Ölkənin danışdığı sirli intiharlar


Digərləri 05 Sen 2023 11:57:00 317 0

Ölkənin danışdığı sirli intiharlar

Azərbaycanda belə serial intiharlar 3-5 ildən bir təkrarlanır, amma...

Xırdalanda avqust ayı ərzində ard-arda 3 yeniyetmə qız intihar edib. Eyni binada baş verən iki rəfiqənin intiharından sonra 31 avqust tarixində həmin binanın yaxınlığında yerləşən binada daha bir intihar hadisəsi baş verib.

Son.az musavat.com-a istinadən bildirir ki, bu dəfə 15 yaşlı qızın intiharı ciddi narahatlığa səbəb olub. Qeyd edək ki, qızların heç biri intihar etdiyi binalarda yaşamır. Hətta bina sakinləri keçən il də eyni binada bir neçə intihar hadisəsinin olduğunu iddia edib.

Cəmiyyətdə, xüsusən də yeniyetmə övladı olan valideynlər arasında ciddi təşvişə səbəb olan bu məsələni sherg.az-a şərh edən kriminalist-ekspert İlqar Altay deyib ki, baş verən hadisə həm kriminal, həm də ictimai cəhətdən yanaşmada kifayət ağır və faciəvidir:  "İlk növbədə məsələnin ağır tərəfləri: maniakal pedofiliya, ya, digər motivlə qəsdən adamöldürmə, sonra özünü öldürməyə vadar etmə variantları səhih yoxlanılıb araşdırılmalıdır. Bu halların, əməllərin olması halında cinayət işi və təqibi başlanmalı, cinayətkarlar tapılıb ən sərt cəzalarını almalıdır. Əgər tam yəqin edilərsə, sadəcə, intihar aktıdır, qeyri-kriminal məişət, sosial, fərdi və s. səbəbi araşdırılmalıdır".

Kriminalistin sözlərinə görə, təkcə ölkəmizdə deyil, son dövrlər əksər ölkələrdə uşaq və yeniyetmələr (13-21 yaş) arasında intihar-ölüm faktlarının sayı artıb. Hətta bədbəxt hadisə, avtoqəza və s. müxtəlif ölümlərin cəmindən sonra 2-ci yerdədir: "İntiharları motivinə görə 3 tipə bölmək olur. Təbii intihar-emosional gərginliyin yaratdığı depressiya, ya əhvalın sıxıntısının, çətinliklərin yaratdığı, öz həyatından, yaşamaqdan bezmədir. Nümayişkəranə intihar isə ölmək həvəsi deyil, daha çox, öz problemlərinə diqqət cəlb etmə, haqsızlığa qarşı etiraz, köməyə çağırış motivlidir. Üçüncüsü isə qeyri-təbii, yanakı intihar-ekstremal və riskli hərəkətlərlə özünü fərqli, üstün göstərmə kimi davranışla, (məsələn, maşınla fokuslar çıxarma) bilərək də ki, bu onun həyatına son qoya bilər. Bizim bu konkret 3 yeniyetmə hadisəsində isə (əgər kriminal yoxdursa) düşünürəm ki, Verter Effekti adlanan, biri o birinə baxıb, təkrarlayan intihar yayımı silsiləsi ola bilər. Təcrübədə belə hallar çox olur, çox rast gəlmişik.  Eyni məhəllə, mühitdə yaşayıb, eyni tərzdə həyat sürən və ya təhsil alan yeniyetmələrin silsiləvi intiharına. Və bu halda, testlərə hazırlıq, yüksək gərginliyinin zərif yeniyetmələrə depressiv təsiri də ola bilər. Ümumiyyətlə, bizim Azərbaycanda yarış, bəhsə girmə, xüsusən də ali məktəblərə daxil olma ərəfəsi xeyli üzücü, emosional gərginlik yaradır ailələrdə, uşaqlarda. Birinin uşağı qəbul olmur, kəsilirsə, o evdə elə bil faciə, matəm olur. Çünki qohum-qonşu sanki valideyni hədəfə götürüb, dəstək əvəzinə, mənəvi sıxır, depressiyaya salır, valideyn də uşağını sıxır, lap depressiyaya salır!"

Azərbaycanda belə serial intiharlar ötən 3-5 ildə bir neçə dəfə təkrarlanıb. Məsələn, 2015-ci ildə Rusiyada bir gənc tərəfindən yaradılan və internet şəbəkələri tərəfindən gizli linklə ölüm tələsi quran "Mavi balina" (Blue whale) oyunu bütün dünyanı həyəcana salmışdı. Sonrakı dönəmdə - 2017-18-ci illərdə həmin oyun Azərbaycana da gəlib çıxmışdı. Rusiyada olduğu qədər populyarlaşmasa da, yeniyetmə intiharlarında bu oyunun adı qırmızı xətlə keçirdi.

Belə ki, 2017-ci il oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin  "Mavi balina" oynadıqdan sonra intihar etdiyi iddia olunurdu.

Həmin il dekabrın 4-də Ağdaş rayonu Nehrəxəlilli kənd sakini, 7-ci sinif şagirdinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsinin adıçəkilən oyun səbəbindən baş verdiyi bildirilib.

2018-ci il iyunun 25-də Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 2004-cü il təvəllüdlü yeniyetmənin intiharını   atası "Mavi balina" oynaması ilə izah etmişdi. 

2019-cu ilin fevralında Kürdəxanı qəsəbəsində 16 yaşlı yeniyetmənin intiharına valideynləri "Mavi balina"nın səbəb ola biləcəyini deyirdilər...

Azərbaycanda son 1 ay ərzində 3 yeniyetmə qızın intiharında da belə bir oyunun təhrikedici təsiri olması ehtimalı böyükdür. Bəs yeniyetmələri bu oyunlardan necə qoruyaq? Hansı addımlar atılmalıdır? Valideynlər nələrə diqqət etməlidir?

Yeniyetmələrə ağır psixoloji təsir göstərən, ölümə sürükləyən belə oyunların psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Səbinə Bayramova mətbuata deyib ki,  əslində bu, elmi baxımdan qurulmuş  oyundur: "Təsəvvür edin, 16-cı missiyadan sonra uşaqları, yeniyetmələri gecə saat 4 radələrində oyadıb, qorxulu mahnılar, əcaib səslərdən ibarət musiqi dinlətməyə, videolar izlətməyə başlayırlar. Burada elmi məqam odur ki, gecə 3-dən sonrakı saatlarda yuxuda olan uşaqlarda, yeniyetmələrdə böyümə hormonunun inkişaf etmə saatlarıdır. Uşağı həmin saatda oyadıb ayaq üstdə saxlayırlar. Hətta bəzi missiyalarda deyir ki, evin yaxınında olan dəmir yoluna get, uzan relsin üzərinə və qatar gəlib çatana yaxın oradan dur. Yəni risk etməyi, intihara hazırlaşmağı öyrədir".

Oyunun 50-ci missiyasında intihar etmək tələb olunur. Hətta tələb olmasa da, oyunçu elə bir vəziyyətə gətirilir ki, artıq özü intihar etmək istəyir: "İntiharı ona mükafat kimi təqdim edirlər. Mesaj verirlər ki, bu dünya sənlik deyil, sənə layiq deyil. Sanki ona nicat yolu göstərilir ki, sənin çıxış yolun intihardır. Bu oyunun yaradıcısı tutulan zaman sual veriblər ki, niyə bu cür iş görürsən? Deyib, bu oyuna qoşulub intihar etmiş olanlar cəmiyyətin bioloji tullantılarıdır".

Psixoloq deyir ki, bu oyun səbəbindən intihar edənlər əsasən 12-16 yaş arası yeniyetmələrdir: "Biz həmişə deyirik ki, yeniyetmələrə anlayışla davranmaq lazımdır, tez-tez otağına girib, balaca uşaq kimi nəzarətdə saxlamamaq lazımdır. Çünki bu, ona qıcıq verir, valideyn gözündə düşmənə çevrilə bilər. Məsələn, oyunda missiyaların birində deyilir ki, 2 gün boyu otağından çıxma, heç kimlə danışma. Uşaq bunu edir və valideyn də təəccüblənmir. Düşünür ki, yəqin otağında dərslə məşğuldur, ya da oyun oynayır. Bu onun yetkinlik yaş dövrü olduğu üçün valideyn anlayışla qarşılayır. Ona görə də məlumatlı olmur. Valideyn övladının bədənindəki cızıqlara, izlədiyi sosial şəbəkələrə diqqət etməlidir. Amma elə etmək lazımdır ki, uşaq bunu hiss etməsin. Əgər belə olsa, uşaq daha da soyumağa başlayır. Elə hiss edir ki, mən güvənilmirəm, valideynim məni izləyir və sair. Yəni mərdi qova-qova namərd edərsiniz".

Son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllim işdən azad olunur like
  • 05 Sen 11:29  
Digərləri Son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllim işdən azad olunur

"Son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllimin əm

arrow Ətraflı
Paşinyan Rusiya haqda arsız danışır like
  • 05 Sen 11:24  
Dünya Paşinyan Rusiya haqda arsız danışır

Ermənistanın Baş naziri Nikol Paşinyan getdikcə daha çox Rusiyaya qarşı

arrow Ətraflı
Bakının bu ünvanında söküntü başlayır  Sakinlərə 2000 AZN like
  • 05 Sen 11:13  
Digərləri Bakının bu ünvanında söküntü başlayır Sakinlərə 2000 AZN

Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlər söküləc

arrow Ətraflı
Tiktoker Ləman saxlanılıb? like
  • 05 Sen 11:07  
Şou-biznes Tiktoker Ləman saxlanılıb?

"TikTok" sosial şəbəkəsində açdığı canlı yayımlarla auditor

arrow Ətraflı
Rusiya SSRİ deyil, bunu gözləməyin like
  • 05 Sen 11:02  
Digərləri Rusiya SSRİ deyil, bunu gözləməyin

Əgər Rusiya hərbi məğlubiyyətə uğramasa, Rusiya Prezidenti Vladimir Puti

arrow Ətraflı
Əməkdar artistdən paylaşım: like
  • 05 Sen 10:51  
Şou-biznes Əməkdar artistdən paylaşım:

Əməkdar artist Rafael İsgəndərov 33 il öncə həmkarlarının da yer aldı

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs işdən like
  • 05 Sen 10:40  
Digərləri Azərbaycanda vəzifəli şəxs işdən

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun inzibati məsələ

arrow Ətraflı
Bakıda gənc oğlan sevgilisinə əsəbləşdi, evinə basqın etdi like
  • 05 Sen 10:29  
Kriminal Bakıda gənc oğlan sevgilisinə əsəbləşdi, evinə basqın etdi

Bakının Nərimanov rayonunda 1997-ci il təvəllüdlü İsmayıl sevgi münasi

arrow Ətraflı
Qubada maşın aşıb, ölən və yaralananlar var like
  • 05 Sen 10:20  
Digərləri Qubada maşın aşıb, ölən və yaralananlar var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Birbank kartları ilə 200 AZN xərcləyin və 30 AZN qazanın like
  • 05 Sen 10:18  
Digərləri Birbank kartları ilə 200 AZN xərcləyin və 30 AZN qazanın

Birbank kartları ilə 200 AZN xərcləyin və 30 AZN qazanın

arrow Ətraflı
Keçmiş məhkum "Kalaşnikov"la tutuldu like
  • 05 Sen 10:11  
Kriminal Keçmiş məhkum "Kalaşnikov"la tutuldu

Füzulidə keçmiş məhkumdan "Kalaşnikov" avtomatı aşkar olunaraq

arrow Ətraflı
Ukrayna uzaqmənzilli raket üzərində işləyir like
  • 05 Sen 09:52  
Dünya Ukrayna uzaqmənzilli raket üzərində işləyir

Ukrayna 1500-2000 km mənzilli raket üzərində işləyir.

arrow Ətraflı
9 ildə 25 dəfə görüşən liderlər  Onları belə intensiv like
  • 05 Sen 09:41  
Dünya 9 ildə 25 dəfə görüşən liderlər Onları belə intensiv

Onlar dünya dövlətlərinin prezidentləri arasında ən çox görüşən, ən

arrow Ətraflı