam əksini deyən Paşinyan öz s
Bu gün "Avroviziya 2011" qalibimiz Nigar Camalın ad günüdür.
Yaponiyanın Kumamoto şəhərinin hakimiyyət orqanları məktəblərdə davami
Ermənistanın icra hakimiyyətində vəziyyət gərgindir. Paşinyan nazirlərd