İranla İsrail bu halda barışa bilər…


Dünya 07 Sen 2023 14:52:00 322 0

İranla İsrail bu halda barışa bilər…

İran və İsrail arasında kompromis tapmaq asan olmayacaq, amma mümkündür. Bunun baş tutması üçün İsrail Tehran rejiminin ona təhdid olmayacağına, İranın əməldə dinc qonşuluq şəraitində yaşamaq siyasətini həyata keçirəcəyinə və nüvə silahını ləğv edəcəyinə əmin olmalıdır.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri  tanınmış rusiyalı politoloq Sergey Markov Çinin vasitəçiliyi ilə İsrail və İran arasında gizli danışıqların keçirilməsi məsələsinə münasibət bildirərkən deyib.

Münasibətlərin tənzimlənməsi baxımından danışıqların yaxşı fürsət olduğunu deyən Markov Çinin budəfəki vasitəçilik cəhdinin uğursuz nəticələnə biləcəyini diqqətə çatdırıb:

"İranla Səudiyyə Ərəbistanı arasında başlayan yeni mərhələ əminlik yaratdı. Lakin Tehranla Təl-Əviv arasında barışıq Səudiyyə Ərəbistanı ilə olduğu kimi alınmayacaq. Onlar arasında əsasən geopolitik mübarizə gedirdi. Səudiyyə Ərəbistanının yeni rəhbərliyi daxildə böyük dəyişiklik istiqaməti götürüb, sırf neft-qazdan asılı olmayan iqdisadiyyat qurmaq istəyir. İran isə Səudiyyə Ərəbistanı ilə yox, elə İsrail və ABŞ-la müharibəyə hazırlaşır. Yəni Ər-Riyad ilə Tehranın gərginliyi azaltmaq üçün ciddi səbəbləri var idi. Düzdür, gərginlik tam yox olmayıb, onlar arasındakı yüz illərdir davam edən sünni-şiə qarşıdurması mövcuddur. Proksi qrupları Yəməndə döyüşləri hələ də davam etdirir. İsrail isə tam sərbəst deyil, bir çox parametrlərlə ABŞ-a bağlıdır və qarşılıqlı asılılığı var. Ona görə, İsraillə İran arasında hər hansı danışıqlardan ABŞ-ın xəbəri olur".

O, Tehran-Təl-Əviv münasibətlərinin yumşalması istiqamətində əsas əngəlin ABŞ olduğunu bildirib:

"ABŞ-ın Tehran və Təl-Əviv münasibətləri ilə bağlı öz maraqları, müxtəlif mövqeləri ola bilər, amma heç vaxt əsas strateji rəqibi Çinin İsrail-İran münasibətlərini yaxşılaşdırmaqla öz mövqeyini gücləndirməsinə imkan verə bilməz. Düşünürəm ki, İsraillə İran arasında münasibətlərin yoluna qoyulması bu baxımdan daha çətin olacaq. İranın siyasəti İsraili, onların təbirincə desək, sionistləri "dənizə tökmək" və dövlətçiliyini məhv etməkdir. Kompromis tapmaq üçün ilk növbədə Tehranın təhdidləri aradan qalxmalıdır".

Son.az 

AzərbaycanErmənistan münasibətlərinin tənzimlənməsi üzrə işləməyə davam edirik like
  • 07 Sen 14:43  
Digərləri AzərbaycanErmənistan münasibətlərinin tənzimlənməsi üzrə işləməyə davam edirik

Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərinin tənzimlənməsi

arrow Ətraflı
Xoşqədəm: "Sevə və işləyə bilən insan..." like
  • 07 Sen 14:41  
Şou-biznes Xoşqədəm: "Sevə və işləyə bilən insan..."

"Sevə və işləyə bilən insan sağlamdır". 

arrow Ətraflı
Bu qurumun əməkdaşları ağır qəza keçirdi  Ölən və yaralananlar var like
  • 07 Sen 14:39  
Digərləri Bu qurumun əməkdaşları ağır qəza keçirdi Ölən və yaralananlar var

Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

arrow Ətraflı
Zərərçəkmiş Bakının mərkəzində onu öldürmək istəyənlərdən şikayətçi olmadı  VİDEO like
  • 07 Sen 14:20  
Kriminal Zərərçəkmiş Bakının mərkəzində onu öldürmək istəyənlərdən şikayətçi olmadı VİDEO

Bakının mərkəzində silahlı insident törətməkdə ittiham olunanlar - Şa

arrow Ətraflı
Zaxarova Simonyanı "səviyyəsiz" adlandırdı like
  • 07 Sen 14:15  
Dünya Zaxarova Simonyanı "səviyyəsiz" adlandırdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermən

arrow Ətraflı
Ermənistan hərbi təlimləri KTMT üzvləri ilə keçirsin  Rəsmi Moskva like
  • 07 Sen 14:13  
Dünya Ermənistan hərbi təlimləri KTMT üzvləri ilə keçirsin Rəsmi Moskva

Rəsmi Moskva Ermənistanı hərbi təlimləri Kollektiv Təhlükəsizlik Müqav

arrow Ətraflı
Sus kəndinə ilk köçün vaxtı açıqlandı like
  • 07 Sen 14:11  
Digərləri Sus kəndinə ilk köçün vaxtı açıqlandı

Zabuxa köç prosesi çox müvəffəqiyyətlə həyata keçirildi. Prezident İl

arrow Ətraflı
Rəsmi İrəvanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdur  Qərbi Azərbaycan İcması like
  • 07 Sen 14:08  
Siyasət Rəsmi İrəvanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdur Qərbi Azərbaycan İcması

Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verd

arrow Ətraflı
Paşinyandan daha bir ziddiyyətli çıxış  Cavab gecikmədi like
  • 07 Sen 14:00  
Siyasət Paşinyandan daha bir ziddiyyətli çıxış Cavab gecikmədi

Bir neçə gün əvvəl fərqli, bu gün isə tam əksini deyən Paşinyan öz s

arrow Ətraflı
Nigardan ad günü  FOTOSSESİYA like
  • 07 Sen 13:59  
Şou-biznes Nigardan ad günü FOTOSSESİYA

Bu gün "Avroviziya 2011" qalibimiz Nigar Camalın ad günüdür. 

arrow Ətraflı
Məktəbə şagirdlərin əvəzinə robotlar göndərilə bilər like
  • 07 Sen 13:48  
Digərləri Məktəbə şagirdlərin əvəzinə robotlar göndərilə bilər

Yaponiyanın Kumamoto şəhərinin hakimiyyət orqanları məktəblərdə davami

arrow Ətraflı
Kabinetdə gərginlik: Nikol nazirləri istefaya göndərir like
  • 07 Sen 13:37  
Dünya Kabinetdə gərginlik: Nikol nazirləri istefaya göndərir

Ermənistanın icra hakimiyyətində vəziyyət gərgindir. Paşinyan nazirlərd

arrow Ətraflı
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi yaradılır  FƏRMAN like
  • 07 Sen 13:27  
Siyasət “Azərsilah” Müdafiə Sənayesi Holdinqi yaradılır FƏRMAN

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində "Azərsilah" Müdafiə S

arrow Ətraflı
Xalq artistləri ustad sənətkar Arif Babayevin EVİNDƏ like
  • 07 Sen 13:26  
Şou-biznes Xalq artistləri ustad sənətkar Arif Babayevin EVİNDƏ

Xalq artistləri Mənsum İbrahimov və Təyyar Bayramov ustad sənətkar Xalq a

arrow Ətraflı